Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-33/2023 09.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Vəkil, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə, xx xxxxxxxx 1973-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN koduxxxxxxx), evli, taksi fəaliyyəti ilə məşğul olan, vergi ödəyicisi, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla Babək rayonu Çeşməbasar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X4 Polis Şöbəsinin 08 mart 2023-cü il tarixli, 5/391 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 mart 2023-cü il tarixli, 001548 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. 001548 nömrəli, 08 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan belə məlum olur ki, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan xx xxxxxxxx 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs xx.xx.2023-cü il tarixdə X2 Limanının şərq çıxış zolağında polis əməkdaşının qanuni tələbini kobud şəkildə pozaraq polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. 08 mart 2023-ci il tarixli, 0813 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla Keçməbasar kəndində yaşayan 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, taksi fəaliyyəti ilə məşğul olan, orta təhsilli Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə 08 mart 2023-cü il tarixdə, saat 20:05-də inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, Şəxs 08 mart 2023-cü il tarixdə, saat 21:50-də azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixdə **-TA-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə hava limanının ərazisində ödəmə terminalının arxasında taksini saxladığını, məqsədinin müştəri götürmək olduğunu, digər taksi sürücüləri Məhərrəm və Eynulla adlı şəxslərlə çay içmək üçün taksiləri saxlayıb sərnişinlər çıxana qədər çayçıya gedib-qayıtmaq istədiklərini, bu məqsədlə Məhərrəm və Eynullanın taksilərini 3 taksinin yerində ortalama saxlayıb öz taksisi ilə çayçıya getdiklərini, qayıdıb gəldikdə taksisini həmin saxladığı yerə sürmək istədikdə polis əməkdaşı Zərərçəkmiş şəxs ona yaxınlaşıb gedib sırada saxlamalı olduğunu, burada daha əvvəl gəlmiş, daha əvvəlcədən gözləyən sürücülərin gəldikləri növbəyə uyğun saxlaya biləcəyini dediyini, özünün isə maşını aparıb növbənin sonunda saxlasa da özünün taksidə gözləməyəcəyini bildirdiyini, belə də etdiyini, taksini aparıb növbədə saxlayıb özünün gəlib taksidən kənarda gözlədiyini, bu zaman polis əməkdaşının ona yaxınlaşıb taksidə gözləməli olduğunu bildirdiyini, özünün isə taksi sürücüsü geyimində olmadığını, sıravi vətəndaş kimi gözlədiyini bildirib taksiyə gedib oturmadığını, həmin gün bacısı və həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq narahat olduğunu, əsəbi olduğundan polislə kobud şəkildə rəftar etdiyini, bu səbəbdən də əməlindən peşman olduğunu bildirib barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi X7 İdarəsində polis nəfəri kimi xidmət etdiyini, xx.xx.2023-cü il tarixdə axşam saatlarında xidmətdə olduğunu, Şəxs hava limanının həyətində yerləşən ödəmə məntəqəsinin arxasında taksisini saxlamaq istəyərkən ona növbəyə keçməli olduğunu, səhər saatlarından taksilərin növbədə dayandığını, belə növbədən çıxıb qayıtmağın digər sürücülərin narazılığına səbəb olduğunu bildirdiyini, Əliyevin maşını çıxarıb növbənin sonunda aparıb saxladığını, lakin özünün taksidə oturmadığını, taksini boş qoyub gəlib sırada yaxında dayanan taksilərin arxasında dayandığını, bu zaman ona taksisində keçib əyləşməyin vacib olduğunu bildirdiyini, belə ki, bütün sürücülər öz taksisində əyləşib sərnişin gözlədiyi üçün hər hansı sürücünün yaxında dayanıb müştəri götürməyə çalışdıqda narazılıq və səs-küyün yarandığını, bu səbəbdən də özünün verilən tapşırığa uyğun olaraq onu taksisinə keçirməklə bağlı qanuni tələbini irəli sürdüyünü, həmçinin sürücünün taksidə olmadığı halda maşınların girişində də problemlərin yarana bildiyini, arxadan gələn maşınların hava limanının ərazisinə keçə bilmədiyini, lakin Şəxs ona “getmirəm, elə burada da dayanacağam” deməklə səsini qaldırdığını, paltarlarını kobud şəkildə göstərib mülki geyimdə olduğunu, sıravi vətəndaşdan seçilmədiyini bildirib taksisini boş qoymaqda davam etdiyini, bu kimi hallar nəzərə alınmaqla şəxsin barəsində qanuni qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında taksi fəaliyyəti ilə məşğul olmaq hüququ olmadan sərnişin götürmək üçün arabir hava limanının ərazisində gəlib müştəri götürüb qazanc əldə etdiyini, xx.xx.2023-cü il tarixdə də orada olduğunu, keçərkən səs-küy gəldiyini eşitdiyini, səs gələn tərəfə baxdıqda X6 adlı polis əməkdaşı ilə mübahisə etdiyini gördüyünü, belə ki, polis əməkdaşının ondan sadəcə öz maşınının yanında dayanmasını və sərnişinləri və digər taksi sürücülərini narahat etməməsini xahiş etdiyini, Əli Piriyevin isə orada dayanmaqda davam edəcəyini bildirib buna məhəl qoymadığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında qanuni taksi fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə hava limanının qarşısında dayanıb müştəri gözlədiyini, hava limanının qarşısında taksilərin oraya gəldiyi saata uyğun növbə tutub müştəri götürüb qayıtdıqca yenidən növbəyə girdiyini, bu şəkildə hər bir sürücünün tutduğu növbəyə uyğun tez və ya gec sərnişin götürüb çörək pulunu çıxardığını, arabir taksi sürücülərindən birinin maşınını götürüb növbədən həmin maşını çıxarıb öz maşınlarını da onun yerində saxlayıb çay içməyə getdiklərini, dünənki tarixdə də Əli Piriyevin maşınını götürüb getmək barədə razılaşdıqlarını, bu zaman ödəmə məntəqəsinin arxasında 3 park yeri olmasına rəğmən 2 taksini ortalama yerləşdirib Pirinin maşınını da götürüb çay içməyə getdiklərini, qayıtdıqda Pirinin maşını həmin saxladıqları yerə sürmək istədikdə polis əməkdaşının bayaqdan bir nəfər sürücünün həmin yeri gözlədiyini, lakin 2 maşını 3 maşının yerində saxladığımızdan oraya girə bilmədiyini və narazılıq etdiyini bildirdiyini, bu səbəbdən də həmin sürücünün orada saxlamaqda haqlı olduğunu bildirib maşını aparıb növbənin sonunda saxlamalı olduğunu Əliyevə bildirdiyini, Əliyevin isə buna əməl etdiyini, lakin özünün maşında əyləşib gözləməyəcəyini, gəlib qabaqda dayanan taksilərin arxasında gözləyəcəyini bildirdiyini, belə də etdiyini, bu zaman Elvin adlı polisin yenidən ona müdaxilə edib maşınına keçib oturub digər sürücülər kimi gözləməyini bildirdiyini, Əliyevin isə bununla razılaşmadığını, dayanmaqda və etiraz etməkdə davam etdiyini bildirdi. Şahid3 məhkəmə iclasında verdiyi izahatında özünün qanuni taksi fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2023-cü il tarixdə hava limanının qarşısında sərnişin gözlədiklərini, bu zaman Şəxs çay içmək üçün növbədən çıxıb qayıtdığına görə polis əməkdaşının növbənin sonunda gözləməsini bildirdiyini, Əliyevin də oradan çıxdığını, aparıb maşını arxada saxladığını, lakin maşınında əyləşmədiyindən polisin ona taksiyə keçməyi bildirdiyini, Pirinin isə bununla razılaşmadığını, orada gözləməkdə davam etdiyini, bu səbəbdən də şöbəyə çağırılıb izahatının alındığını bildirmişdir. Müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyəti, yaşı, səmimi peşmanlığı, hadisənin az əhəmiyyətli olması kimi hallar nəzərə alınmaqla cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmçinin Şəxs təqsirləndirildiyi İXM-in 535.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin və zərərçəkmiş şəxsin izahatları ilə tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış və inzibati xəta törədən şəxsin izahatı əsasında müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daha əvvəl 1 il ərzində inzibati xəta törətməyə görə inzibati məsuliyyətə cəlb olunmamışdır. Şəxsin törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Həmçinin iş materiallarına əlavə olunmuş 056093 nömrəli, 15 avqust 2014-cü il tarixli vəsiqənin surətindən belə məlum olur ki, Şəxs müharibə veteranıdır. Sözügedən halı məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə şəxsə 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və sözügedən yüngülləşdirici halı nəzərə alan məhkəmə hesab edir ki, ona 07 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokol tərtib etmək məqsədilə 08 mart 2023-cü il tarixdə, saat 20:05-də inzibati qaydada tutulmuş, 08 mart 2023-cü il tarixdə saat 21:50-də azad edilmişdir. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxsin barəsində tətbiq edilmiş həbs inzibati tənbeh tədbirinin əvvəli şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 08 mart 2023-cü tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-33/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-33/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver