Məhkəmə qərarları › İş №3(079)-59/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-59/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-59/2025 05.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdi: 01 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 21 aprel 2025-ci il tarixli, 3- 17-5/Ə-34719/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlər biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması ilə bağlıdır. Hüquqi şəxs Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 192.1-ci maddəsi əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 21 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, işəgötürən Şəxs tərəfindən Əmək Məcəlləsinin 3 və 7-ci maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı qeyrimüəyyənlik şəxslərin məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmaqla yanaşı, işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, inzibati xətalar qanunvericiliyində nəzərdə tutulan inzibati tənbeh verilməsi ilə bağlı müddətlərin ötürülməsinə gətirib çıxara və nəticədə inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasına maneə yarada bilər. Qeyd olunmalıdır ki, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsi İnzibati Xətalar Məcəlləsinin 7-ci fəsli, sözügedən orqanlar (şəxslər) tərəfindən inzibati xəta haqqında işin baxılması yeri, yəni inzibati xətalar haqqında işlərin ərazi aidiyyəti isə həmin Məcəllənin 110-cu maddəsi ilə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarına əlavə edilmiş X1 və X2 izahatlarından da aydın olur ki, onlar Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanmadan Sumqayıt şəhəri Kimya Sənaye parkında hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 Mart 2021-ci il tarixli qərarına görə inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün nəticələrin baş verməsi mütləq deyil. Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir. Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir.İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Bu baxımdan şəxsin təqsirli bilindiyi İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli formal tərkibli inzibati xəta hadisəsi olmaqla fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyi andan başa çatmış sayılır və inzibati xəta hadisəsinin törədildiyi yer də fiziki şəxslərin işə cəlb edildiyi yer ilə müəyyən edilməlidir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin qeydiyyatda olduğu hüquqi ünvan (Babək rayonu Nehrəm kəndi) hazırkı iş üzrə inzibati xətanın törədildiyi yer kimi qəbul edilə bilməz. Belə ki, inzibati xəta əməli fiziki şəxslərin işə cəlb edilməsi ilə hərəkətsizlik formasında deyil, hərəkət formasında müvafiq yerdə törədilərək başa çatmışdır və fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu yer inzibati xəta hadisəsinin törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.7-ci maddələrinin mənasına görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron- Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar