Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-24/2023 09.02.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibi katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və iştirakı ilə, xx xxxx 1962-ci ildə Azərbaycan Respublikası, Naxçıvan rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, (Fin kod – xxxxxxx) Babək rayonu, Gülşənabad kəndində qeydiyyatda olan və yaşayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 09 fevral 2023-cü il tarixli, 183858/4xx-xx/2021 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 fevral 2023-cü il tarixli, 012331 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli icra sənədinin icrası ilə bağlı olaraq xəbərdarlıq edilməsinə baxmayaraq həmin icra sənədi üzrə yaranmış pul borcunu ödəməkdən yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmə” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli qətnaməsi ilə ondan 49653 manat pulun tutularaq Zərərçəkmiş şəxs verilməsinin qət edildiyini, həmin qərar üzrə ilk ödənişini 2021-ci ilin dekabr ayında 500 manat məbləğində etdiyini, bundan sonra 2022-ci ilin iyun ayınadək ona hər ay 1000 manat pul ödədiyini, daha sonra maddi imkanı olmadığından 2022-ci ilin iyun-avqust ayı ödəniş edə bilmədiyini, həmin aylar ödəniş edə bilməməsinin səbəbi keçmiş həyat yoldaşına qarşı Babək Rayon Məhkəməsində qaldırdığı iddialarla bağlı 336 və 332 manat olmaqla iki dəfə dövlət rüsumu, həmçinin mediasiya xərci ödəməsi ilə bağlı olduğunu, həmçinin Məmmədova Rəfiqə ona qarşı məhkəmədə iddia qaldırdığını, onun iddiasının təmin edildiyini, məhkəmə qətnaməsi ilə ondan 37000 manat tutulub ona verilməli olduğunu, qətnamədən çıxandan sonra Rəfiqəyə 2000 manat ödəniş etdiyini, restoranın icarəsindən ayda 1500 manat gəlir əldə etsə də, sonradan onun icarəyə verilməsinin ləğv edildiyini, Cəhri qəsəbəsində yolun təmiri ilə bağlı işlər getdiyindən restoranın gəlirinin də azaldığını, 2022-ci ilin sentyabr ayında Sənana 500 manat ödəniş etsə də, sonradan iki ay yenə ödəniş edə bilmədiyini, 2022-ci ilin yanvar ayında isə ona 500 manat ödəniş etdiyini, hazırda imkanı olmadığından ödəniş edə bilmədiyini, Zərərçəkmiş şəxs ümumilikdə 7000 manat ödəniş etdiyini və ona 42683 manat borcu qaldığını, həmin borcu da hissə-hissə olmaqla ödəməyə çalışacağını bildirmişdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsi ilə Şəxs 49653 manat pul tutulub ona verilməli olduğunu, əslində özünün Məhərrəmə 49000 deyil, təqribən 60000 manat pul verdiyini, həmin pulu verməkdə məqsədinin isə Şəxs məxsus restoranının yarısına şərik olmaq olduğunu, aralarında da razılığın belə olduğunu, bununla bağlı onun ailə üzvlərinin razılıq ərizələri verdiyini, restoranın yarısını öz mülkiyyətinə keçirən zaman, yəni notariat orqanında olanda Məhərrəmin qohumu olan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun işçisi Elşad Ağayevin notariusa zəng etdiyini və restoranla bağlı mübahisə olduğunu, bu səbəbdən də onunla bağlı sənədləşmə işi aparmamasını istədiyini, bundan sonra isə Məhərrəmin onunla şərikliyi pozduğunu və ona verdiyi pulu qaytaracağını dediyini, onunla iki il birlikdə iş gördüklərini, işlərin bu həddə gəlib çatmasını, Məhərrəmin cəzalanmasını istəmədiyini, lakin Məhərrəmin onu buna vadar etdiyini, borclu tərəfindən ona ödənişlər edilsə də də, özünün həmin pulları poçtdan qəbul etmədiyini, Məhərrəm Kommersiya Məhkəməsində tələbin hissə-hissə icrası ilə bağlı müraciət etdiyini, həmin vaxt da bunu qəbul etmədiyini qeyd etmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmədə verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli icra sənədinin 28 iyul 2021-ci ildə icraata qəbul edildiyini, icra sənədinin əvvəl icra məmuru Vüsal Kərimovun icraatında olduğunu, o, Culfaya təyin edildikdən sonra icra sənədinin onun icraatına 2023-cü ilin yanvar ayından verildiyini, icra işindən borclunun əvvəllər dəfələrlə xəbərdar edilməsi, bununla bağlı Şəxs barəsində məhkəməyə keçən ilin mart ayında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib verildiyini, lakin həmin vaxt Şəxs hər ay 1000 manat ödəniş etdiyindən onun əməlində inzibati xəta tərkibi olmadığı üçün işə xitam verildiyini, lakin 2022-ci ilin iyun ayından başlayaraq ödənişlərdə həm azalma, həm də gecişmələrin başladığını, bununla bağlı borcluya xəbərdarlıq verildiyini, lakin elə də ciddi dəyişikliyin olmadığını, Şəxs hissə-hissə ödənişinin Zərərçəkmiş şəxs qəbul etmədiyini, borclunun həqiqətən də icra şöbəsində olan digər icra işi ilə bağlı Rəfiqə adlı tələbkara 1500 manat ödəniş etdiyini, hazırda icra sənədi üzrə Şəxs 42.653,45 (qırx doqquz min altı yüz əlli üç manat, qırx səkkiz qəpik) manat məbləğində borcunun qaldığını, bununla bağlı ona xəbərdarlıq edildiyini qeyd etmişdir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 09 fevral 2023-cü il tarixli, 012331 nömrəli inzibati xəta haqqında protokolundan, həmçinin işdə iştirak edən şəxslərin izahatlarından məlum olur ki, Şəxs Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli icra sənədi üzrə 42.653,45 (qırx doqquz min altı yüz əlli üç manat, qırx səkkiz qəpik) manat məbləğində ödənilməmiş borcu vardır. Bundan əlavə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş icraata başlamaq haqqında qərar, xəbərdarlığın surətlərindən o da aydın olur ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədinin icra edilməsi üçün ona rəsmi qaydada icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilib. Borclu icra sənədini icra etməməsini maddi imkanı olmaması ilə əsaslandırsa da, son zamanlar həyata keçirilən ödənişlərin miqdarı və onun tələbkara olan borcun məbləği Şəxs icra sənədini üzürlü səbəbdən icra etməməsini deməyə imkan vermir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməyə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun təqsirinin dərəcəsinə gəldikdə isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin 09 fevral 2023-cü il tarixli, 183858/4xx-xx/2021 nömrəli məktubunda Şəxs icra sənədi üzrə 15 dekabr 2021-ci ildə 300 (üç yüz) manat, 24 dekabr 2021-ci ildə 200 (iki yüz) manat, 10 yanvar 2022-ci ildə 250 (iki yüz əlli) manat, 28 yanvar 2022-ci ildə 450 (dörd yüz əlli) manat, 31 yanvar 2022-ci ildə 300 (üç yüz) manat, 07 fevral 2022-ci ildə 500 (beş yüz) manat, 22 fevral 2022-ci ildə 500 (beş yüz) manat, 28 mart 2022-ci ildə 600 (altı yüz) manat, 30 mart 2022-ci ildə 400 (dörd yüz) manat, 12 aprel 2022-ci il tarixdə 500 manat, 26 aprel 2022-ci il tarixdə 500 manat, 23 may 2022-ci il tarixdə 500 manat, 31 may 2022-ci il tarixdə 500 manat, 06 sentyabr 2022-ci il tarixdə 500 manat, 07 dekabr 2022-ci il tarixdə 500 manat və 24 yanvar 2023-cü il tarixdə 500 manat ödəməsi qeyd edilir. Sonuncu qeyd edilənlərdən görünür ki, Zeynalov X1 Muxtar Respublikası Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-2(123)-6/2021 nömrəli icra sənədi üzrə 2021-ci ilin dekabr ayında 500 (beş yüz) manat, 2022-ci ilin yanvar ayından-iyun ayınadək 1000 (bir min) manat, manat ödəniş etmiş,, bundan sonra ödəmələrdə gecikmələr başlamışdı. Ümumilikdə götürdükdə isə o, icra sənədinin icra edilməsi ilə bağlı tam hərəkətsiz qalmamış, habelə aralarında müddət olmaqla, fasilələrlə ödənişlər həyata keçirmişdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirici hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə isə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Normanın tələbindən də görünür ki, inzibati həbs müstəsna hallarda tətbiq edilir. Məhkəmə isə belə hesab edir ki, hazırda inzibati tənbehin məqsədinə nail olmaq üçün müstəsnalıq mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Çünki Şəxs digər şəxslər qarşısında icra ilə bağlı borcu olması, onun tələbkar qarşısında borcunun icrası ilə bağlı elə də uzun müddət ötürmədən ödəniş etməsi onu deməyə imkan verir ki, bu tənbeh növü inzibati tənbehin əsas məqsədinə çatmağa imkan verir. Cərimənin miqdarına gəldikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasından aydın olur ki, həmin inzibati xətanın törədilməsinə görə cərimə beş yüz manatdan min manatadək müəyyən edilmişdir. Məhkəmə Şəxs icra sənədi üzrə ödəməli olduğu məbləği nəzərə alaraq belə hesab edir ki, onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilməsi məqsədə uyğundur. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-24/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-24/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver