Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-194/2025 28.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X10 Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Babək rayonu, Vayxır kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 3 (üç) uşaq olan, orta təhsilli, işsiz, fərdi sahibkar (VÖEN-**********), Babək rayonu, Vayxır kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri, Xətai məhəlləsində yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 28 noyabr 2025-ci il tarixli, 174431/13xx-xx/2025 nömrəli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 28 noyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında subay olduğunu, 3 yetkinlik yaşına çatmayan uşaq anası olduğunu, heç bir yerdə işləmədiyini, pulu Azpulmanatdan götürdüyünü, imkanı olmadığına görə ödəyə bilmədiyini, icra qeydindən 2 ay bundan qabaq xəbərinin olduğunu, 593 manat borcunun olduğunu, heç bir ödəniş etmədiyini, kirayə qaldığını, aliment və sosial müavinət aldığını, onları da uşaqların hazırlıqlarına və evin kirayəsinə verdiyini, uşaqların birinin 3 yaşı olduğunu, birinin 7-ci sinifdə, birinin isə 9-cu sinifdə oxuduğunu, iş axtardığını, borcu ehtiyacı olduğuna görə götürdüyünü, hər hansı bir əmlakınının olmadığını, ona göndərilən 220 manat pulu uşağın müalicəsinə xərclədiyini, borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında Babək rayon notariat ofisinin icra sənədinin şöbənin icraatına daxil olduğunu, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin tərəflərə göndərildiyini, borclunun atasının 18 sentyabr 2025-ci il tarixdə xəbərnaməyə imza edərək sənədləri aldığını, 15 oktyabr 2025-ci il tarixdə borclu xəbərdarlıq məktubu göndərildiyini, borclunun 23 oktyabr 2025-ci il tarixdə şöbəyə gəldiyini, izahatında heç bir ödəniş etmədiyini, 2 aya borcları ödəyəcəyini bildirdiyini, bununla bağlı ondan iltizam alındığını, iltizamda borcun yarısını oktyabrın sonunadək, yarısını isə noyabr ayında ödəyəcəyini bildirdiyini, borcu ödəmədiyi üçün 12 noyabr 2025-ci il tarixdə borcluya yenidən xəbərdarlıq məktubu göndərildiyini, borclunun 20 noyabrda barəsində məcburi gətirilmə qərarı verildiyini və bu gün şöbəyə gətirildiyini, yenidən izahatının alındığını, izahatında imkanının olmadığından ödəniş edə bilmədiyini bildirdiyini, buna görə barəsində protokol tərtib edildiyini, şəxsin icra sənədini üzrsüz səbəbdən icra etmədiyini, belə ki, borclunun başqa bir şəxsin ona 220 manat verəcəyini və həmin pulu borcuna ödəyəcəyini bildirdiyini, özlərinin də köməklik edib həmin pulu alıb borcluya göndərdiklərini və borcu ödəməsini bildirdiklərini, borclunun isə uşaq xəstə olduğuna görə atılan pulu onun müalicəsinə verdiyini bildirdiyini, şəxsin əmlakı və gəlirinin olmadığını, müvafiq maddənin sanksiyasında nəzərdə tutulan həddə cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İXM-in 62.4-cü maddəsini rəhbər tutan məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə olunmuş Babək rayon notariat ofisinin 8İ- 2913 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən AZ1052, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN:**********/ xeyrinə BABƏK, VAYXİR K. ünvanında qeydiyyatda olan Şəxs (AZE17282368, xx.xx.2018 - BABƏK RPİ QVŞV qrupu; FİN: xxxxxxx; d/t: xx.xx.1989) **********28 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 568 manat 00 qəpik (beş yüz altmış səkkiz manat sıfır qəpik) və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 593 manat 00 qəpik (beş yüz doxsan üç manat sıfır qəpik) pulun tutulması qərara alınmış və icraya yönəldilmişdir. Protokola əlavə olunmuş borcluya təqdim edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda icra sənədi əsasında yaranmış borcun dərhal tam ödənilməsi tələb olunmuş və icra edilməməsinin nəticələri izah olunmuşdur. Sonuncu şərtin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İXM-in 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən borclunun məlumatları üzrə çıxarışdan onun əmək haqqı, pensiya, təqaüd və sair gəlirlərinin olmadığı, mülkiyyətində heç bir daşınmaz əmlak və ya yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. Həmçinin barəsində icraat aparılan şəxsin izahatı əsasında şəxsin üzrlü səbəblərdən məhkəmə qətnaməsini tam icra etməməsi müəyyən olunmuşdur. Həmçinin “Elektron Məhkəmə” İnformasiya Sistemindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qohumluq məlumatları üzrə çıxarışdan himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X7 adında üç yetkinlik yaşına çatmayan övladının olduğu məlum olur. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.1-ci maddəsinə əsasən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəyə görə isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-in 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İXM-in 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda İXM-in 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. .
Məhkəmə qərarları › İş №3(079)-194/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-194/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver