Məhkəmə qərarları › İş №3(079)-19/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-19/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-19/2025 21.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, Babək rayonu, Sirab kəndində yerləşən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 06 fevral 2025-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinin 06 fevral 2025-ci il tarixli, 3-33-1200/2- 000381/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirləndirilməsinə dair 05 fevral 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq protokol tərtib edən orqan və hüquqi şəxsin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəməyə daxil olmuş Şəxs barəsində olan inzibati xəta haqqında iş materiallarını qanunvericiliyin tələbləri daxilində araşdıran məhkəmə müəyyən edir ki, Şəxs Türkiyə Respublikasından idxal etdiyi noxud yükü xx.xx.2025-ci il tarixində 77EU815/99ZC725 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuşdur. Gətirilən mala (malın qeydiyyat kodu- **********01036) dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən qanunvericiliklə müəyyən olunmuş (15 gün) müddət ərzində gömrük orqanına təqdim edilməmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş; -**********875 sorğu nömrəli “Gömrük bəyannaməsi”ndən məlum olur ki, idxalatçısı Şəxs, ixracatçısı “X7 X5 İthalat və İhracat Limited Şirketi” olan “noxud” yükünü daşıyan **-EU-***/**- ZC-*** nömrəli yük nəqliyyat vasitəsi ilə bağlı gömrük bəyannaməsi 28 yanvar 2025-ci il tarixdə, saat 15:56-da verilmişdir; -X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 05 fevral 2025-ci il tarixli protokoldan Şəxs MMC-nin (VÖEN: **********) ünvanına Türkiyə Respublikasından idxal edilmiş “noxud” yükünə dair gömrük bəyannaməsinin həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilibverilməməsini müəyyən etməkdən ötrü Gömrük xidmətinin X2 Sistemi informasiya resursuna baxış keçirilmiş, hüquqi şəxs “Dəmir Tikinti İnşaat MMC-nin (VÖEN: **********) ünvanına 77EU815 (qoşqu-99ZC725) nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olan “noxud” yükünün xx.xx.2025-ci il tarixində Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinə baxmayaraq həmin mallara dair gömrük bəyannaməsinin (təkrar ixrac bildirişi) xx.xx.2025-ci il tarixində tərtib edilərək aidiyyatı gömrük orqanına təqdim edilməsi və bununla da qanunvericiliyin qaydalarının pozulması müəyən olunmuşdur; -“Gömrük Xidmətinin Vahid X1” çıxarılmış avtomobil nəqliyyatı məlumatından **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, saat 2333-də Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçirilməklə ölkə ərazisinə daxil olması aydın olur; Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -1.0.1 və 1.0.2-ci maddələrinə əsasən bəyanetmə Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi, bəyannaməçi isə gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxsdir; -1.0.11-ci maddəsi ilə müəyyən edilir ki, gömrük bəyannaməsi malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir; -37.1-ci maddəsinə əsasən gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında sənəd və məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, məlumatların elektron emalı üsulları vasitəsilə həyata keçirilir; -149.3-cü maddələrində isə qeyd edilir ki, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Şəxs nümayəndəsi X3 inzibati araşdırma zamanı verdiyi izahatında gömrüklə broker arasında yaranan anlaşılmazlıq səbəbindən bəyannaməni vaxtında təqdim edə bilmədiyini, ilk dəfədir ölkə ərazisinə mal idxal etdiyini, məsuliyyəti dərk edərək qanunvericiliyin tələblərini yerinə yetirəcəyini bildirmişdir. Şəxsnə törətməsi istinad olunan inzibati xəta əməlini yuxarıda sadalanan normalarla qarşılıqlı şəkildə tədqiq etdikdə müəyyən olunur ki, **********875 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən **-EU-***/**-ZC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şəxs tərəfindən idxal edilmiş “Toxumluq noxud” adlı yük Azərbaycan Respublikasının Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2025-ci il tarixdə daxil olduğu halda, həmin yükə dair gömrük orqanına elektron formada gömrük bəyannaməsini xx.xx.2025-ci il tarixdə 1556-da verilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də o həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxsnə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, inzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi qanunvericilik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən törədilməsi sübuta yetirilən inzibati xəta əməlinə görə tətbiq ediləcək inzibati tənbeh növünü və onun miqdarını konkret müəyyən etmişdir. Belə olan halda Şəxs barəsində qeyd edilən maddədə göstərilən həddə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar