Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-181/2025 20.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X7 Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN kodu- xxxxxxx), evli, iki uşaq atası, işsiz, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 529.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 20 noyabr 2025-ci il tarixli, 105681/5xx-xx/2025 nömrəli məktubu ilə Şəxs İXM-in 529.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 20 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Babək Rayon Məhkəməsinin 3(079)-35/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs gün ərzində 4 saatdan çox olmamaqla 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş, Şəxs həmin icra sənədi üzrə ictimai işləri yerinə yetirməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Xəstə olduğunu, gündəlik 1 manat yol pulu tapa bilmədiyini, ona görə ictimai işi yerinə yetirmədiyini, belə ki, hər dəfə Nehrəm qəsəbəsindən Babək şəhərinə getmək üçün 1 manat taksi pulu lazım olduğunu, pulu olmadığından və əsəbi olduğundan işləyə bilmədiyini, əvvəllər ruhi xəstəliyə görə dispanserdə yatdığını, 9 gün kommunal Müəssisələr Kombinatında fəhlə işlədiyini, noyabr ayının 19-20-si işə çıxdığını, pulu olmadığına görə işə çıxa bilmədiyini, lakin noyabrın 15, 17, 18-i tarixlərində Ordubadda şəxsi ehtiyaclarını ödəmək üçün işlədiyini, günə 15 manatdan 45 manat pul aldığını, xəstəliyi ilə bağlı sənədinin olmadığını, hazırda stasionar müalicədə olmadığını, ictimai işləri yerinə yetirməli olduğundan xəbərdar olduğunu, icra məmurunun bununla bağlı xəbərdarlıq etdiyini bildirmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında icra sənədinin 14 aprel 2025-ci ildə icraata daxil olduğunu, şəxsin barəsində ictimai işin tətbiqi ilə bildirişin onun ünvanına göndərildiyini, lakin şəxsin şöbəyə gəlmədiyini, 03 noyabrda məhkəmənin qərarı ilə məcburi gətirildiyini, izahatında xəstə olduğundan gələ bilmədiyini desə də bununla bağlı sübutlar təqdim etmədiyini, 04 noyabrda Kommunal Müəssisələr Kombinatında ictimai işin çəkilməsi ilə bağlı şəxsə rəsmi məlumat verildiyini, 17 avqust tarixində müəssisənin müdirinin zəng edərək şəxsin işə çıxmadığını dediyini, şəxsin noyabrın 15, 17, 18 noyabr tarixlərində işləmədiyini müəyyən etdiyini, özü ilə əlaqə saxlanılsa da gəlmədiyini və üzrlü səbəbdən işə çıxmaması ilə bağlı sübutlar təqdim etmədiyini, hazırda isə icra orqanına əsəbi olduğu üçün işləməkdən imtina etdiyini bildirdiyini, həftədə 12 saatdan az olmayaraq şəxsin ictimai işlər görməli olduğunu, noyabrın 4-7 arası hər gün 4 saat işlədiyini, noyabrın 12, 13, 14-də həftə ərzində 9 saat işlədiyini, noyabrın 15, 17, 18 tarixlərində isə 3 dəfə ardıcıl olaraq işdən üzrsüz səbəbdən yayındığını, ondan sonra 19-20 noyabr tarixlərində işlədiyini, hazırda isə icra orqanına müraciət edərək ictimai işlə bağlı tənbehin icrasından imtina etdiyini bildirdiyini qeyd etmiş, barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə-üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsinə əsasən: Bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, aşağıdakılar başa düşülür: 2.1. üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; 2.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs ictimai işlər növündə inzibati tənbehi çəkməkdən boyun qaçırmışdır. Belə ki, protokola əlаvə edilmiş Babək Rayon Məhkəməsinin 3(079)-35/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinərək ona gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Protokola əlаvə edilmiş Babək Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(079)35/2025 nömrəli qərarı ilə müəyyən edilmiş Şəxs ona gün ərzində 4 saatdan çox olmamaqla 160 saat ictimai işlər növündə inzibati tənbehin tətbiqinə dair qərarı ilə icra üzrə icraata başlanılmışdır. Protokola əlаvə edilmiş xx.xx.2025-ci il tarixli ictimai işə cəlb olunmuş şəxsin gəlib qeydiyyatdan keçməsinə dair bildirişlə Şəxs 10 gün müddətində qeydiyyatdan keçmək üçün gəlməsi barədə məlumat verilmiş və rəsmi qaydada göndərilmişdir. Protokola əlаvə edilmiş Babək Rayon Məhkəməsinin 8(079)-67/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə borclu Şəxs məcburi gətirilməsi barədə icra məmurunun təqdimatının təmin olunması və xx.xx.1975-ci ildə Naxçıvan rayonu, Nehrəm kəndində doğulmuş Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Şəxsə rəsmi qaydada göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə İXM-in 529.4-cü maddəsi ilə ictimai işin yerinə yetirilməməsinin nəticələrinə görə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs və Babək rayon Kommunal Müəssisələr Kombinatına şəxsin həmin müəssisədə işləməsinə dair bildiriş göndərilmişdir. Protokola əlavə edilmiş qrafik, barəsində icraat aparılan şəxs və icra məmurunun izahatından şəxsin 15, 17, 18 noyabr 2025-ci il tarixlərində müəyyən edilmiş saatlarda ictimai işi yerinə yetirməkdən yayındığı müəyyən olunmuşdur. Beləliklə Şəxs Teymur oğlu ardıcıl olaraq 2 dəfədən çox işə çıxmamaqla təqsirli bilindiyi maddənin tərkibinin formalaşmasına səbəb olmuşdur və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından məsuliyyətə cəlb olunmalıdır. Şəxs izahatında üzrlü səbəb kimi xəstəliyinin olduğuna istinad etsə də bununla bağlı sübutlar təqdim edilməmiş və özü izahatında şəxsi ehtiyacları üçün həmin gün başqa yerdə işlədiyini bildirmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-in 154.3-cü maddəsinə görə icra məmuru: 154.3.1. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin qeydiyyatını aparır, onlara tənbehin icrasının qayda və şərtlərini izah edir; 154.3.2. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir; 154.3.3. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin davranışına, onların ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə və həmin yerləri müəyyən olunmuş vaxtdan sonra tərk etmələrinə nəzarət edir; 154.3.4. barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq, şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir; 154.3.5. ictimai işlər növündə inzibati tənbehin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür. 154.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. 154.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. 154.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında alternativ tənbeh tətbiqi nəzərdə tutulmamışdır. İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 529.4-cü maddəsinin sanksiyasında üç ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 529.4-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində 25 (iyirmi beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-181/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-181/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver