Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(079)-20/2020 18.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi ilə, X5 məhkəmə iclas katibi katibliyi ilə xx xxxxxxxx 1981-ci ildə Babək rayonu, Kültəpə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, (Fin kod – xxxxxxx) Babək rayonu, Kültəpə kənd sakini, “xxxxxxx” MMCdə sürücü işləyən Şəxs, xx xxxx 1978-ci ildə Naxçıvan rayonu, Kültəpə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, (Fin kod – 44LP9AU) Babək rayonu, Kültəpə kənd sakini, müvəqqəti işsiz, X7, xx xxxxxx 1968-ci ildə Naxçıvan rayonu, Kültəpə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, (Fin kod – 47257G1) Babək rayonu, Kültəpə kənd sakini, müvəqqəti işsiz, X8 və xx xxxxxxxx 1969-cu ildə Naxçıvan rayonu, Yamxana kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, (Fin kod – 2QFDY10) Babək rayonu, Babək şəhəri, X18 küçəsində yaşayan müvəqqəti işsiz, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilmələrinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 6/1340 nömrəli məktubu ilə Şəxs, X7, X8 və X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xx xxxxxx 2020-ci il tarixli, 008053, 008054, 008055 və 008056 nömrəli inzibati xəta haqqında protokollar onlara əlavə olunmuş sənədlərlə birlikdə xx xxxxxx 2020-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs, X7, X8 və X1 xx xxxxxx 2020-ci ildə, Şəxs təşkilatçılığı ilə Babək rayonu, Kültəpə kəndində Naxçıvan çayının sol kənarında qumar oynaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş, yəni “Qumar oyununda iştirak etmə” inzibati xəta əməlini törətmələri müəyyən edilmişdi. Şəxs, X7, X8 və X1 törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs, X7, X8 və X1 təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qumar oynamaq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin qeyd hissəsinin 1-ci hissəsinə görə isə “qumar oyunu” dedikdə isə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Şəxs, X7, X8 və X1 törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokollar, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunmuş hal şahidləri X9 və X3 izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin məhkəmədə verdiyi izahatlarla tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında xx xxxxxx 2020-ci ildə X10 yerləşən yeməkxanada görüşdüklərini özünün təklifi ilə yaşadığı kənddə, yəni Babək rayonu, Kültəpə kəndində Naxçıvan çayının sol kənarında qumar oynamaq üçün getdiklərini, qumar oyununda həmkəndliləri Feyruz, Dilsuz və Babək şəhər sakini Poladın iştirak etdiyini, qumar oynamaq üçün özü tərəfindən ortaya 23 manat məbləğində pul qoyduğunu, oyuna yeni başlamışdılar ki, polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını, bu zaman özlərinin etdikləri əməli etiraf etdiklərini, həmin vaxt polis tərəfindən ortaya qoyulmuş pulun və qumar oynadıqları kart dəstəsini götürüldüyünü, onları isə ertəsi gün, yəni xx xxxxxx 2020-ci ildə Babək Rayon Polis şöbəsinə çağırdıqlarını, həmin gün isə şöbəyə gəlib izahatlarını verdiklərini və barələrində protokol tərtib edildiyini, tutduğu əməldən peşman olduğunu qeyd etmişdir. X7 məhkəmədə verdiyi izahatında xx xxxxxx 2020-ci ildə Mənsurun təklifi ilə Babək rayonu, Kültəpə kəndində Naxçıvan çayının sol kənarında qumar oynamaq üçün yığışdıqlarını, orada həmkəndliləri Mənsurdan başqa həmkəndlisi Dilsuz və Babək şəhər sakini Poladın iştirak etdiyini və qumar oynadığını, qumar oynamaq üçün özü tərəfindən ortaya 80 manat məbləğində pul qoyduğunu, oyuna yeni başlamışdılar ki, polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını, bu zaman özünün etdiyi əməli etiraf etdiyini, həmin vaxt polis tərəfindən ortaya qoyulmuş pulun və qumar oynadıqları kart dəstəsini götürüldüyünü, onu isə ertəsi gün, yəni xx xxxxxx 2020-ci ildə Babək Rayon Polis şöbəsinə çağırdıqlarını, həmin gün isə şöbəyə gəlib izahatlarını verdiklərini və barələrində protokol tərtib edildiyini, tutduğu əməldən peşman olduğunu qeyd etmişdir. Məhkəmədə verdiyi izahatında X8 xx xxxxxx 2020-ci ildə özünün Poladla X10 yerləşən yeməkxanada görüşdüyünü, bundan sonra Feyruz və Mənsurun da oraya gəldiyini, orada pivə içdiklərini, daha sonra isə bir neçə pivə alıb içmək üçün Babək rayonu, Kültəpə kəndində Naxçıvan çayının kənarına getdiklərini, orada pivə içdikdən sonra Mənsurun təklifi ilə qumar oynadıqlarını, qumar oynamaq üçün özü tərəfindən ortaya 20 manat məbləğində pul qoyduğunu, oyuna yeni başlamışdılar ki, polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını, bu zaman özlərinin etdikləri əməli etiraf etdiklərini, həmin vaxt polis tərəfindən ortaya qoyulmuş pulun və qumar oynadıqları kart dəstəsini götürüldüyünü, onları isə ertəsi gün, yəni xx xxxxxx 2020ci ildə Babək Rayon Polis şöbəsinə çağırdıqlarını, həmin gün isə şöbəyə gəlib izahatlarını verdiklərini və barələrində protokol tərtib edildiyini, tutduğu əməldən peşman olduğunu qeyd etmişdir. X6 isə məhkəmədə verdiyi izahatında Dilsuzu əvvəldən tanıdığını, onunla xx xxxxxx 2020-ci ildə X10 yerləşən yeməkxanada görüşdüyü və pivə içdiklərini, daha sonra Mənsur və Feyruzun da ora gəldiyini, özləri ilə bir neçə pivə aldıqlarını, daha sonra Babək rayonu, Kültəpə kəndinə getdiklərini, orada Naxçıvan çayının kənarında qumar oynadıqlarını, qumar oynamaq üçün özü tərəfindən ortaya 50 manat məbləğində pul qoyduğunu, təzəcə oyuna yeni başlamışdılar ki, polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını, bu zaman özlərinin etdikləri əməli etiraf etdiklərini, həmin vaxt polis tərəfindən ortaya qoyulmuş pulun və qumar oynadıqları kart dəstəsini götürüldüyünü, onları isə ertəsi gün, yəni xx xxxxxx 2020-ci ildə Babək Rayon Polis şöbəsinə çağırdıqlarını, həmin gün isə şöbəyə gəlib izahatlarını verdiklərini və barələrində protokol tərtib edildiyini, tutduğu əməldən peşman olduğunu qeyd etmişdir. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş əşyaların və sənədlərin götürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş 03 ədəd fotoşəkillərdən görünür ki, inzibati xəta əməlinin baş verdiyi yerə baxış zamanı oradan qumara qoyulmuş pul vəsaiti kimi 173 (bir yüz yetmiş üç) manat məbləğində pul və qumar oyunun ləvazimatı olan bir dəst (36 ədəd) kart götürülmüşdü. Şəxs, X7, X8 və X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından onlar həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddi hüquq normasının-inzibati xəta əməlinin sanksiyasından göründüyü kimi həmin inzibati xəta əməlinin törədilməsi ilə bağlı əsas tənbeh növü kimi yalnız cərimə tənbeh növü qeyd edilmişdi. Bu səbəbdən də Şəxs, X7, X8 və X1 barəsində inzibati tənbeh tədbiri qismində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Cərimənin miqdarına gəldikdə məhkəmə qeyd edir ki, bu zaman hər bir şəxsin inzibati xəta əməlinin törədilməsində iştirakının xarakteri və təqsirinin dərəcəsi, həmçinin ədalət prinsipi və inzibati tənbehin məqsədləri nəzərə alınmaqla təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs, X7, X8 və X2 inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai mənəviyyat əleyhinə olan inzibati xətadır. Onların əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə bildirir ki, məhkəmədə araşdırılan sübutlardan aydın olur ki, X6, X7 və X8 hazırda işsizdir və müstəqil qazancı yoxdur. Şəxs isə çörək sexində sürücü işləyir. Şəxs, X7, X8 və X1 törətdiyi əmələ görə səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.1.1-ci maddəsinə görə yüngülləşdirici hal kimi nəzərdə alınmalıdır. Şəxs, X6, X7 və X4 əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmasa da, işin məhkəmədə baxılması zamanı qumar oyunun Şəxs tərəfindən təşkil olunmasını məhkəmə tənbeh tətbiq edən zaman nəzərə almağı vacib hesab edir. Bundan əlavə şəxslərin təqsirləndirildikləri əməlin-maddi hüquq normasının sanksiya hissəsindən oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlakın müsadirə edilməsinin əlavə tənbeh növü kimi imperativ olması aydın olur. İnzibati xəta haqqında protokola əlavə edilmiş əşyaların götürülməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, inzibati xəta əməlinin baş verdiyi yerə baxış zamanı əməlin baş verdiyi yerdən 173 (bir yüz yetmiş üç) manat məbləğində pul və qumar oyunun ləvazimatı olan bir bağlama, (içərisində 36 ədəd kart olmaqla (dəst)) kart götürülmüşdü. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələbini rəhbər tutmaqla məhkəmə qeyd edir ki, 173 (bir yüz yetmiş üç) manat məbləğində pul və qumar oyunun ləvazimatı olan bir bağlama (dəst) kart dövlət mülkiyyətinə keçirilməklə müsadirə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinin tələbinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.1 və 77.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 420 (dörd yüz iyirmi) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qumara qoyulmuş pul vəsaiti olan 173 (bir yüz yetmiş üç) manat məbləğində pul və qumar oyunun ləvazimatı olan bir dəst (içərisində 36 ədəd kart olan) kart müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-20/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-20/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver