Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-38/2021 16.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi ilə, X4 məhkəmə iclas katibi katibliyi ilə xx xxxx 1971-ci ildə Naxçıvan rayonu, Qoşadizə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, (Fin kod – xxxxxxx) Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində yaşayan, müvəqqəti işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m : Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis şöbəsinin 02 noyabr 2021-ci il tarixli, 4/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair 01 noyabr 2021-ci il tarixli, 010414 nömrəli inzibati xəta haqqında protokollar onlara əlavə olunmuş sənədlərlə birlikdə 02 noyabr 2021-ci ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 31 oktyabr 2021-ci ildə Babək rayonu, Babək şəhəri, Qoşadizə məhəlləsində çöllük ərazidə X12, X5 və X8 ilə qumar oynaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş, yəni “Qumar oyununda iştirak etmə” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qumar oynamaq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin qeyd hissəsinin 1-ci hissəsinə görə isə “qumar oyunu” dedikdə isə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunmuş hal şahidləri X2 və X1 izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında X5, X12 və X8 ilə 31 oktyabr 2021-ci ildə qonşusu Cəfərin qızının toy məclisində görüşdüklərini, toy məclisinin Babək şəhəri, Qoşadizə məhəlləsində təşkil edildiyini, orada təqribən bir saat yarım, iki saat oturduqdan sonra vaxt keçirmək üçün qumar oynamaq qərarına gəldiklərini, bundan sonra Həbibin qumar oynamaq üçün gedib evdən kart götürdüyünü, elə bu məqsədlə Qoşadizə məhəlləsinin kənar yerində çöllük ərazidə oyunun bir gedişi 1 manat olmaqla qumar oynadıqlarını, təqribən 20 dəqiqə, yarım saat oynadıqdan sonra polis əməkdaşlarının gəldiklərini, bu zaman özlərinin törətdikləri əməli etiraf etdiklərini, həmin vaxt polis tərəfindən ortaya qoyulmuş 126 manat məbləğində pulun və qumar oynadıqları kart dəstəsini götürüldüyünü, qumar oynamaq üçün özü tərəfindən ortaya 60 manat məbləğində pul qoyduğunu, daha sonra polislərin onları, yəni özünü, X3, X9 və X6 polis şöbəsinə dəvət etdiklərini, həmin gün şöbəyə gedib izahatlarını verdiklərini və 01 noyabr 2021-ci ildə isə yenidən polis şöbəsinə çağırıldıqlarını, həmin gün barələrində protokol tərtib edildiyini qeyd edib, tutduğu əməldən peşman olmasını, hazırda işləməməsini, dörd uşağının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş əşyaların və sənədlərin götürülməsi barədə 31 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş 06 ədəd fotoşəkillərdən görünür ki, inzibati xəta əməlinin baş verdiyi yerə baxış zamanı oradan qumara qoyulmuş pul vəsaiti kimi 126 (bir yüz iyirmi altı) manat məbləğində pul və qumar oyunun ləvazimatı olan bir dəst (36 ədəd) kart götürülmüşdü. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdi ki, götürülmüş qumar oyunun ləvazimatı olan bir dəst (36 ədəd) kart X10 məxsus olmuşdu. Bundan əlavə qumara qoyulmuş 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin 60 (altmış) manat məbləği Şəxs məxsusdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddi hüquq normasının-inzibati xəta əməlinin sanksiyasından göründüyü kimi həmin inzibati xəta əməlinin törədilməsi ilə bağlı əsas tənbeh növü kimi yalnız cərimə tənbeh növü qeyd edilmişdi. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tədbiri qismində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Cərimənin miqdarına gəldikdə məhkəmə qeyd edir ki, bu zaman hər bir şəxsin inzibati xəta əməlinin törədilməsində iştirakının xarakteri və təqsirinin dərəcəsi, həmçinin ədalət prinsipi və inzibati tənbehin məqsədləri nəzərə alınmaqla təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai mənəviyyat əleyhinə olan inzibati xətadır. Onların əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə bildirir ki, məhkəmədə araşdırılan sübutlardan aydın olur ki, Şəxs hazırda işsizdir və müstəqil qazancı yoxdur. Şəxs törətdiyi əmələ görə səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.1.1-ci maddəsinə görə yüngülləşdirici hal kimi nəzərdə alınmalıdır. Bundan başqa ona tənbeh tədbiri tətbiq edilərkən onun evli və dörd uşağının olması, yəni onun ailəsinə təsirini də nəzərə alınmasını məhkəmə zəruri hesab edir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdı. Bundan əlavə şəxsin təqsirləndirildiyi əməlin-maddi hüquq normasının sanksiya hissəsindən oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlakın müsadirə edilməsinin əlavə tənbeh növü kimi imperativ-məcburi olması aydın olur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş əşyaların götürülməsi barədə 31 oktyabr 2021-ci il tarixli protokoldan, həmçinin Şəxs izahatından müəyyən edilir ki, inzibati xəta əməlinin baş verdiyi yerə baxış zamanı Şəxs məxsus olan 60 (altmış) manat məbləğində pul və X10 məxsus qumar oyunun ləvazimatı olan bir bağlama (içərisində 36 ədəd kart olmaqla (dəst)) kart götürülmüşdü. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tələbini rəhbər tutmaqla məhkəmə qeyd edir ki, 126 (bir yüz iyirmi altı) manat pulun Şəxs məxsus hissəsi, yəni 60 (altmış) manat məbləğində pul dövlət mülkiyyətinə keçirilməklə müsadirə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinin tələbinə görə inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.1 və 77.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Qumar oyunun ləvazimatı olan bir bağlama (dəst) kart isə X10 məxsus olduğundan, onun hüquqi müqəddəratı hazırda məhkəmənin icraatında olan və Şəxs ilə qumar oyununda iştirak etmiş X7 barəsində olan 2(079)-36/2021 nömrəli inzibati xəta haqqında işə baxılması zamanı həll edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qumara qoyulmuş 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin Şəxs aid hissəsi, yəni 60 (altmış) manat miqdarı müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-38/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-38/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver