Məhkəmə qərarları › İş №3(079)-43/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-43/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-43/2023 10.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl X1 rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Babək Rayon Məhkəməsinə 10 aprel 2023-cü il tarixdə Babək rayon İcra və Probasiya şöbəsinin 10 aprel 2023-cü il tarixli, 258463/6xx-xx/2022 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair 10 aprel 2023--cü il tarixli, 012340 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. 10 aprel 2023-cü il tarixdə Babək rayon İcra və Probasiya şöbəsinin rəisi məktubla məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan Babək Rayon Notariat ofisinin 8i-1401 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə borclu borcu qismən ödədiyindən barəsində tərtib edilmiş 10 aprel 2023-cü il tarixli, 012340 nömrəli inzibati xəta haqqında protokolun baxılmadan saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərdən keçirərək hesab edir ki, protokol tərtib edən şəxs qeyd olunan protokolun baxılmadan geri qaytarılmasını xahiş etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair 10 aprel 2023-cü il tarixli, 012340 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair 10 aprel 2023-cü il tarixli, 012340 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Babək rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar