Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-6/2023 09.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər X4 və Şahid2 iştirakları ilə, xx xxxx 1982-ci ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), ali təhsilli, evli, 2 azyaşlı uşaq atası, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayan, Ə.Cavid adına musiqi məktəbində müəllim işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 Polis Şöbəsinin 09 yanvar 2023-cü il tarixli 1/1-5 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilmələrinə dair 09 yanvar 2023-cü il tarixli, 001546 nömrəli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə 09 yanvar 2023-cü ildə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan belə məlum olur ki, Şəxs 08 yanvar 2023-ci il tarixdə X5 X8 adlanan hissəsində ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və cəmiyyətə açıqca hörmətsizlik etmişdir. 09 yanvar 2023-ci il tarixli, 001546 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, xx xxxx 1982-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə 09 yanvar 2023-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, Şəxs 09 yanvar 2023-ci il tarixdə, saat 13:00-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 08 yanvar 2023-cü il tarixdə bibioğlusu Şəxs Bakı şəhərinə yola salmaq üçün saat 1900 radələrində hava limanına daxil olduğunu, bibioğlusunun Naxçıvan ailə təsərrüfatının məhsulu olan 5 ədəd spirtli içkini qutuda Bakı şəhərinə aparmaq üçün hazırladığını, monitorda həmin içkilərin aşkarlandığını və aksiz markası ilə markalanmalı olmasına baxmayaraq aksizsiz olaraq buraxa bilməyəcəklərini bildirdiklərini, qohumu ilə birlikdə yoxlama otağına keçdiklərini, orada bibioğlusunun içkili olduğu üçün əsəbiləşib butulkanın birini qırdığını, daha sonra isə onun minik zalına qalxdığını, özünün isə hava limanının əməkdaşı ilə mübahisə etməyə başladığını, içkili olduğunu, bu səbəbdən də nalayiq ifadələr işlətdiyini, ətrafda qadın işçilər də daxil olmaqla hava limanı əməkdaşlarının olduğunu, minik prosesinin sonu olduğu üçün sərnişinlərin olmadığını, içkili olduğundan hansı ifadələr işlətdiyini dəqiq xatırlamadığını, daha sonra polis əməkdaşlarının yaxınlaşıb sərxoşluq müayinəsini apardıqlarını, bütün bunlara görə peşman olduğunu, orada olan əməkdaşlardan üzr istədiyini, həmin vaxt heç kimin əmlakına və ya sağlamlığına heç bir ziyan vurmadığını, heç kimə hədə-qorxu gəlmədiyini, xx.xx.2023-cü il tarixdə barəsində tutma tətbiq edilərək protokol tərtib olunduğunu, özünün evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan 2 azyaşlı övladının olduğunu, əlilliyinin olmadığını, bütün bunlar nəzərə alınmaqla barəsində cərimə növündə tənbeh tədbiri görülməsini xahiş etdiyini bildirmişdir. Şahid X4 məhkəmə iclasında verdiyi izahatında X5 Limanında rəis müavini olaraq xidmət etdiyini, 08 yanvar 2023-cü il tarixdə vətəndaş Şəxs yüklərin yığıldığı hissədə gördüyünü, onun əlinə blok şəklində siqaretlə minik zalına keçmək istədiyini, həmin vaxt uçuşa hazırlaşan reysdə minik yekunlaşdığından sərnişin olub-olmadığını və minik talonunun olub-olmadığını soruşduğunu, ondan əvvəl növbə rəisi Şahid2 ona minik talonu olmadan minik zalına keçməyin qadağan olduğunu izah etdiyini, lakin İbrahimovun buna məhəl qoymadan minik zalına keçmək istədiyini, özünün ona yaxınlaşıb eyni məsələləri izah etdiyini, bundan sonra İbrahimovun təkrar edə bilməyəcəyi nalayiq ifadələr işlətdiyini, ətrafda hava limanı əməkdaşlarının olduğunu, polis əməkdaşlarının ona yaxınlaşaraq onu nizam-intizama dəvət etdiklərinin şahidi olduğunu, İbrahimovun heç kimin sağlamlığına və ya əmlakına ziyan vurduğunu, yaxud hədə-qorxu gəldiyini görmədiyini bildirmişdir. Şahid Quliyeva X2 Beynəlxalq Hava Limanında növbə rəisi kimi xidmət etdiyini, 08 yanvar 2023-ci il tarixdə tanımadığı bir vətəndaşın ona yaxınlaşıb minik talonu olmadan minik zalına qalxmaq istədiyini bildirdiyini, onun minik zalına keçməkdə məqsədinin əlində tutduğu siqaret bloklarını minik zalında əyləşən sərnişinə vermək olduğunu, aviasiya qaydalarına əsasən bunun qadağan olunduğunu ona izah etdiyini, daha sonra isə rəis müavininin eyni məsələləri həmin vətəndaşa izah etməsinə baxmayaraq buna məhəl qoymadığını və nalayiq ifadələr işlətməyə başladığını, həmin vaxt dördü qadın olmaqla ətrafda 5 əməkdaşın olduğunu, polis əməkdaşlarının ona yaxınlaşaraq onu nizam-intizama dəvət etdiklərini, onun heç kimin sağlamlığına və ya əmlakına ziyan vurduğunu, yaxud hədə-qorxu gəldiyini görmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatla tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1 və 33.1.7-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmuşdur. Belə ki, inzibati xəta materialına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinə aktından belə məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmuşdur. Onun törətdiyi əməldən səmimi peşman olması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirilən haldır. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini - 2 azyaşlı uşağının olmasını həmin məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yəni, hazırki vəziyyətdə Şəxs 04 (dörd) gündən az inzibati tənbeh növündə həbs tətbiq oluna bilməz. Beləliklə, Şəxs törətdiyi inzibati xətanın ictimai qayda əleyhinə olmasını, həmin əməlin ictimai təhlükəliliyini və sözügedən yüngülləşdirici halları nəzərə alan məhkəmə hesab edir ki, ona 4 (dörd) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 09 yanvar 2023-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün inzibati qaydada tutulmuşdur. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, onun barəsində 4 (dörd) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 09 yanvar 2023-ci il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-6/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-6/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver