Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-191/2025 12.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə iştirakı ilə, 18 mart 1988-ci ildə Babək rayonu, Yarımca kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu 2UWS7RF), evli, ********** VÖEN nömrəli fərdi sahibkar, Babək rayonu, Yarımca kəndində qeydiyyatda olan və yaşayan Vəzifəli şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 27 noyabr 2025-ci ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X5 25 noyabr 2025-ci il tarixli, 3-53-3-15/2-297/2025 nömrəli məktubu ilə vəzifəli şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 13 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. 13 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən Babək rayonu, Yarımca kənd inzibati ərazisində yerləşən “Leyla Palace” şadlıq sarayında formalaşan məişət-tullantı sularının təyinatsız axıdılması halı 05 noyabr 2025-ci il tarixdə müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi baş məsləhətçi – müfəttiş Nümayəndə məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X9 Xidməti tərəfindən daim monitorinq cədvəlləri təyin olunduğunu və həmin monitorinq cədvəllərinə uyğun olaraq mühəndislərinin yerlərdə baxış keçirdiyini, qanuna uyğun hal olmayanda Xidmətin əməkdaşları tərəfindən qeyd edildiyini və pozuntunun aradan qaldırılması məqsədilə ilkin aktlar tərtib olunduğunu, 2025-ci ilin may-iyun aylarında “Leyla Palace” şadlıq sarayında belə hallar aşkarlandığını, həmin vaxt aktlar tərtib edildiyini, “Leyla Palace” şadlıq sarayının sahibkarı X2 məlumatlar verildiyini, buna baxmayaraq Faiq İsmayılovun həmin nöqsanları aradan qaldırmadığını, 05 noyabr 2025-ci il tarixdə Xidmətin böyük məsləhətçisi Tural Səfərovla birlikdə yerində baxış keçirdiklərini və həmin pozuntunun aradan qaldırılmadığını aşkar etdiklərini, X1 qazdığı quyuların Nazirlər Kabinetinin 295 nömrəli qərarına uyğun olmadığını, onun şadlıq sarayından axan suyu çökdürücü olmadan Nehrəm arxına buraxdığını, bu səbəbdən də ətraf əraziləri yağlı suyun çirkləndirdiyini və əkin sahələrinə ziyan verdiyini, bu səbəbdən Faiq İsmayılovun xəbərdarlıq edildiyini, həmin ərazidə içməli su hovuzunun yerləşdiyini, içməli su hovuzundan Babək rayonunun Babək şəhərinə, Nehrəm qəsəbəsinə, Şəkərabad kəndinə, Araz kəndinə və N saylı hərbi hissəyə içməli su verildiyini, quyu mövcud olsa da, suyun plastik borular vasitəsilə kanala axıdıldığını, quyularda çökdürücülərin qoyulmadığını, ərazidə iki ədəd quyu qazıldığını, quyuların fotoşəkillərinin iş materiallarına əlavə edildiyini, birinci quyuya plastik boru xətti çəkilmədiyini, ikinci boruya plastik boru xətti çəkildiyini, lakin həmin boru xəttinin quyuya axmadığını, boru xəttinin ikinci borunun içərisindən keçərək arxa axdığını, şadlıq sarayından ən az gündəlik 7-8 ton yağlı su axdığını, quyuların isə Nazirlər Kabinetinin 295 nömrəli qərarına uyğun inşa edilmədiyini, yəni quyuların içərisində olan beton kalçoların arasının kalekimlənməli olduğunu, quyuların suyu yer səthinə buraxmasının qarşısının alınmadığını, bununla bağlı olaraq sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib etmək niyyəti ilə onu Xidmətə dəvət etdiklərini, suyun axıdılma qaydasının qanunvericiliyin tələbi daxilində olmadığını ona izah etdiklərini və izahatının alındığını, Faiq İsmayılovun isə ərizə verərək, bunun qanuna uyğun olmadığını və tezliklə aradan qaldıracağını bildirdiyini, hazırda özlərində olan məlumata əsasən Faiq İsmayılovun həmin pozuntunu aradan qaldırdığını, X1 barəsində İnzibati Xətalar məcəlləsinin 263.2.3-cü maddəsi ilə protokol tərtib edildiyini və ona bildirdiklərini, Faiq İsmayılovun isə protokola etiraz etmədiyini bildirib sonda X3 barəsində İnzibati Xətalar məcəlləsinin 263.2.3-cü maddəsi ilə tərtib etdikləri protokolu qanuna uyğun hesab etdiklərini və təmin olunmasını xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxs X2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X1 törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X5 05 noyabr 2025-ci il tarixli, 002826 nömrəli aktından görünür ki, Babək rayonu, Yarımca kənd inzibati ərazisinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, X2 məxsus 45o26ı43İE, 39o13ı32N koordinatda yerləşən “Leyla Palace” şadlıq sarayında formalaşan məişət-tullantı suları təyinatsız olaraq Babək rayonunun Babək şəhərini, Nehrəm qəsəbəsini və ətraf kəndləri içməli su ilə təmin etmək məqsədi ilə tikilmiş hovuzların dolan zaman artıq sularının Nehrəm arxına axıdılması üçün çəkilmiş arxa axıdılır. Belə ki, “Leyla Palace” şadlıq sarayı Azərbaycan Respublikasının Su Məcəlləsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 295 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair tələblər”-in müvafiq bəndlərinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunan aşkarlanan bu fakt tərəfimizdən çəkilmiş fotoşəkillər və videomateriallarla təsdiq olunur. Həmçinin "Leyla Palace" şadlıq sarayının sahibkarı X8 xx.xx.2025-ci il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X6 verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Babək rayon Yarımca kəndində yerləşən ona məxsus "Leyla Palace" şadlıq sarayında formalaşan içməli, məişət, tullantı sularının ətraf əraziyə təyinatsız axıdılması halının qanunauyğunsuz olduğundan xəbərinin olmadığını və törətdiyi bu halı qısa müddətdə aradan qaldıracağını bildirmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan Babək rayonu, Yarımca kəndində yerləşən 0.1095 ha torpaq sahəsinin X1 tam mülkiyyətində olması müəyyən olunur. İş materiallarına əlavə olunmuş 22 yanvar 2025-ci il tarixli, 3059 inventar nömrəli Babək rayonu, Yarımca kəndində yerləşən qeyri-yaşayış binası olan daşınmaz əmlakın texniki pasportundan 0.1095 ha torpaq sahəsinin üzərində yerləşən restoran, kafe-pub, aptek, market və avtoxidmət olan tikilinin X2 məxsus olması müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, vəzifəli şəxs X1 İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında işin materialları ilə tam sübut olunduğundan o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi’ qaydalarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət olunmasını təmin etməkdir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1 - 9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə əmələ gələn maye tullantıların idarə olunması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023cü il tarixli 295 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”in 1 və 4-cü bəndlərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, Tələblərin 1-ci bəndinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) formalaşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır. Həmin Tələblərin 4-cü bəndinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iş materiallarına əlavə olunmuş fotoşəkillərdən də göründüyü kimi birinci quyuya plastik boru xətti çəkilməmiş, ikinci boruya plastik boru xətti çəkilsə də, boru xəttinin ikinci borunun içərisindən keçərək arxa axıdılması müəyyən olunmuş və nəticədə vəzifəli şəxs X8 tərəfindən tullantı sularının axıdılması ilə (çirkab quyularla) bağlı olan yuxarıda göstərilən tələblərə əməl edilməmişdir. İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın vəzifəli şəxs X8 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, fotoşəkillər və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və vəzifəli şəxs X8 törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X1 əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Vəzifəli şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim:- Günay İsmayıl
Məhkəmə qərarları › İş №3(079)-191/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-191/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver