Məhkəmə qərarları › İş №3(079)-206/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-206/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-206/2025 29.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, xx.xx.1960-cı ildə Naxçıvan rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, yaşa görə pensiya alan, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olan və yaşayan (Fin kod- xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə “19” dekabr 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinin 18 dekabr 2025ci il tarixli, 4-1072 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair “18” dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək icraata onların iştirakları olmadan baxılmasını xahiş etmişlər və nəticədə məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. X4 Məcəlləsinin 158.2-ci maddəsinə əsasən məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3 cü maddəsinə əsasən məişət zəminində fiziki zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması başa düşülür. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən məişət zəminində psixi zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri başa düşülür İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan aydın olur ki, Fərəcova X3 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli “Qanuni nümayəndə qismində tanınma haqqında” qərarla xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığından anası Qanuni nümayəndə onun qanuni nümayəndəsi kimi tanınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 158.1 – 158.2-1-ci maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bununla bağlı məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərar ilə HKPB-1/224 saylı material üzrə cinayət tərkibinin olmaması nəzərə alınaraq Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməli Azərbaycan Respublikası İXM-in 158.2-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olduğundan onun barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Babək RPİ-in İTŞ-nə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 504 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, 2011-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində, eləcə də boyun nahiyyəsində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” xx.xx.2025-ci il tarixli qərarda göstərilir ki, Cəhri 1 saylı tam orta məktəbin müəllimi xx.xx.1960-cı il təvəllüdlü Şəxs məktəbin 9-cu sinif şagirdi xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs kəmərlə bağlayaraq şiddət göstərməməklə sonuncuya qarşı məişət zəminində psixi zorakılıq, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə yol verilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavə edilən sənədlərdən isə aydın olur ki, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək X6 gızının Şəxs tərəfindən psixi zorakılığa məruz qaması ilə bağlı Şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələbindən görünür ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmçinin həmin Məcəllənin 53.1-ci və 53.1.9-cü maddələrinin mahiyyətindən də aydın olur ki, Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilən hüquq normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar