Məhkəmə qərarları › İş №3(079)-65/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-65/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-65/2023 17.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Vəkil və Şahid iştirakları ilə, xx xxxxx 1982-ci ildə Babək rayonu, Zeynəddin kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN koduxxxxxxx), subay, iki uşaq atası, işsiz, Babək rayonu, Zeynəddin kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 17 may 2023-cü il tarixli, 3-13-43-7/2-2161/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirləndirilməsinə dair 17 may 2023-cü il tarixli, 001901 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən 17 aprel 2023-cü il tarixdə Şəxs polis əməkdaşı tərəfindən yazılı şəkildə keçmiş həyat yoldaşını narahat etməməsi və təhqir etməməsi ilə bağlı edilmiş xəbərdarlığa məhəl qoymamaqla eyni əməllərini təkrarlayaraq, həmçinin polis əməkdaşının onu polis idarəsinə dəvət etməsinə məhəl qoymamaqla polisin qanuni tələbinə tabe olmamış, beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 17 may 2023-cü il tarixli, 0471 nömrəli inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, 1982-ci il təvəllüdlü Babək rayon Zeynəddin kənd sakini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədilə 17 may 2023-cü il tarixdə saat 13:05-də inzibati qaydada tutulmuş, inzibati qaydada tutularkən şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilmiş, 17 may 2023-cü il tarixdə saat 17:30-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Şahid ilə nikahının pozulma səbəbinin evində olan 3 xəstəyə baxmaq istəməməsi olduğunu, onu nə təhqir etdiyini, nə də işıqlarını söndürdüyünü, Aləmin həddən artıq aqressiv olduğunu, uşaqlarla görüşməsinə imkan vermədiyini, bu səbəbdən uşaqlarla görüşlə bağlı mediasiya təşkilatına müraciət etdiyini, Aləmin də dəfələrlə ondan polisə şikayət etdiyini, bu səbəbdən 17 may 2023-cü il tarixdə polis şöbəsinə dəvət edildiyini, həmin tarixə mediasiya prosesinin təyin edildiyini, atasının, bacısının və anasının əlil olduqlarını, onlara özünün baxdığını, atası Naxçıvançay adlanan ərazidə heyvanları otararkən ona çay-çörək verib geri qayıtdıqda dayanacaqda polis əməkdaşlarını görüb salam vermək üçün onlara yaxınlaşdığını, onların onu şöbəyə dəvət etdiklərini, polislərə saat 2-də mediasiya prosesi olduğundan oraya getdikdən və evdəkilərə baş çəkib geri qayıdacağını dediyini, həmçinin şöbəyə gedəcəyi barədə atasına xəbər verməli olduğunu, atasının ikinci qrup əlil olduğunu, onda əqli durğunluq olduğunu, əgər ona bildirməsə axşama qədər çöldə onu gözləyəcəyindən ona xəbər verməli olduğunu, atasının telefonu olsa da telefonu aça bilmədiyini, lakin polislərin təcili şöbəyə gəlməli olduğunu bildirdiyini, buna baxmayaraq oradan motosikleti ilə ayrılıb qəyyumu olduğu anası və bacısı ilə maraqlanıb yenidən atasının yanına gedərkən polislərin bir daha şöbəyə dəvət etdiyini, bu dəfə onlarla birlikdə şöbəyə gəldiyini, bundan qabaq 13 aprel 2023-cü il tarixdə uşaqları görmək üçün Aləmgilə getdiyini, lakin uşaqların onu görmək istəmədiklərini, buna görə orada Aləmin mübahisə yaratdığını, özünün isə ona heç nə demədiyini, həmin vaxt həyətdə kişi gördüyünü, Aləmin qardaşından onun kim olduğunu soruşduqda ailə dostu olduğunu bildirdiyini, həmin kişinin Aləmin yeni ailə qurduğu həyat yoldaşı olmasını bilmədiyini, həmin gün polisə dəvət olunaraq onu bir daha narahat etməyəcəyinə dair iltizama imza etdiyini, Aləmin yaşadığı evin işıqlarını heç vaxt söndürmədiyini və onların damına daş atmadığını, Aləmin evləndiyini 06 may tarixində qonşulardan öyrəndiyini, onun yoldaşını heç vaxt söhbətə dəvət etmədiyini, bundan sonra onun anasına zəng edərək Aləmə xoşbəxtlik diləyib onlardan apardığı anasının qızıllarını və uşaqları tələb etdiyini, bundan başqa heç bir problemlərinin olmadığını, anası və bacısının üzərində qəyyum təyin olunduğunu, belə ki, onların fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsinin qəbul olunduğunu, onlara baxa biləcək heç kimin olmadığı nəzərə alınmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Vəkil şəxsin qəyyumluğunda iki nəfərin olduğu nəzərə alınmaqla barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında iştirak edən Şahid izahatında 2018-ci ilin mart ayından İbrahimlə rəsmi olaraq ayrıldıqlarını, birgə nikahdan olan uşaqların ananın yanında qaldıqlarını, İbrahimin onu dəfələrlə ölümlə hədələdiyini və daim narahat etdiyini, ayrılarkən də məhkəmədə bizi rahat buraxmayacağına dair bildirdiyini, uşaqlarının onu görmək istəmədiklərini, onun isə bunun qarşılığında nalayiq ifadələrlə onları təhqir etdiyini, özünün X1 tibb bacısı işləyib gecələr növbədə qaldığını, İbrahimin isə hər ağlına düşdükcə işlədiyi xəstəxanaya zəng edib orada baş həkimi və tibb işçilərini narahat etdiyini, yeni ailə qurduğu həyat yoldaşını evin arxasına çağıraraq hədələdiyini, evin damına daş atdığını, bu səbəblərdən dəfələrlə polisə müraciət etdiyini, lakin iltizam alınaraq buraxıldığını, 13 aprel tarixində günorta saatlarında İbrahimin evə gəlib uşaqları çağırdığını, onlar getmədikdə onu nalayiq ifadələrlə təhqir etməyə başladığını, ondan evdən ayrılarkən götürdüyünü iddia etdiyi qızılları qaytarmasını tələb etdiyini, xalası vasitəsilə sifariş göndərib evə girib onların başlarına oyun açacağını dediyini, həmin gün polisə müraciət etdiyini, İbrahimin orada iltizama qol çəkdiyini, 14 aprel tarixində yenidən həyətə gələrək onu rahat buraxmayacağını dediyini, daha sonra 17 aprel tarixində onu narahat etməyəcəyinə dair polis idarəsində yenidən iltizama qol çəkdiyini, bundan gün sonra özü növbədə olduğu vaxt gecə saat 2-də İbrahimin onun yaşadığı evə gələrək yoldaşını oradan çıxarmağa çalışdığını, həmin vaxt taksiyə zəng edərək yoldaşını oradan götürüb polis şöbəsinə aparmasını bildirdiyini, bundan sonra yoldaşı Türkiyə vətəndaşı olan Hakan Şimşeyin 19 aprel gecəsini polis idarəsində keçirdiyini, səhəri gün işdən qayıdarkən İbrahimin onun yolunu kəsdiyini, evin damına motosikletdən düşüb daş atdığını, polisin ona heç nə edə bilməyəcəyini dediyini, həmin gün yenidən polisə müraciət etdiyini, 20 apreldən 16 may tarixinədək aralarında problem olmadığını, lakin anası Zinyət Salayevaya zəng edərək təhqir etdiyini, İbrahimin əlindən təngə gəldiklərini və kirayə ev axtardıqlarını, sonuncu dəfə isə 17 may tarixində evin işıqlarını söndürdüyünü və bunu şəxsən özünün gördüyünü, bundan sonra Türk Konsulluğuna, oradan Daxili İşlər Nazirliyinə və Babək Rayon Polis İdarəsinə müraciət etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Babək rayonu, Zeynəddin kənd sakini Şahid Abbəsəli qızı tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə verilmiş ərizədə bildirilmişdir ki, keçmiş həyat yoldaşım olan Şəxs hər dəfə məni və ailəmi təhqir edir, narahat edir, xahiş edirəm mənə köməklik edin. 17 aprel 2023-cü il tarixində Şəxs bildiriş və iltizam verilərək Şahid və onun ailəsini heç bir əsas olmadan narahat etməsi, ünvanlarına nalayiq ifadələr işlətməsi, onlara qarşı yol verə biləcəyi digər qanun pozuntularının Azərbaycan Respublikası qanunlarına zidd olması barədə xəbərdarlıq edilmiş, sözügedən sənədlər Şəxs tərəfindən imzalanmışdır. Həmçinin Babək rayonu, Zeynəddin kənd sakini Şahid Abbəsəli qızı tərəfindən 17 may 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə verilmiş ərizədə bildirilmişdir ki, keçmiş həyat yoldaşı Şəxs onu və ailəsini narahat etdiyinə görə onun barəsində 13 aprel 2023-cü il tarixdə Babək Rayon Polis İdarəsinə müraciət etmiş, Şəxs Babək Rayon Polis İdarəsində öz üzərinə onu və ailəsini bir daha narahat etməyəcəyinə dair öhdəlik götürməsinə baxmayaraq, İbrahimin üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi, onu və ailəsini yenə narahat etməyə başladığını, dəfələrlə onun qarşısını kəsib, ona qarşı nalayiq ifadələr işlədib, evlərinin işığını onlardan xəbərsiz söndürüb və uşaqlarını ondan alacağı ilə onu hədələdiyini, ərizəsi ilə bağlı ona köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, protokola əlavə olunmuş sənədlər, Şahid ifadəsi, eləcə də iş materiallarında olan məhkəmə iclasında tədqiq olunan digər sübutlarla tam sübuta yetirilir. Şəxs qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı polisin iltizamını qəbul edib imzalamasına baxmayaraq həmin hərəkətləri davam etdirməklə polisin qanuni tələblərinə tabe olmama inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində icraat aparılan şəxsin təqdim etdiyi 29 aprel 2022-ci il tarixli Babək rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə anası X4 və X2 üzərində qəyyum təyin olunması ilə bağlı barəsində inzibati tənbeh tədbirinin seçilməməsi ilə bağlı xahişinə münasibətdə bildirir ki, sözügedən hal şəxsin yol verdiyi təqsirli hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilməsi üçün əsas təşkil edə bilməz. Məhkəmə belə hesab edir ki, iş üzrə şəxsin barəsində tənbehin tədbiri onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və inzibati xəta törətmiş şəxs tərəfindən yeni oxşar inzibati xətaların törədilməsinin qarşısını alınması kimi mühüm məqsədə xidmət edəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 31.2-ci maddəsində qeyd edilən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Babək rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Zeynəddin kənd sakini Şəxs anası X3 və bacısı X2 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildiklərini, onların öz hüquq və mənafelərini qoruya bilmədiklərini, həmçinin onların baxıma və qayğıya ehtiyacları olduqlarını bildirərək, anası X3 və bacısı X2 qəyyumu təyin olunmuşdur. Şəxsin barəsində ağırlaşdırıcı hal müəyyən olunmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, cərimə tənbeh tədbirinin tətbiqi kifayət hesab edilmədiyindən Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Qanunvericiliyin qeyd edilən normasını, Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun tənbeh edilməsinin labüdlüyünü və barəsində müəyyən edilmiş yüngülləşdirici halı nəzərə alaraq məhkəmə hesab edir ki, ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17 may 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün inzibati qaydada tutulmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması müddəti 17 may 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 17 may 2023-cü il tarixdən hesablansın. Bu qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar