Məhkəmə qərarları › İş №3(079)-60/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-60/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-60/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şahid iştirakı ilə, xx xxxxxxx 1968-ci ildə Naxçıvan rayonu, Nehrəm kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, ********** VÖEN nömrəli fərdi sahibkar, əvvəllər məhkum olunmayan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 30 aprel 2025-ci il tarixli, 3-13-43-7/2-4103/2025 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 13 və 14 fevral 2025ci il tarixdə Babək rayonu Nehrəm qəsəbəsində dini mərasimlərin keçirilməsi qaydalarını pozmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportda qeyd olunmuşdur ki, daxil olmuş əməliyyat məlumatına əsasən Babək rayonu, Nehrəm kəndində qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və məmulatları və dini məzmunlu başqa məlumatların yayılması ilə məşğul olan Babək rayonu, Nehrəm kənd sakinləri xx.xx.1996-cı il təvəllüdlü X4, xx.xx.1995ci il təvəllüdlü X3, xx.xx.1990-cı il təvəllüdlü X1 barələrində əməliyyat axtarış tədbirləri keçirilmiş və keçirilən əməliyyat tədbirləri zamanı onlar Nehrəm qəsəbəsində saxlanılaraq Naxçıvan şəhər Polis İdarəsinə gətirilmişlər. Onların izahatı alınan zamanı məlum olmuşdur ki, X1 yaşadığı evində 1000-dən çox dini təyinatlı və şiə məshəbini təbliğ edən kitablar mövcuddur. Həmçinin 2025-ci ilin fevral ayının 13 və 14 tarixlərində Hacı Mehdi və Xəndək məscidlərində keçirilən tədbirlədə Taleh və Abbas adlı şəxslər pul yığaraq İmam Mehdini tanıtdırmaq adı ilə uşaqlara hədiyyələr paylamışlar. Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 HKpi-256/25 №-li material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması - dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) maddəsinin tərkib əlamətləri olduğundan material üzrə inzibati icraatın başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında heç bir yığıncaqda iştirak etmədiyini, həmin vaxtı bazarda olduğunu, ibadətini evində yerinə yetirdiyini, məscidə isə getmədiyini, Naxçıvan şəhər Polis idarəsindən evinə baxış üçün icazə istədiklərini, icazə verdiyini, evdən Azərbaycan dilində olan Quran kitabını, möhürləri və namaz dəstini götürdüklərini, keçən il isə Həcc ziyarətinə getdiyini, həmin vaxt camaata evində ehsan verdiyini, heç kimlə əlaqəsinin olmadığını, evdən çölə çıxmadığını, evdən bazara gedib, bazardan evə qayıtdığını, 13-14 fevral 2025-ci il tarixlərdə Babək rayonu Nehrəm qəsəbəsində məscidlərdə keçirilən mərasimlərdə iştirak etmədiyini, həmin gün bazarda olduğunu, axşamı isə evdə olduğunu, dini ayinləri təbliğ etmədiyini, dini təhsilinin, həmçinin ali təhsilinin olmadığını, Kərbəlada, Məşəddə, Türkiyədə bir neçə dəfə olduğunu, Ərbeyin ziyarətində iştirak etdiyini, ən son keçən il olduğunu, Nehrəmdə “Hacı Mehdi”, “Xəndək” məscidi, Səfər müəllimin tikdirdiyi təzə məscidlərin olduğunu, 13-14 fevral tarixlərində keçirilən mərasimlərdə kimlərin orada iştirak etdiyini bilmədiyini, hansı hədiyyələri payladıqlarından xəbərinin olmadığını, Məmmədov Qüdrəti, Kərimov Abbası, Məmmədov Talehi tanıdığını, Nehrəm camaatı olduğunu, kənddə hamının bir-birini tanıdığını, onları birbirinə bağlayan hansısa bir əlaqədən xəbərinin olmadığını, həmin mərasimdə yığılan puldan xəbərinin olmadığını, oraya pul vermədiyini, bacısının yetim övladları olduğunu, versə elə onlara verəcəyini, həmin tədbirlərdə iştrak etmədiyi nəzərə alınmaqla məhkəmədən cəzanın həddinin az olmasını xahiş etmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində Şəxs Heyduqulu oğlunu bir kəndli kimi tanıdığını, Asəfin 13-14 fevral tarixlərində keçirilən mərasimlərdə iştirak etmədiyini, özünün həmin tarixlərdə orada olduğunu, lakin X11 və Xəndək məscidlərində görmədiyini, Nehrəm kəndində məsciddə dini tədbirlərin, Xocalı soyqırımının, şəhidlərlə bağlı tədbirlərin hər zaman keçirildiyini, Nehrəm camaatının da orada iştirak etdiyini, iki gün dalbadal həmin tədbirlərdə iştirak etdiyini, ehsan, hədiyyə payladıqlarını, Hacı Mehdi məscidinin axundu Hacı Malikdən icazə alıb ehsan verdiklərini, məscidlərdə ehsan paylamağın qadağan olunmadığını, uşaqlara ehsan paylandığını, oyuncaq, su, şirniyyatın olduğunu, paylanılan kağızların bir tərəfində Azərbaycanın bayrağının təsviri, bir tərəfində isə dini yazının olduğunu, onun məzmununu isə xatırlamadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə görə dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı təqdim olunan sübutlar əsasında Şəxs Babək rayonu Nehrəm qəsəbəsində 13 və 14 fevral tarixlərində keçirilən mərasimlərdə iştirak etməsi müəyyən olunmamışdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, qərar qəbul etmiş orqan tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı lazımı təhlil aparılmamış və dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırki işin materiallarından da göründüyü kimi inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan şəxsin barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun əməlində İXM-nin 515.0.2-ci maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmiş, Şəxs həqiqətən də dini mərasimlərin keçirilməsində iştirak etməsi və bu zaman həmin mərasimlərin keçirilməsi qaydalarının pozulmasına dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Şəxsin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkibin bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir ki, həmin sübutlar məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş sübutlar isə şəxsin təqsirliliyini sübuta yetirmir. İXM-in:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1.2. İnzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 105.1. Həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4. İnzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənləri və İXM-in 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq

qəraraaldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar