Məhkəmə qərarları › İş №3(079)-36/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-36/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-36/2024 16.05.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl Əsgərlinin iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 (iki) azyaşlı uşaq atası, orta təhsilli, fərdi sahibkar (VÖEN - **********), Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla Baki Şəhəri Xəzər Rayonu, Binə ŞTQ, İ.Nəsimi ünvanında faktiki olaraq yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 16 may 2024-cü il tarixli, 163067/5xx-xx/2023 nömrəli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 may 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs Babək Rayon Məhkəməsinin 2(079)-175/2023 nömrəli, 14 yanvar 2023-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-175/2023 nömrəli, 14 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən Babək Rayon Məhkəməsinin 2(079)-175/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə Babək Rayon Məhkəməsinin uşağın saxlanılması üçün müvəqqəti alimentin tutulması haqqında 14 aprel 2023-cü il tarixli, 2(079)-175/2023 nömrəli qərardadı ilə müəyyən edilən müvəqqəti alimentin tutulması hazırki mülki iş üzrə qətnamə qəbul edildiyindən ləğv edilməklə həmin qərardadla qətnamənin çıxdığı günədək, yəni 14 aprel 2023-cü ilədək cavabdeh tərəfindən ödənilmiş aliment məbləği nəzərə alınıb, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-cu il təvəllüdlü X5 və xx.xx.2021-cü il təvəllüdlü X1 üçün Şəxs hər ay bir uşağın saxlanılması üçün 160 (bir yüz altmış) manat olmaqla, iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların anası X3 ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Babək Rayon Məhkəməsinin 2(079)-175/2023 nömrəli, 14 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən yaranmış borcunu ödəməkdən yayındığı müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayonu Cəhri qəsəbəsində qeydiyyatda olsa da Bakı şəhəri Binə qəsəbəsində fərdi evdə yaşadığını, məhkəmədə nikahın pozulması ilə bağlı işinə baxılarkən ayağında məhkum olunduğu cəzanın icrası ilə bağlı elektron nəzarət vasitəsi olduğundan iştirak edə bilmədiyini, məhkəmənin gedişindən xəbərdar olduğunu, amma yekun məhkəmə aktını almadığını, amma telefon vasitəsilə əlaqə saxlayıb nə qədər aliment kəsildiyini öyrəndiyini, buna baxmayaraq 2023-cü ilin sonlarına qədər aliment ödəmədiyini, 2023-cü ilin oktyabr ayında icra məmurunun tələbi ilə həmin vaxta qədər yığılmış 2730 manat borcunu bir gün ərzində Naxçıvana gəlib bağladığını və Bakı şəhərinə qayıtdığını, daha sonra yenidən aybaay ödəməli olduğunu bildiyi halda alimenti ödəyə bilmədiyini, həmin vaxtdan indiyə qədər bir dəfə 2024-cü ilin aprel ayında cəmi 300 manat aliment ödəyib qəbzini icraçıya göndərdiyini, qalan 7 ayın ödənişini edə bilmədiyini, belə ki, işğaldan azad edilmiş bölgələrdə sahibkar maşını idarə etdiyini, bununla bağlı olaraq fərdi sahibkar kimi qeydiyyatda durub vergi ödədiyini, əslində daimi işinin və ***-**** manat aralığında aylıq gəlirinin olduğunu, lakin son bir neçə ay ərzində əmək haqlarının verilmədiyini və son üç ayı isə işləmədiyini, maşınını idarə etdikləri adamlar pulu gecikdirəndə onları işlədən şirkətin də aylıq pulu verə bilmədiyini, yalnız yol xərclərini qarşıladığını, bu səbəbdən də alimenti ödəyə bilmədiyini, tələbkarla xalası qızı olsa da əlaqə saxlaya bilmədiyini, bu səbəbdən də üzrlü vəziyyətini deyə bilmədiyini, əməlindən peşman olduğunu, 15 may tarixində axtarışla şöbəyə təhvil verilib xəbərdarlıq edildiyini, lakin işəgötürəni ilə danışsa da pulunu ancaq növbəti həftənin birinci günü ödəniləcəyini bildirdiklərindən ödəyə bilmədiyini, əgər vaxt verilərsə sabah bütün borcu bağlaya biləcəyini bildirmişdir. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayıl Əsgərli məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin 2(079)-175/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli icra vərəqəsinin xx.xx.2023-cü il tarixdı icraata daxil olduğunu və icraata başlamaq haqqında qərar qəbul edildiyini, bu barədə tərəflərə məlumat verildiyini, lakain borclu şəxs Naxçıvanda yaşamadığından bildirişin ona çatdırılmasının mümkün olmadığını, həmin sənədlərin yaşadığı yer üzrə icra nümayəndəliyinə xx.xx.2023-cü il tarixdə göndərildiyini, ondan əvvəl tərəflər arasında müvəqqəti alimentlə bağlı çıxmış icra vərəqəsinin icrası ilə bağlı şəxsin alimenti ödəmədiyi üçün xx.xx.2023-cü il tarixdə axtarışa verilib xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən icra və probasiya şöbəsinə gətirildiyini, şəxsin həmin vaxta qədər olan 2731 manat borcunu bağladığını, daha sonra borclu yenidən Bakı şəhərinə qayıtdığından onu tapa bilmədiklərini, 2023-cü ilin oktyabr ayından sonra yenidən ödəniş edilmədiyindən tələbkarın 2024-cü ilin ferval ayında şöbəyə müraciət edərək heç bir ödənişin olunmadığını bildirdiyini, borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etdiyini, 2024-cü ilin fevral ayında İsrayılın Naxçıvan şəhərində olması müəyyən edildiyindən əlaqə saxlanılaraq şöbəyə dəvət olunduğunu, şöbəyə gələcəyini bildirsə də daha sonra Bakı şəhərinə getdiyini müəyyən etdiklərini, 29 fevral 2024-cü il tarixdə yenidən axtarışa verildiyini, 2024-cü ilin fevral ayında axtarışa verildikdən sonra aprel ayında 300 manat ödəniş edib qəbzini isə telefon vasitəsilə şöbəyə göndərdiyini, şəxsin Cəhri qəsəbəsində yerləşən ünvanına baxış keçirmək istəsələr də orada yaşamaması səbəbindən baxışın baş tutmadığını, şəxsin adına əmlakın olmadığını Elektron İcra Sistemi vasitəsilə müəyyən etdiyini, onun fərdi sahibkar olması barədə şöbədə məlumatın olmadığını, olsa belə fərdi sahibkarların gəlirlərini müəyyən edib tutmanı yönəldə bilməyin hələ ki mümkün olmadığını, şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmadığını, 15 may 2024-cü il tarixdə şöbəyə gətirildiyini, alimenti ödəməsi ilə bağlı xəbərdarlıq edilsə də və maddi itkisi olduğu üçün ödəmək imkanının olmadığını bildirdiyini, protokol tərtib edilib məhkəməyə təqdim olunduqdan sonra isə pulu ertəsi gün ödəyəcəyini bildirdiyini qeyd etmiş, şəxsin barəsində inzibati tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildiriş, xəbərdarlıq və təkrar xəbərdarlıqlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlum olan qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, şəxsə icra sənədinin icra edilməməsinin nəticələri barədə yazılı xəbərdarlıq edilmiş, həmçinin Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı birbaşa xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Protokola əlavə olunmuş borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarında şəxsin 1940 manat aliment borcunun olduğu bildirilmiş, bunun hüquqi nəticələri izah edilmiş, yaranmış borcun tam ödənilərək qəbzin icra qurumuna təqdim edilməsi tələb olunmuş, lakin borclu tərəfindən məhkəmə qərarının icrası üçün heç bir tədbir görülməmişdir. “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün və icra məmurunun məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Elektron Məhkəmə İnformasiya Sistemindən” barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vergi məlumatları üzrə çıxarışdan müəyyən olunur ki, şəxs xx.xx.2017-ci ildən “Refrejiratorla Daşınma” fəaliyyət istiqaməti üzrə aktiv vergi ödəyicisi olaraq fəaliyyət göstərir. Həmçinin öz izahatı əsasında aylıq sabit gəlirinin olduğu müəyyən olunmuşdur. Şəxs izahatında alimenti ödəmədiyi son 7-8 ay ərzində gəlirinin olmadığına istinad etsə də bunu təsdiq edən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, şəxsin icra məmurunun qanuni tələblərinin icrası məqsədilə mümkün vasitələrdən istifadə etməsi müəyyən olunmamışdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı İXM-in 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxsin əməlində ağırlaşdırıcı hal mövcud deyildir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan o da aydın olur ki, Şəxs İXM-in 30.2ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. İXM-in 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. İXM-in 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 16 may 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 16 may 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda İXM-in 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 16 may 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar