Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-20/2023 03.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid2 və Şahid1 iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN koduxxxxxxx), evli, iki uşaq atası, taksi fəaliyyəti ilə məşğul olan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 Polis Şöbəsinin 01 fevral 2023-cü il tarixli, 1/221 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 01 fevral 2023-cü il tarixli, 001547 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2023-cü ildə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(079)-20/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan protokol tərtib etmiş orqan tərəfindən verilmiş şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən baxılaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(108)-04/2023 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, Babək Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 3(079)-20/2023 nömrəli qərarı ləğv edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş yenidən baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. 001547 nömrəli, 01 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan belə məlum olur ki, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan 1969-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:05-də X2 Limanının qərb çıxış zolağında polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. 01 fevral 2023-ci il tarixli, 0812 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan 1969-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, taksi fəaliyyəti ilə məşğul olan, orta təhsilli Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə 01 fevral 2023-cü il tarixdə, saat 13:50-də inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, Şəxs 01 fevral 2023-cü il tarixdə, saat 17:50-də azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixdə **-BT-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə hava limanının çıxış qapısından 80-100 metr aralıda dayandığını, məqsədinin sərnişin götürüb qazanc götürmək olduğunu, taksi fəaliyyəti ilə məşğul olmaq hüququnun olmadığını, bu səbəbdən də ön sırada taksi fəaliyyəti ilə məşğul olmaq hüququ olan taksilərin dayandığını, polis əməkdaşı kimi tanıdığı Orxanın ona yaxınlaşıb arxaya, maşınının yanına getməli olduğunu bildirdiyini, özünün isə ona onsuz da maşının yanında dayandığını və heç kimə mane olmadığını bildirdiyini, həmin vaxt artıq maşında sərnişin oturduğunu, lakin onu şəhər mərkəzinə ucuz qiymətə aparacağından əlavə sərnişin götürmək üçün gözlədiyini, həmin vaxt Orxanın onun sinəsindən itələyib ona qarşı müqavimət göstərməyə təhrik etdiyini, özünün isə ona dövlət məmuruna qarşı müqavimət göstərmək istəmədiyini bildirdiyini, bu zaman ona başqa bir polis nəfərinin yaxınlaşıb bölməyə dəvət etdiyini, həmin vaxt götürdüyü sərnişinin də maşından enib getdiyini, gedərkən Orxanın yenə də arxadan ona yaxınlaşıb əl atmağa çalışdığını, özünün isə ona psixi probleminin olduğunu və həkimə getməli olduğunu bildirdiyini, bütün bunları kamera görüntülərinin də təsdiq etdiyini, polisə qarşı müqavimət göstərməyin onun yaşına uyğun olmayan hərəkət olduğunu, belə bir hərəkətə heç vaxt yol vermədiyini, yenə də törətdiyi əmələ görə peşman olduğunu, polisin qanuni tələbinə əməl etmədiyini, bunu özünün də bildiyini, belə ki, qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyini, əlilliyinin olmadığını, indiyə qədər inzibati və ya digər məsuliyyətə cəlb olunmadığını, bütün bunlar nəzərə alınmaqla barəsində qanuni və ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X6 İdarəsində tağım komandiri vəzifəsində xidmət etdiyini, xx.xx.2023-cü il tarixdə günorta saatlarında hava limanının ərazisində xidməti fəaliyyətini yerinə yetirdiyini, sərnişinlərin hava limanından çıxıb getdiyi ərəfə olduğunu, hava limanının qarşısında ön tərəfdə dayanacaqda qanuni taksi fəaliyyəti ilə məşğul olan taksilərin 3 sıra dayandığını, daha sonra isə qanuni taksi fəaliyyəti ilə məşğul olmayan sürücülərin müştəri götürüb qazanc əldə etmək üçün dayanıb gözlədiyini, Kərim Kərimlinin də mercedes markalı maşınla sərnişin götürmək üçün orada gözlədiyini, onun maşının yanında deyil, sərnişinlərin çıxdığı yerə doğru yaxınlaşıb sərnişinlərə taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən daha ucuz qiymətə apara biləcəyini dediyini, hətta **-TA-*** nömrəli taksi sürücüsünün götürdüyü müştərini onun əlindən almaq üçün əlindən gələni etdiyini, özünün isə ona bu kimi hərəkətlərin yolverilməz olduğunu, həmin taksi sürücüsünün qadın olduğunu və kiminsə taksisinə yükünün yerləşdirmək üzrə olan sərnişinə yaxınlaşıb daha ucuz aparmaq adı ilə belə hərəkətlər etməsinin doğru olmadığını ona izah etməyə çalışdığını, şəxsin buna məhəl qoymadadığını, bu zaman ondan sənədlərini tələb etdiyini, Kərimin isə bundan imtina etdiyini, ona polisin qanuni tələbinə tabe olmalı olduğunu izah etməyə çalışdıqda isə ona qarşı “kəllə vuraram başın partlayar” kimi nalayiq ifadələr işlətməyə başladığını, hava limanının polis əməkdaşının ona yaxınlaşıb nizam-intizama dəvət etdikdə isə gedərkən arxaya dönüb üzünü ona tutaraq “tula kimi niyə arxamca gəlirsən” deyə soruşduğunu, həmin vaxt şəxsin yalnız öz dediyini etdirmək, polisə tabe olmadığını ətrafdakılara nümayiş etdirmək dərdində olduğunu, bu kimi hallar nəzərə alınmaqla şəxsin barəsində qanuni qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında taksi fəaliyyəti ilə məşğul olmaq hüququ olmadan sərnişin götürmək üçün arabir hava limanının ərazisində gəlib müştəri götürüb qazanc əldə etdiyini, xx.xx.2023-cü il tarixdə də orada olduğunu, günorta saatlarında birdə səs-küy gəldiyini eşitdiyini, səs gələn tərəfə baxdıqda tanış olduğu Kərimin Orxan adlı polis əməkdaşı ilə mübahisə etdiyini gördüyünü, onlara yaxınlaşıb aralarına girib ayırmağa çalışdığını, Kərimi kənara çəkib ona polisin öz vəzifəsini icra etdiyini, bu kimi hərəkətlərin lazım olmadığını bildirdiyini, belə ki, polis əməkdaşının ondan sadəcə öz maşınının yanında dayanmasını və sərnişinləri və digər taksi sürücülərini narahat etməməsini xahiş etdiyini, Kərimin isə buna məhəl qoymadığını, səs-küydən nə dediklərini tam eşitmədiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında qanuni taksi fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə hava limanının qarşısında dayanıb müştəri gözlədiyini, müştərinin yükünü maşının baqajına yerləşdirmək istəyərkən arxada bir nəfərin polisə qarşı müqavimət göstərdiyini gördüyünü, həmin polisin onlardan hər bir sürücünün öz maşınının yanında dayanmasını tələb edən Orxan adlı polis əməkdaşı olduğunu, yaxınlaşdıqda həmin sürücünün isə Kərim olduğunu öyrəndiyini, əlavə müştəri gözlədiyindən öz maşınının yanına qayıtdığını, bu səbəbdən də onlar arasında hansı söhbətlər keçdiyini eşitmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmçinin Şəxs təqsirləndirildiyi İXM-in 535.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin və zərərçəkmiş şəxsin izahatları ilə tam sübuta yetirilmişdir. Məhkəmə sözügedən halları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatının özünü müdafiə xarakteri daşıdığı, məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarla təkzib olundu qənaətinə gəlir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdur. İnzibati xəta materialına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinə aktından belə məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdə xx.xx.2023-cü il tarixdə alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış və inzibati xəta törədən şəxsin izahatı əsasında müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daha əvvəl inzibati xəta törətməyə görə inzibati məsuliyyətə cəlb olunmamışdır. Şəxsin törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə şəxsə 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və sözügedən yüngülləşdirici halı nəzərə alan məhkəmə hesab edir ki, ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokol tərtib etmək məqsədilə 01 fevral 2023-cü il tarixdə, saat 13:50-də inzibati qaydada tutulmuş, 01 fevral 2023-cü il tarixdə saat 17:50-də azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin barəsində tətbiq edilmiş həbs inzibati tənbeh tədbirinin icrası zamanı şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 01 fevral 2023-cü il saat 13:50-dən, həmin gün saat 17:50-ə qədər olan müddət çıxılmaqla tətbiq edilməlidir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-cu maddəsi ilə təqsirli bilinib, onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxsin barəsində tətbiq edilmiş həbs inzibati tənbeh tədbirinin əvvəli şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 01 fevral 2023-cü il saat 13:50-dən, həmin gün saat 17:50-ə qədər olan müddət çıxılmaqla xx.xx.2022-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-20/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-20/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver