Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-64/2024 02.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, xx xxxxxx 1983-cü ildə Babək rayonu, Şıxmahmud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx), evli, orta təhsilli, işsiz, İ qrup əlil, təqaüdçü, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Babək Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 29 may 2024-cü il tarixdə zərərçəkmiş şəxs Babək rayonu, Şıxmahmud kənd sakini xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Babək Rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 20:00-da yaşadığı Babək rayonu, Şıxmahmud kəndində çöldən inəklərini (mallarını) evə gətirərkən, həmkəndlisi xx.xx.1983-cü il təvəllüdlü Şəxs onu söyə-söyə əlində böyük bir çoban dəyənəyi ilə, xx.xx.1958-ci il təvəllüdlü anası X1 isə yerdən daş götürərək ikisinin birlikdə onu döyüb, nalayiq ifadələrlə atası və anasını təhqir etdiklərini bildirmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi Cəhri Polis Bölməsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 02 avqust 2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 29 may 2024-cü il tarixdə Babək rayonu, Şıxmahmud kəndində yaşadığı həmkəndlisi Zərərçəkmiş şəxs təhqir edərək döymüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Babək rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı şikayət ərizəsi əsasında toplanmış materiala baxaraq cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 1019 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs sağ dirsək oynağı nahiyəsinin və döş qəfəsinin sağ qoltuqaltı xətt üzrə sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddəti müayinədən bir günə qədər, əvvəl və qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni, xx.xx.2024-cü il tarixə uyğun gəlirlər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixi qərardadla Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi ilə bağlı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 02 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 02 avqust 2024-cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuş, həmin tarixdə saat 12:00-da azad edilmişdir. Zərərçəkmiş şəxs 02 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Şəxs onu döyməsi ilə bağlı olaraq Babək Rayon Polis İdarəsinə şikayət etdiyini, Şəxsla aralarında barışıq əldə olunduğunu, bu səbəbdən də ona qarşı olan şikayətindən imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmalarına dair məhkəməyə təqdim etdikləri yazılı ərizəni nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinin məzmununa əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə Şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-64/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-64/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver