Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-190/2025 26.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X13 Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparaıln şəxs Şəxs, Zərərçəkmiş şəxs və Babək Rayon İcra və Probasiya icra məmuru X5 iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 5 (beş) uşaq atası, ali hərbi təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Babək rayonu, Şıxmahmud kəndində faktiki yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 26 noyabr 2025-ci il tarixli, 309972/17xx-xx/2024 nömrəli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs barəsində olan hazırki icra sənədi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-529/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə 21 avqust 2025-ci il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.3375 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmış və icraya yönəldilmişdir. Həmçinin protokola əlavə olunmuş sənədlərdən Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Naxçıvan Şəhər Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, 8(078)-204/2025 nömrəli qərardadında səhvən 0.3375 olaraq göstərilmiş indeksasiya məbləğinin düzəldilərək 0.39 misli kimi qeyd olunması qərara alınmışdır. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Babayev X2 Şəhər Məhkəməsinin 2(078)-204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən yaranmış 2405 manat aliment borcunu və aylar üzrə müəyyən edilmiş aliment pulunu ödəməməklə icra məmurunun qanuni tələblərini icra etməkdən yayınmışdır. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Protokola əlavə olunmuş xx.xx.2025-ci il tarixli qərardan borclu X1 Babək rayonu, Şıxmahmud kəndində yaşadığı nəzərə alınaraq icra sənədinin icra hərəkətlərinin davam etdirilməsi məqsədilə Babək Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi müəyyən olunur. “EMİS”-dən borclunun digər məhkəmə və icra işləri barədə məlumatlar üzrə çıxarışından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)-529/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə eyni icra sənədi üzrə Вabayev Pərviz Təvəkkül oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə şəxsin barəsində eyni icra sənədi üzrə inzibati xəta tərkibinin olmaması əsası ilə inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərarın mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri və İXM-in 53.1.7, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-190/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-190/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver