Məhkəmə qərarları › İş №3(079)-35/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-35/2020

28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(079)-35/2020 28.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsi, hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs:- xx xxxxxx 1964-cü ildə Nax., Cəhri kəndində doğulmuş, (Fin kod - xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşı, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olan barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: İnzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2020-ci ildə saat, 17:30-da DONG FENG yük markalı, ** RP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbini pozmuş, ara məsafəsi qaydalarına riayət etməmiş, barəsində Bakı şəhəri, Sabunçu Rayon DYPŞ-nin əməkdaşı tərəfindən xx xxxx 2020-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati- Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, tərtib olunmuş inzibati xəta haqqında İXP ******* nömrəli protokol baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolla təsdiqini tapmışdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində düzgün olaraq Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakitə edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirli bilinməli, onun nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, icraatı rədd edən halları müəyyən etməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, onun nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar