Məhkəmə qərarları › İş №3(079)-24/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-24/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-24/2021 04.08.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Muxtar Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsinin 28 iyul 2021-ci il tarixli, 1/672 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyən etdim: Babək Rayon Məhkəməsinə “04” avqust 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X3 İdarəsinin 28 iyul 2021-ci il tarixli, 1/672 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdi. Həmin normanın tələbinə görə məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsindən məlum olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə yaranır. Hüquq normasından da görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: - nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı onun barəsində əvvəllər inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməli; -bu qərar qanuni qüvvəyə minməli; -qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin əməli təkrar törədilməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsi 26 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Xətalar Məcəlləsinin 333.1-ci maddəsində qeyd edilən əməli təkrar törətməsini qeyd etsə də, bunu təsdiq edən sənədi- qanuni qüvvəyə minmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı sənədi əlavə etməmişdi. Bu hal isə özlüyündə Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranıb-yaranmasını müəyyən etməyə imkan vermir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsində əsasən hakimin həll edilməli məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını müəyyən etməkdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmçinin həmin Məcəllənin 110.3-cü maddəsində qeyd edilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xəta əməlinin ümumi olaraq Naxçıvan-Şahbuz yolunda törədilməsi qeyd olunsa, protokol və ona əlavə edilmiş sənədlərdən inzibati xəta əməlinin məhz Babək Rayon Məhkəməsinin yurisdiksiyasının şamil olunduğu yerdə, yəni Babək rayonu ərazisində törədilməsini müəyyən etmək olmur. Bu isə özlüyündə məhkəmənin aidiyyətinə təsir edir. Yuxarıda qeyd edilənlərdən görünür ki, materiallar natamamdır və işə baxılarkən də onları tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsinə geri qaytarılmalıdır. Yekunda məhkəmə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsinin rəisinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. X2 Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsi tərəfindən AP seriyalı, ******* inzibati xəta haqqında protokol 26 iyul 2021-ci ildə tərtib edilməsinə baxmayaraq, məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə göndərilməmişdi. Yəni 04 avqust 2021-ci ildə göndərmişdi. Yuxarıda qeyd edilən qanun pozuntuları Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsinin rəisinin diqqətinə çatdırsın ki, gələcəkdə bu tipli məsələlin həlli zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etməsinə nəzarəti artırsın. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 iyul 2021-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsinə geri qaytarılsın. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 İdarəsinin rəisinin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbinə əməl edilməsinə nəzarət artırsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar