Məhkəmə qərarları › İş №3(079)-24/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-24/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-24/2024 08.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid iştirakı ilə, xx xxxx 1977-ci ildə Culfa rayonu Yaycı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Babək rayonu, Şıxmahmud kəndində faktiki olaraq yaşayan, "Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi"ndə ixtisaslı kənd təsərrüfatı fəhləsi vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinin 08 aprel 2024-cü il tarixli 4/203 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilmələrinə dair 08 aprel 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 08 aprel 2024-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, 07 aprel 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Babək rayonu Şıxmahmud kəndində yaşayan Şəxs Babək rayon Şıxmahmud kəndində yaşadığı evdə ailəsi ilə narahatçılıq yaradaraq məhəllədə səs-küy salmışdır. 08 aprel 2024-cü il tarixli, 0712 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, xx xxxx 1977-ci il təvəllüdlü Babək rayonu Şıxmahmud kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə 08 aprel 2024-cü il tarixdə, saat 12:10-da inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, Şəxs 08 aprel 2024-cü il tarixdə, saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında hadisənin xx.xx.2024-cü il tarixdə baş verdiyini, özünün həmin axşam futbola baxıb acqarına 2 bakal pivə içdiyini, daha sonra Babək rayonu, Şıxmahmud kəndində kirayədə yaşadığı evə gəldiyini, yemək hazır olmadığından yaşlı anası Xalidə ilə aralarında söz-söhbət olduğunu, anasına yeməyi gec hazırladığı üçün hirsləndiyini, ucadan danışdığını, nalayiq ifadə işlətmədiyini, səsinin qonşulara getmədiyini, belə ki, qonşularla aralarında məsafənin yaxın olmadığını, ailə üzvlərindən başqa heç kimi narahat etmədiyini, 19 yaşlı oğlunun həmin vaxt qorxub polisə zəng vurduğunu, belə ki, həyat yoldaşının da həmin vaxt gecə növbəsində olduğundan evdə olmadığını, ailəsində ilk dəfə belə bir halın baş verdiyini, polislərin gəldiyini, onlardan birinin Rəşad adlı əməkdaş olduğunu, ona nəyə görə uca səslə danışdığını, narahatçılıq etdiyini soruşduqlarını, onlara qarşı nalayiq ifadələr işlətmədiyini, həmin gecə sərxoşluq müayinəsinə aparılmadığını, gecəni polis şöbəsində qaldığını və əməlindən peşman olduğunu bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi izahatında xx.xx.2024-cü il tarixdə gecə 00:45 radələrində məlumat daxil olduğunu, ilk olaraq Cəhri polis bölməsinin sahə rəisinə zəng gəldiyini, daha sonra isə 102-ə zəng edildiyini, Babək rayonu Şıxmahmud kəndinə getdikdə şəxsi münaqişə yarandığını, evdə heç kimə xəsarət yetirilmədiyini, sadecə sözlü münaqişə olduğunu, Şəxs evin balkonunda ailəsinə qarşı içkili olması səbəbindən müəyyən sözlər işətdiyini gördüklərini, onlara qarşı da bir-iki ifadə işlətdiyini, lakin başqa artıq hərəkət etmədiyini, onlara qarşı müqavimət göstərmədiyini, ətrafda evlərin olmadığını, evdən uca səs gəlmədiyini, vətəndaşın içkili vəziyyətdə olanda özünü bilmədiyini, müayinə üçün xəstəxanaya apardıqlarını, lakin müxtəlif səbəblərdən sərxoşluq müayinəsinin baş tutmadığını, şəxsin Cəhri qəsəbə Polis Bölməsinə aparıldığını, səhəri günü şəxsin ayıldığını, onlardan üzr istədiyini, nalayiq ifadələri evin içində işlətdiyini, özündə yaxşı insan olduğunu, onun da Azərbaycan Respublikası vətəndaşı olduğunu, özünün yalan izahat verməyə görə məsuliyyətini dərk etdiyini və şəxsin ictimai qaydanı pozan ciddi bir hərəkətini görmədiyini bildirmişdir. Yəni Şəxs ictimai qaydanı pozan hərəkət etməsi ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi mötəbər sübutlarla, yəni marağı olmayan, həmin əmilin birbaşa şahidi olmuş şəxsin, cəmiyyət subyektinin izahatı ilə təsdiq edilməlidir. Buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin ifadəsi ilə şəxsin ailə-məişət münaqişəsi zəminində mübahisə yaratdığı, ictimai qaydanı pozan hərəkətlərə yol vermədiyi müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.1-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar