Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(079)-26/2020 28.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Kəngərli Bayram Akif oğlunun katibliyi ilə xx xxxxxx 1972-ci ildə Babək rayonu, Sirab kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Qaraqala kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında işə baxaraq Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala «28» sentyabr 2020-ci il tarixdə Babək Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında 10000-0033/20 saylı, «11» avqust 2020-ci il tarixli protokola əsasən xx xxxx 2019-cu il tarixdə, saat 16:50 radələrində Heydər Əliyev adına X2 J2 9684 saylı Kiyev-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Şəxs məxsus baqajda olan 1 ədəd iri həcmli şəffaf rəngli plastik qabın içərisində olan qarağatın altından gömrük nəzarətindən gizlədilmiş, 8 ədəd plastik qabda olmaqla qablaşdırma ilə birgə çəkisi 4312 qram təşkil edən qara rəngli balıq kürüsünün aşkar edilməsi faktı ilə bağlı Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin tərkib əlamətləri olduğundan toplanmış materiallar xx.xx.2019-cu il tarixli, 1900-013/0xx-xx/002205 nömrəli məktubla aidiyyəti üzrə Dövlət Gömrük Komitəsi X1 göndərilmiş və ********* nömrəli cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş, yuxarıda qeyd edilən fakt üzrə aparılan araşdırma dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx xxx 2020-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə edilmiş dəyişikliklər nəticəsində xx.xx.2020-ci il tarixindən etibarən həmin məcəllənin 206.1-ci maddəsindəki “külli” sözü “xeyli” sözü ilə əvəz edilmiş və CM-nin 206-cı maddəsinin “Qeydinin 1-ci bəndinə əsasən bu məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan az olmayan məbləğ başa düşülür qeyd edilmiş, eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında xx xxx 2020-cı il tarixli Qanuna əsasən inzibati xətalar Məcəlləsinin maddəsinin “Qeyd’’-inin “dörd” sözü “əlli” sözü ilə əvəz edilmiş və İXMnin 479-481, 482.1 və 482.2-ci maddələrinə “az miqdarda olduqda" dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür qeyd edilmiş, bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması Babək Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs izahatında Kiyev səhərində Milli Nəqliyyat Universitetinin 5-ci kurs tələbəsi olduğunu, sonuncu imtahanı vermək üçün xx.xx.2019-cu il tarixində Kiyev səhərinə getdiyini, imtahanları verdikdən sonra xx.xx.2019-cu il tarixində Bakıya gəlmək istəyərkən Kiyev aeroportunda əvvəllər tanımadığı Cavid adlı şəxs ona yaxınlaşaraq bir ədəd çantanı Bakıya aparmağı ondan xahiş etdiyini, çantanın bağlı olduğunu, içərisində nə olduğundan xəbərdar olmadığını bildirərək ona etiraz etdiyini, lakin çantanın içərisində şəkər dərmanının olduğunu, dərmanın Bakıda yaşayan xəstə qohumuna çatacağını, habelə Kiyev aeroportunda gömrük yoxlamasında keçirdikdən sonra ona verəcəyini Cavid adlı şəxsin ona bildirdiyini, orada gömrük əməkdaşları çantanı rentgen aparatından keçirdikdən sonra Cavid tərəfindən çanta onun adına qeydiyyatdan keçirildiyini, Cavid adlı şəxs çantanı Heydər Əliyev X2 Şahin adlı şəxsin götürəcəyini ona dediyini, özü isə təyyarəyə əyləşərək, saat 16:50 radələrində X3 Hava Limanına çatdığını, baqajlarını rentgen aparatından keçirdikdən sonra gömrük bəyannaməsini təqdim etmədiyini, bundan sonra gömrük əməkdaşları tərəfindən saxlanıldığını və Cavidin ona verdiyi çantaya baxış keçirildikdə çantada olan 1 ədəd iri həcmli plastik tacın içərisindəki qarağatın altından, 8 ədəd plastik qabda qablaşdırılmış ümumi çəkisinin 4312 qram qara rəngli balıq kürüsünün aşkar olunduğunu bildirmişdir. Məhkəmədə sualları cavablandıran Şəxs izahatında bildirdi ki, o Kiyev şəhərindən gələn zaman Kiyev aeroportunda gömrük yoxlamasından keçirilibdir və o zaman ona çantada qara kürü olmasını ona bildirməyiblər, buna görə də o həmin çantanın içərisində qadağan əşyanın olmasını bilməyibdir, Bakı şəhərində X2 əşyalara baxış keçirilən zamanı dövlət gömrük komitəsinin işçiləri onu saxlayan zaman o gətirdiyi çantanın içərisində qara kürü olduğunu bilibdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında xx xxxx 2019cu il tarixli protokoldan görünür ki, Şəxs məxsus baqajdan içərisində qarağat doldurulmuş 1 ədəd iri həcmli şəffaf rəngli plastik qabın içində olan qarağatın altından, gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi 4312 qram olan, şəffaf sellefonla üzlənmiş 8 (səkkiz) ədəd şəffaf rəngli plastik qaba qablaşdırılmış qara rəngli balıq kürüsünə oxşar maddə aşkar olunubdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 20684/85 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 8 (səkkiz) ədəd plastmas qaba qablaşdırılmış təmiz-netto çəkisi 3.860 kq olan kustar üsulla hazırlanmış nərə cinsli balığa aid kürü qida üçün yararlıdır və xx.xx.2019-cu il tarixə orta bazar qiyməti 4246.00 (dörd min iki yüz qırx altı) manat müəyyən edilir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2019-cu il tarixdə, saat 16:50 radələrində Heydər Əliyev adına X2 J2 9684 saylı Kiyev-Bakı aviareysi ilə gələn zaman Şəxs məxsus baqajda olan 1 ədəd iri həcmli şəffaf rəngli plastik qabın içərisində olan qarağatın altından gömrük nəzarətindən gizlədilmiş, 8 ədəd plastik qabda olmaqla qablaşdırma ilə birgə çəkisi 4312 qram təşkil edən qara rəngli balıq kürüsünü keçirən zaman gömrük bəyannaməsini təqdim etməmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin Qeydinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəxs az miqdarda 4246.00 (dörd min iki yüz qırx altı) malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli saxlanc yerlərindən və malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edib, gizlətməklə keçirmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində iş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların (təmiznetto çəkisi 3.860 kq, dəyəri 4246 (dörd min iki yüz qırx altı) manat olan nərə cinsli balığa aid kürü) müsadirə edilməsi növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər zərər çəkmiş şəxslərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən, maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Məhkəmə hesab edir ki, iş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi dövlət hesabına ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan təmiz-netto çəkisi 3.860 kq, dəyəri 4246 (dörd min iki yüz qırx altı) manat olan nərə cinsli balığa aid kürü müsadirə edilsin. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi dövlət hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(079)-26/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-26/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver