Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-24/2025 10.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmuru Aynurə Bayramlının iştirakı ilə, xx xxxxxx 1991-ci ildə İsmayıllı rayonu, Kürd kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli (FİN kodu - xxxxxxx), evli, iki uşaq atası, ********** VÖEN nömrəli fərdi sahibkar, Babək rayonu, Kərimbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinin 10 fevral 2025-ci il tarixli, 280777/10xx-xx/2024 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 fevral 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3586/24 nömrəli, xx.xx.2024-cü il tarixli, icra vərəqəsi, Babək Rayon Məhkəməsinin 2(079)-245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi, Babək rayon notariat ofisinin 3183 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3586/24 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx- 2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 47.583,5 manat, faiz borcu üzrə 5.491,63 manat, cərimə borcu üzrə 222,97 manat olmaqla, cəmi 53.298 (əlli üç min iki yüz doxsan səkkiz) manat, dövlət rüsumu olaraq 250 (iki yüz əlli) manat məbləğində pulun müştərək qaydada Şəxs, X3 və X2 tutularaq Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməsi, Babək Rayon Məhkəməsinin 2(079)-245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə xərcinin isə Şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinin Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsindəki AZ88NABZ01451700Q**********4 nömrəli hesabına köçürülməsi qət edilmiş, Babək rayon notariat ofisinin 3183 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən isə Şəxs 1033.98 manat pulun tutulması təklif edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3586/24 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə icraya yönəldilmiş, xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icraata başlanılmış, Babək Rayon Məhkəməsinin 2(079)-245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə icraya yönəldilmiş, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icraata başlanılmış, Babək rayon notariat ofisinin 3183 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi xx.xx.2024-cü il tarixdə icraya yönəldilmiş, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. İnzibati xəta haqqında protokoldan Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3586/24 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə, Babək Rayon Məhkəməsinin 2(079)-245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə, Babək rayon notariat ofisinin 3183 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən yaranmış borcunu ödəməkdən yayındığı müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında əvvəllər də adına kreditin olduğunu, həmin kreditləri götürüb bağladığını, heç vaxt kreditlə bağlı probleminin olmadığını, Naxçıvanda tanınmış iş adamı olduğunu, özünə həmin kreditləri götürərkən yüksək vəzifəli şəxslərin zamin durduğunu, həmin dövrdə ödəyə bilməməyinin səbəbinin iş qabiliyyətini itirməsi ilə bağlı olduğunu, Naxçıvandan Bakıya köçməsi, işlərində axsaqlıq yaranması və xəstəliyinin olması olduğunu, xəstəliklə bağlı sübutlarının olduğunu, əlləri və ayaqlarında xəstəlik yarandığını, 2024-cü ilin yanvar ayından oktyabr ayına qədər Türkiyədə müalicə aldığını, gəldikdən sonra isə heç bir ödəniş etmədiyini, yenidən iş qurmağa çalışdığını, 8 aydır müalicə aldığını, addım atıb yeriyəcək vəziyyətdə olmadığını, Azər-Türk banka olan borcdan bu gün xəbər tutduğunu, oraya ümumiyyətlə kreditinin olmadığını, Baku Electronicsə isə dostunun ailə qurması səbəbindən onun adına kreditə əşya alıb borclu düşdüyünü, Bank Respublikada olan krediti də ödəmək üçün vaxtın veirlməsini xahiş etdiyini, suallara cavabında əsas borcun Bank Respublikaya olan borc olduğunu, qətnamədən xəbərinin olduğunu, həmin vaxt Türkiyədə olduğunu, 2024-cü ilin yanvar ayının 06-dan oraya getdiyini, 2024-cü ilin oktyabr ayından ölkəyə qayıtdığını, gəldikdən sonra sadəcə olaraq sıfırdan iş qurduğu üçün pulun hamısının ödəyə bilməsinin mümkün olmadığını, səhvləri ucbatından bütün əmlakını itirdiyini və buna görə müflisləşdiyini, əlində olan bütün hər şeyi satdığını, əsəbdən dəri xərçənginə tutulduğunu, sadəcə övladına görə xəstəlikdən qurtulmağa çalışdığını, bankla danışıb ödənişləri həyata keçirəcəyini, hazırda mülkiyyətində Volksvagen Touareg markalı maşın olduğunu, həmin maşının itməsiylə bağlı Bakı DYİP-ə məlumat verildiyini, belə ki, maşını etibarnamə ilə dostuna verdiyini, maşın öz adına olsa da əslində dostunun olduğunu, sadəcə olaraq yaxın dost olduğuna görə nömrə məsələsinə görə öz adına keçirdiyini, hazırda avtomobilinin olmadığını, maşını gizlətmək kimi bir niyyətinin olmadığını, lazım olsarsa müvafiq orqanlara sorğu verilməsini istədiyini, Kərimbəyli kəndində olan evlərinin isə əmisinin ipoteka qoyaraq kredit götürdüyünü, digər borclarla bağlı məlumatlar göndərilsə də ailə üzvləri tərəfindən ona məlumat verilmədiyini, borcu ödəməyə ailəsinin də imkanının olmadığını, onların da öz adlarına kreditlərinin olduğunu himayəsində iki azyaşlı uşaq olduğunu, barəsində cərimə tənbehinin təyin edilməsini xahiş etdiyini bildirmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aynur Bayramova məhkəmə iclasında verdiyi izahatında Şəxs barəsində Babək Rayon Notariat Ofisinin icra qeydinin, Babək Rayon Məhkəməsinin qərarı və Bakı Kommersiya Məhkəməsinin icra vərəqəsinin möcvud olduğunu, protokolun əsasən şəxsin Bank Respublika ASC-yə olan borcuna görə tərtib edildiyini, qərara əsasən icrataa başlama haqqında qərar qəbul edilərək tərəflərə göndərildiyini, borclu tərəfindən icra sənədləri üzrə heç bir ödəniş edilmədiyini, tələbin əmlaka yönədilməsiylə bağlı borclunun qeydiyyatda olduğu ünvana baxış keçirildiyini, lakin borclu həmin ünvanda olmadığından və açarlar da borclunun özündə olduğundan baxış keçirilməsinin mümkün olmadığını, daha sonra borclu barəsində axtarış qərarı elan edildiyini, şəxsin 10 fevral 2025-ci il tarixdə şöbəyə polis əməkdaşları tərəfindən təhvil verildiyini və ödəniş olmadığından protokol tərtib edildiyini, notariusun icra qeydində əsasən ipoteka predmeti olan Volksvagen markalı avtomobilin axtarılması barədə 16 fevral 2024-cü il tarixdə qərar qəbul olunaraq DİN-ə göndərildiyini və cavab məktubunda müvafiq qeydiyyatın aparılması barədə məlumat verildiyini, lakin avtomobilin tapılmadığını, borclunun avtomobili gizlətməsiylə bağlı əllərində konkret sübut olmadığını, borclar üzrə heç bir ödəniş edilmədiyini, rəsmi xəbərdarlıqlardan əlavə borclu ilə əlaqə saxlamağın mümkün olmadığını, borclunun axtarış qərarı əsasında məcburi gətirildiyini bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından belə məlum olur ki, icra sənədlərinin icraata daxil olması barədə bildirişlər, xəbərdarlıq və təkrar xəbərdarlıqlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilmiş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı təkrar xəbərdar edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan Şəxs ********** VÖEN nömrəli fəaliyyətini müvəqqəti dayandırmış, dəzgahların pərakəndə satışı ilə məşğul olan fərdi sahibkar olduğu, mülkiyyətində VOLKSWAGEN TOUAREG minik markalı avtomobilinin olduğu aydın olur. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli icra məmurunun borclunun əmlakının axtarılması ilə bağlı qərardan Babək rayon Notariat ofisinin 290 saylı, xx.xx.2024-cü il tarixli qərarının icrası ilə bağlı Şəxs məxsus ipoteka predmeti olan “Volkswagen” markalı, 2011-ci il istehsal tarixli, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsi ilə bağlı avtomobilin yerinin müəyyən edilməməsi səbəbindən əmlakın axtarışının elan olunduğu müəyyən olunur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar və icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə etməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamış, icra sənədləri üzrə heç bir ödəniş edilməmiş, şəxs tərəfindən tutma yönəldilməli olan əmlakın icra orqanına təqdim edilməsi üçün tədbirlər görülməmişdir. “İcra haqqında” Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. “İXM-in 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Şəxs tərəfindən icra sənədlərinin icrası üçün mümkün vasitələrdən istifadə edildiyinə dair hal müəyyən olunmamış, protokol tərtib edən orqan yalnız elan olunmuş axtarış nəticəsində şəxsin icra şöbəsinə gəlməsini təmin edə bilmişdir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, borclunun və icra məmurunun məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan o da aydın olur ki, Şəxs İXM-in 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. İXM-in 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. İXM-in 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində axtarış qərarı 10 fevral 2025-ci il tarixdə icra olunmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 10 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 10 fevral 2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-24/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-24/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver