Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-56/2025 25.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Babək rayonu, Hacıvar kəndində yerləşən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə “24” aprel 2025-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının “16” aprel 2025-ci il tarixli, 6-1-21/2-4848/2025 nömrəli məktubu ilə həmin orqanın Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 15 aprel 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "BİRLİK QİDA” MMC tərəfindən 100000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 03 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 100000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə 08 may 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə əlavə sübutların toplanıb məhkəməyə təqdim edilməsi üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(079)-56/2025 nömrəli qərardadına əsasən inzibati xəta haqqında işə baxılma müddəti 1 (bir) ayadək müddətə uzadılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında xx.xx.2023-cü il tarixdə X2 İnşaat Sanayi ve Ticaret limited Şirkətində idxal edilmiş antep fıstığı məhsullarının alınması üçün 100000 ABŞ dollarının bir qismini məhsul gəlməmişdən qabaq, bir qismini isə gəldikdən sonra ödənildiyini, bununla bağlı gömrüyə qəbz təqdim edilsə də, orada sistemdə qarşı tərəfə borclu olduqlarının qeyd edildiyini, bununla bağlı Gömrük Komitəsinə müraciət edildiyini, ödənişlə bağlı 2 ədəd qəbzin olduğunu, birinin ******* tl, digərinin isə ******* tl dəyərində olduğunu, hazırda bir bəyannamədə düzəliş olunduğunu, digərində isə Gömrük Komitəsində bu işlərlə bağlı sıxlıq olduğundan düzəliş olunmasının gözlənildiyini, əlavə vaxt verilərsə həmin düzəlişin də edilərək bəyannamənin məhkəməyə təqdim olunacağını, gömrük tərəfindən səhvən bəyannamənin 120 kodu ilə qeydə alındığını, müraciətlərindən sonra 110 kodu kimi düzəliş edildiyini, 35127 manat rüsum ödənildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdır. Məhkəmə hüquqi şəxsə qarşı törədilməsi istinad olunan inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli, həmin normanın tələbləri daxilində, həmçinin məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir: İnzibati xətalar qanunvericiliyinin vəzifələri İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilmişdir ki, həmin normaya əsasən onun vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin-inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməlin dispozitiv şərtlərinin mövcudluğunu məhkəmədə tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş; BQ05 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin surətindən “Kendircioğlu Kuruyemiş” Gida İnşaat Sanayi və Ticaret Limited şirkəti ilə Şəxs arasında meyvə qurusu və çərəzlərin alınması haqqında müqavilə bağlanması (maddə 1), Şəxs sifarişçi, “Kendircioğlu Kuruyemiş” Gida İnşaat Sanayi və Ticaret Limited icraçı olması (maddə 2-3), ödəmənin müəyyən qisminin materialların təslimindən əvvəl qalanının isə təslimindən sonra nağd və ya bank köçürməsi yolu ilə 360 gün ərzində həyata keçirilməsi (maddə 4), müqavilənin imzalandığı andan qüvvəyə minməsi və öhdəliklərin yerinə yetirilməsinədək qüvvədə olması (maddə 8); 03 mart 2023-cü il tarixli, OX4 nömrəli ödəniş tapşırığının surətindən Şəxs “Kendircioğlu Kuruyemiş” Gida İnşaat Sanayi və Ticaret Limited şirkətinin hesabına 100000.00 (bir yüz min) ABŞ dolları məbləğində pulun köçürülməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etməsi və bu məqsədlə 100000.00 (bir yüz min) ABŞ dollarının “Kendircioğlu Kuruyemiş” Gida İnşaat Sanayi və Ticaret Limited şirkətinin hesabına köçürülməsi aydın olur. Yuxarıda qeyd edilənlərdən Şəxs avans yolu ilə “Kendircioğlu Kuruyemiş” Gida İnşaat Sanayi və Ticaret Limited” şirkətinə valyuta vəsaiti ödəməsi – köçürməsi öz təsdiqini tapır. Ölkə xaricinə ödənilmiş məbləğin qarşılığında malların Azərbaycan Respublikası idxal edilməməsinin mövcudluğunun yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq, Mərkəzi Bank Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqan olaraq Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsinin və qaydasının müəyyən edilməsi, valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktların qəbul edilməsi və s. kimi mühüm funksiyaları həyata keçirir. Həmin Qanunun 14-cü maddəsinə görə valyuta nəzarətinin məqsədi isə valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir. Sözügedən Qanunun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. Azərbaycan Respublikası Mərkəzi Bankının “28” noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinə görə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlandığı 07 mart 2025-ci il tarixli, 13002-01/20 nömrəli məktubunun mahiyyətindən xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilər sırasında Şəxs də olması, onun xx.xx.2023-cü il tarixdə “Kendircioğlu Kuruyemiş” Gida İnşaat Sanayi və Ticaret Limited şirkətinin hesabına köçürdüyü 100000 (bir yüz min) ABŞ dollarının bəyan edilməməsinin qeyd edilməsi müəyyən edilir. Lakin, Şəxs məhkəmə iclasında təqdim etdiyi xx.xx.2023-cü il tarixli, **********2076 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli, **********8732 sorğu nömrəli gömrük bəyannamələrindən Şəxs “Kendircioğlu Kuruyemiş” Gida İnşaat Sanayi və Ticaret Limited şirkəti ilə bağladığı müqavilə üzrə razılaşdırılmış malların Azərbaycan Respublikası ərazisinə idxal olunmasını müəyyən etmək olur. Həmçinin, Şəxs təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 18492 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixində “X3 İnsaat Sanayi ve Ticaret Limited” şirkətinin xeyrinə aparılmış 100000 USD (bir yüz min ABŞ Dolları) avans ödənişi **********2076 və **********8732 nömrəli gömrük bəyannamələri ilə tam bağlanılmışdır. Bu isə onu deməyə əsas verir ki, Şəxs ilə “Kendircioğlu Kuruyemiş” Gida İnşaat Sanayi və Ticaret Limited” şirkəti arasında bağlanmış BQ05 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs sonuncunun hesabına köçürdüyü 100000 (bir yüz mn) ABŞ dolları məbləğində pulun dəyərində malı Azərbaycan Respublikası ərazinə iki il müddətində idxal etmişdir. Yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən əməl üzrə inzibati xəta tərkibi mövcud deyildir. Buna görə Şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının 15 aprel 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin sözü gedən Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(079)-56/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-56/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver