Məhkəmə qərarları › İş №3(079)-30/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-30/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(079)-30/2020 09.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Kəngərli Bayram Akif oğlunun katibliyi ilə xx xxxxxx 1995-ci ildə Culfa rayonu, Saltaq kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, “NaxçıvanAvtoyol” İdarəsində sürücü vəzifəsində işləyən, Culfa rayonu, Saltaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Babək RPİ- dən daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə Babək Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m : Babək RPİ- dən daxil olmuş xx.xx.2020-ci il tarixli, 008064 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xırda xuliqanlıqda təqsirləndirilir. Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Babək rayonu icra hakimiyyətinin qarşısında yüksək səslə danışaraq nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs bildirdi ki, həqiqətən də xx.xx.2020-ci il tarixdə Babək şəhərində yaşayan əmisi evinə qonaq gəlibdir, saat 17:00 radələrində evinə gedən zaman Babək rayon İcra Hakimiyyətinin qarşısında ona tanıdığından mobil telefonuna zəng gəlibdir, telefon danışığı zamanı o əsəbləşərək özünü saxlaya bilməyib ucadan səs-küy salaraq söyüşlər söyübdür, bu vaxt ona polis əməkdaşları yaxınlaşaraq onu nizam intizama dəvət edərək belə hərəkətləri etməməyi bildiribdir, lakin o yenə də bu cür hərəkətləri davam edibdir, bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət ediblər. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərkətlərə yol verməyəcəkdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol ilə müəyyən olundu ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Babək rayonu, Babək rayon İcra Hakimiyyəti qarşısında yüksək səslə danışaraq nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də digər sənədlərlə sübuta yetirilir. Bu səbəbdən də o, həmin maddənin sanksiyası ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Şəxs səmimi peşmançılığı yüngülləşdirən hal nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir Beləliklə, Şəxs 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan «09» dekabr 2020-ci il tarixli 0434 nömrəli tutma haqqında protokoldan da aydın olur ki, onun barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddəti «09» dekabr 2020-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X1 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar