Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(079)-37/2020 24.12.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə hesab edir ki, materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan inzibati tənbeh üçün əsas olan TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın surətində tərtib edilmiş qərar vəzifəli şəxsin adı göstərilsə də həmin protokol imzalanmamış və qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.4.-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 80.1.-ci maddəsinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Şəxs barəsində olan TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın surəti əlavə edilsə də, həmin qərarı tərtib etmiş vəzifəli şəxs tərəfindən imzalanmamış və qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etmək istəyir ki, Suraxanı Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala Şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, həmçinin Mərkəzi informasiya Sistemindən çıxarış əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün işə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(079)-37/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-37/2020
24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver