Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-34/2023 15.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, şahidlər X5 və Şahid2 iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), ali təhsilli, evli, 1 azyaşlı uşaq atası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan, vergi ödəyicisi olmaqla fərdi əmək fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 Polis Şöbəsinin 15 mart 2023-cü il tarixli, 5/426 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 14 mart 2023-cü il tarixli, 001549 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 15 mart 2023-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs 14 mart 2023-ci il tarixdə saat 23:10-da X4 X7 adlanan hissəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, cəmiyyətə açıqca hörmətsizlik etmiş, polis əməkdaşının qanuni tələbini pozmuşdur. 14 mart 2023-ci il tarixli, 0835 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, xx xxxxxxxx 1972-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə 14 mart 2023-cü il tarixdə, saat 23:15-da inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 12 mart 2023-cü il tarixdə daimi yaşadığı Bakı şəhərindən Naxçıvana qohum toyuna gəldiyini, 14 mart tarixində qohumlarla yığıncaqda içki qəbul etdiyini, X4 Limanına daxil olanda monitordan kənar keçmək istədikdə hava limanı əməkdaşlarının tələbi ilə qayıdıb monitordan keçib yük arabasını götürüb çölə çıxdığını, qayıtdıqda yoxlama bölməsində ondan “kimlik” tələb edildiyini, bu sözün ona yad gəldiyini, bu səbəbdən də onlara elə bir sənədinin olmadığını bildirdiyini, daha sonra isə aralarında kiçik bir mübahisə olduğunu, heç bir nalayiq ifadə işlətmədiyini, bu zaman hava limanı əməkdaşların polis çağırdığını, polis əməkdaşı ona yaxınlaşdıqda ona ehtiyac olmadığını, problemi öz aralarında həll edə biləcəklərini dediyini, polis əməkdaşının bir neçə dəfə bildirməyinə baxmayaraq bölməyə getməkdən imtina etdiyini, daha sonra başqa bir polis qrupunun gəldiyini, onlarla birlikdə bölməyə gedib şəxsiyyət vəsiqəsini təqdim etdiyini, bütün bunlara görə peşman olduğunu, orada olan şəxslərdən üzr istədiyini, həmin vaxt heç kimin əmlakına və ya sağlamlığına heç bir ziyan vurmadığını, heç kimə hədə-qorxu gəlmədiyini, xx.xx.2023-cü il tarixdə barəsində tutma tətbiq edilərək protokol tərtib olunduğunu, özünün evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan 1 azyaşlı övladının olduğunu, Naxçıvana gəldiyindən ailə üzvlərinin Bakı şəhərində tək qaldığını, özünün birinci Qarabağ müharibəsi iştirakçısı, atası Səyyad Əliyevin isə birinci Qarabağ müharibəsi şəhidi olduğunu, əlilliyinin olmadığını, bütün bunlar nəzərə alınmaqla barəsində yüngül tənbeh tədbirinin görülməsini xahiş etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 Polis Şöbəsinin X1 polis serjantı olduğunu, 14 mart 2023-cü il tarixdə saat 11 radələrində X1 rəisinin onu çağıraraq bir nəfər şəxsin ictimai qaydanı pozduğunu bildirdiyini, həmin vaxt şəxsə yaxınlaşaraq onu Polis bölməsinə dəvət etdiyini, bu zaman Şəxs buna etiraz edərək məsələni hava limanı əməkdaşları ilə həll edəcəklərini, buna ehtiyac olmadığını bildirdiyini, bir neçə dəfə israr etməsinə baxmayaraq içkili olduğundan onunla gəlməkdən imtina etdiyini, həmin yerə əməliyyat qrupunu dəvət etməli olduğunu, əməliyyat qrupu müvəkkilləri gəldikdən sonra bölməyə getməyə razılaşdığını, ona qarşı hər hansı zor tətbiqi və ya hədə-qorxu gəlmədiyini, heç bir nalayiq ifadə işlətmədiyini bildirmişdir. Şahid X5 məhkəmə iclasında verdiyi izahatında X4 Limanında Təhlükəsizlik Xidmətinin agenti vəzifəsində xidmət etdiyini, saat 22:30 radələrində zalda xidmət edərkən bir nəfərin təhlükəsizlik moniti=orundan keçmək yerinə ipi qaldıraraq keçdiyini gördüyünü, ona yaxınlaşaraq hamı kimi monitordan keçməli olduğunu bildirdiyini, bu zaman vətəndaşın yüksək səslə kobud şəkildə yoxlanmadan zala daxil olub araba götürüb çıxacağını bildirdiyini, ona monitordan keçmədən zala daxil ola bilməyəcəyini, bunun sərnişinlərin və əməkdaşların təhlükəsizliyinə xidmət etdiyini bildirdiyini, bundan sonra vətəndaşın qayıdıb monitordan keçib narazı hərəkətlə zala daxil olduğunu, heç bir nalayiq ifadə işlətmədiyini bildirdi. Şahid2 məhkəmə iclasında verdiyi izahatında X4 Limanında Təhlükəsizlik Xidmətinin agenti vəzifəsində xidmət etdiyini, 14 mart 2023-cü il tarixdə saat 11 radələrində üç reysin uçuşa hazırlandığını, bu səbəbdən də içəridə sərnişin və əməkdaşların çox olduğunu, Şəxs şəxsiyyət vəsiqəsi və bileti istədiyini, onun isə nəyə görə yoxlama aparılmalı olduğunu soruşduğunu, heç bir sənəd təqdim etmədiyini, bunun əvəzinə kobud şəkildə səsini qaldıraraq etiraz etməyə başladığını, ona ictimai qaydanı pozmağın yolverilməz olduğunu izah etdiyini, daha sonra polis əməkdaşlarının onunla məşğul olduğunu, onun heç bir nalayiq ifadə işlədib kimsəyə müqavimət göstərməyə cəhd etmədiyini, sadəcə olaraq içkili olduğundan ictimai yerə uyğun davranışlar etmədiyini bildirdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs təqsirləndirildiyi İXM-in 510-cu maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Həmçinin Şəxs təqsirləndirildiyi İXM-in 535.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddələrin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməllər qəsdən törədilmiş və eyni zamanda ictimai və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalardır. Həmçinin şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1 və 33.1.7-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmuşdur. Belə ki, inzibati xəta materialına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinə aktından belə məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdə xx.xx.2023-cü il tarixdə alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmuşdur. Şəxsin törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini - 1 azyaşlı uşağının olmasını, onun şəhid ailəsi üzvü olmasını həmin məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməli və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində təqsirləndirildiyi daha ciddi xətaya görə müəyyən olunmuş sanksiya çərçivəsində cərimə inzibati tənbeh növü tətbiq edilməli, onun barəsində 200 (iki) yüz manat cərimə tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan cərimənin konkret həddi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və cərimə məbləği Şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-34/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-34/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver