Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-57/2025 29.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid3, Şahid1 və Şahid2 iştirakları ilə, xx xxxxxxx 1981-ci ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, subay, işsiz, 2 (iki) uşaq atası, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan və yaşayan (FİN kodu xxxxxxx), Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 29 aprel 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 28 aprel 2025-ci il tarixli, 3-13-43-7/2- 3982/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 28 aprel 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs Babək rayonu, Babək şəhərinin mərkəzinə yaxın yerdə ucadan səs-küy salaraq mobil telefonla danışarkən nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” və “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməllərini törətməsi müəyyən edilmişdir. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında əvvəllər iki dəfə inzibati məsuliyyətə cəlb edildiyini, bir dəfə barəsində inzibati həbs tənbeh növünün tətbiq edildiyini, əvvəllər telefon aksessuarları satdığını, 1 ildir ki, səhhəti ilə bağlı işləyə bilmədiyini, 5 və 10 yaşında 2 övladının olduğunu, əlilliyinin olmadığını, lakin ciyərində qaralma və deşilmə olduğunu, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini, pensiya kartı alması üçün 28 aprel 2025-ci il tarixdə sosiala getdiyini, avtobusdan düşdükdən sonra həmin vaxt borcunu almaq üçün Mahir adlı dostuna zəng etdiyini, lakin onun telefona cavab vermədiyini, həm bu səbəbdən, həm də balaca övladının ayağı qırıldığı üçün əsəbi olduğunu və uca səslə “şəxsiyyətsiz, alçaq” kimi ifadələr işlətdiyini, Mahirin telefona cavab vermədiyi üçün öz-özünə danışdığını, bundan sonra polis əməkdaşlarının ona yaxınlaşdığını, onlara hörmətsizlik etdiyini və “bu alçaq telefonu açmır” dediyini, daha sonra polis şöbəsinə getdiyini, başqa heç nə demədiyini, Mahirə 1.5-2 il əvvəl təxmini 7000-8000 manat telefon aksessuarlarını satdığını, Mahirin ona hazırda 800 manat borcunun qaldığını, başqa heç bir səs-küy etmədiyini, əvvəllər İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən barəsində 3 dəfə inzibati həbs tətbiq edildiyini, bunun əvvəlki həyat yoldaşının iş yerinə gedərək şikayət etməsi səbəbindən baş verdiyini, yekunda isə bir səhvlik etdiyini, nalayiq sözlər işlətmədiyini, əməlindən peşman olduğunu, səhhətində problemlər olduğunu və bu səbəbdən də barəsində cərimə tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Şahid3 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində polis sahə rəisi işlədiyini, 28 aprel 2025-ci il tarixdə saat 18 radələrində Babək rayonu, Babək şəhəri, Heydər Əliyev prospektində şöbənin digər əməkdaşları Şahid1 və Şahid2 ilə xidmətdə olduqları vaxt vətəndaşın qarşılarına çıxdığını və telefonla danışdığını, onun həmin vaxt ucadan səs-küy saldığını və söyüş söydüyünü, bu səbəbdən də ona yaxınlaşaraq ictimai yerdə söyüş söyməməsini və polisin qanuni əmrinə tabe olmağı tələb etdiklərini, onun isə hərəkətlərinə davam etdiyini və ucadan yenə nalayiq ifadələr işlətdiyini, bu səbəbdən də şəxsi aparıb polis şöbəsinin növbətçi hissəsinə təhvil verdiklərini, ondan nəyə görə ucadan danışıb səs-küy saldığını soruşduqlarını, Əziz Fərcovun isə dostu ilə telefonla danışdığını bildirdiyini, Şəxs telefonla danışıbdanışmağından və kiminlə danışmasından məlumatının olmadığını, onlara qarşı hər hansı şiddət göstərmədiyini, hadisənin axşama yaxın baş verdiyini və camaatın gedib-gəldiyini, orada başqa şəxsin olmasını görmədiyini, həmin vaxt ona “sakit ol, söyüş söymə dediklərini, Şəxs isə dostu ilə danışdığını bildirdiyini, sonra avtomobilə minib onlarla birlikdə şöbəyə gəldiyini qeyd etmişdir. Digər Şahid1 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsində axtarış üzrə əməliyyat müvəkkili işlədiyini, 28 aprel 2025-ci il tarixdə saat 18 radələrində şöbənin digər əməkdaşları Şahid2 və Şahid3 ilə xidmətdə olduqlarını, Babək rayonu, Babək şəhəri, Heydər Əliyev prospektində Kapital Bank ASC-nin inzibati binasının qarşısında tanımadığı bir şəxsin ucadan telefonla danışdığını və ucadan səs-küy salıb söyüş söydüyünü, ona ictimai qaydanı pozduğunu və cəmiyyət içərisində söyüş söyməyin yolverilməz olduğunu ona bildirdiklərini, lakin Şəxs polis əməkdaşlarının qanuni göstərişlərinə əhəmiyyət verməyərək telefonla danışığına davam etdiyini, onlara qarşı hər hansı müqavimət göstərmədiyini, həmin vaxt onun ad çəkmədiyini, onun həmin vaxt sərxoş olmadığını, sonradan dostu ilə telefonla danışmasının müəyyən edildiyini, həmin vaxt orada yolu keçib gələn şəxslərin də olduğunu, sonra onu Babək Rayon Polis İdarəsinə apardıqlarını qeyd etmişdir. Digər Şahid2 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsində əməliyyat müvəkkili işlədiyini, 28 aprel 2025-ci il tarixdə saat 18 radələrində şöbənin digər əməkdaşları Şahid1 və Şahid3 ilə xidmətdə olduqlarını, tanımadığı bir şəxsin yüksək səslə telefonla danışdığını və təhqiramiz ifadələr işlətdiyini, bu səbəbdən də yaxınlaşıb ona xəbərdarlıq etdiklərini, lakin onun əməllərinə davam etdiyini, bu səbəbdən də ikinci dəfə onu xəbərdar etdiklərini, bundan sonra onu Babək rayonu Polis İdarəsinə aparıb növbətçi hissəyə təhvil verdiklərini, Şəxs sonradan dostu ilə danışdığının müəyyən edildiyini, ətrafda başqa şəxslərin olduğunu, Şəxs bir neçə dəfə polisin qanuni tələblərinə əməl etməyini tələb etdiklərini, lakin onun əməllərinə davam edərək yüksək səslə təhqiramız ifadələr işlətməyə davam etdiyini, onun könüllü şəkildə avtomobilə əyləşib polis şöbəsinə gəldiyini qeyd etmişdir. Şəxs törətdiyi inzibati xəta əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normanın tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq əməlinin, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” əməlinin inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibinin əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə məhkəmədə dindirilən şahidlərin izahatları ilə sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddələrin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə isə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama əməli törətmiş fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalardır. Məhkəmə qeyd edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1 və 33.1-ci maddələrində qeyd edilən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi əməllərin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Şəxs hər iki inzibati xəta əməlini eyni vaxtda törətdiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 34.2-ci və 34.3-cü maddələrində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmə qeyd edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 07 (yeddi) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xəta ictimai qayda və idarəçilik qaydaları əleyhinə olmasını, həmin əməllərin ictimai təhlükəliliyini və işin yuxarıda qeyd edilən hallarını, həmçinin onun ilk dəfə inzibati xəta törətməsini, barəsində məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alan məhkəmə hesab edir ki, ona 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. İXM-in 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 89.5-ci maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, şəxsin barəsində xx.xx.2025-ci il tarixdə tutma tətbiq edimişdir. Belə olan halda inzibati həbs müddəti 28 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməyə görə Şəxs barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 28 aprel 2025-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X2 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim:- Günay İsmayıl
Məhkəmə qərarları › İş №3(079)-57/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-57/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver