Məhkəmə qərarları › İş №3(079)-7/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-7/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-7/2025 23.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X13, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin qəbul etdiyi xx.xx.2024cü il tarixli, ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X13 şikayət ərizəsini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan Dövlət Universiteti X10 Texniki Kollecinin direktoru vəzifəsində işləyirəm. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti vətəndaş X8 01 oktyabr 2024-cü il tarixli müraciəti əsasında DƏMX-də araşdırma aparılarkan 17 oktyabr 2024-cü il tarixdə direktor olduğum idarəyə məktub ünvanlanaraq sənədlərin siyahısı tələb olunmuşdur. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 26 dekabr 2024-cü il tarixli, MN-0025194 nömrəli qərarı ilə X12 Kollecində əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlı vəzifəli şəxs qismində mənim barəmdə Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsinə əsasən 1600 (min altı yüz) manat miqdarında inzibati qaydada cərima tətbiq olunmuşdur. Qeyd olunan inzibati tənbeh qərarı ilə razılaşmıram. Belə ki, X14 2021-ci il tarixdən rəhbərlik etdiyim kollecdə nəqliyyatda daşımaların təşkili və lokomotiv və elektrik qatarı təssərrüfatı ixtisası üzrə müəllim kimi əmək müqaviləsi əsasında fəaliyyətə başlamışdır. 10 sentyabr 2024-cü il tarixdə, 113/5 nömrəli məktubla rəsmi olaraq X11 bildirilmişdir ki, Kollecdə Nəqliyyatda daşımaların təşkili ixtisası üzrə mütəxəsis hazırlığı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən dayandırıldığı üçün buna görə dərs yükü azaldığından və bitirdiyi ixtisasla bağlı kollecdə mütəxəssis hazırlığı aparılan Lokomotiv və elektrik qatarı təsərrüfatı üzrə fənlər arasında uyğunsuzluq olduğundan və əvvəllər bu fənlərdən heç birini tədris etmədİyiniz, bununla bağlı olaraq heç bir fənn proqramı və sillabus hazırlamadığınız üçün həmin fənləri tədris etməsinin qeyri-mümkün olacağı və onun ixtisasına uyğun olaraq kollecdə saat hesabı dərs tədris etməyi təklif edilmişdir, əks təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə uyğun olaraq bağlanılmış əmək müqavilasinə xitam veriləcəyi barədə əvvəlcədən xəbərdarlıq edilmişdir. Bundan sonra mən 2024-cü ilin sentyabr ayının sonlarında Naxçıvan Dövlət Universitetinin X10 Texniki X2 Komitəsinin sədrinə təqdimatla müraciət edərək X8 əmək müqaviləsinin 70-ci maddəsinin b) bəndinə uyğun olaraq işdən azad olunmasına münasibət bildirilməsini xahiş etmişdim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin X10 Texniki Kollecinin 03 oktyabr 2024-cü il tarixli X5 Komitəsinin İclas protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən X8 işdən azad olunmasına heç bir etirazın olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün, həmin məcəllənin 77-ci maddəsinə əsasən 4 təqvim həftəsi qalmış işçiyə 10 sentyabr 2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilmişdir. 14 oktyabr 2024-cü il tarixli, 335 nömrəli əmrlə X14 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinə xitam verilərkən Elçinin pul təminatı ödənilmişdir. Eyni zamanda qeyd etmək istəyirəm ki, son haqq-hesab ödənişləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən sonuncu günü işçiyə ödənilməsi qeyd olunsa da, son-haqq-hesab ödənişləri məndən asılı olmayan səbəblərdən həyata keçirilə bilməyib. Belə ki, bizim maliyyə idarəsi Bakı şəhərində yerləşir, isçinin son-haqq hesabının ödənilməsi üçün çıxma əmrini maliyyə idarəsinə vaxtında təqdim və həmin ay ərzində maliyyə tərəfindən Elçinin son-haqq hesab ödanişleri hayata keçirilmişdir. Qərardan şikayət vermiş şəxs X13 məhkəmədə verdiyi izahatında şikayəti müdafiə etdiyini, şikayətində də qeyd etdiyim kimi Naxçıvan Dövlət Universiteti X10 Texniki Kollecinin direktoru vəzifəsində işlədiyini, X8 rəhbərlik etdiyi müəssisədə Nəqliyyatda daşımaların təşkili, lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə müəllim işlədiyini, 2024-cü ilin may ayında Elçin müəllimi çağıraraq onu şifahi şəkildə xəbərdar etdiyini, ona iş yükünün azaldığını və ona dərs yükü verə bilməyəcəyini, bu səbəbdən də 2024-cü ilin sentyabr ayınadək özünə yeni iş yeri tapmağı təklif etdiyini, Elçin Qafarovun isə işləmək istədiyini bildirdiyini, Elçin Qafarovun 09 sentyabr 2024-cü ildə əmək məzuniyyətindən işə qayıtdığını, 10 sentyabr 2024-cü il tarixdə isə işdən azad olunacağı barədə onun ünvanına rəsmi şəkildə məktub göndərdiyini, 17 sentyabr 2024-cü il tarixdə Elçin Qafarovun həmin məktubu aldığını, bunu poçtla əlaqə saxlayıb öyrəndiyini, 14 oktyabr 2024-cü il tarixdə isə Elçin Qafarovun işdən azad olunması barədə əmr verdiyini, Əmək Məcəlləsinə uyğun olaraq ona ödənişlər edildiyini, sonradan işdən çıxarılmasına görə Elçin Qafarova ödənilən pulun həmin gün ona verilməməsi səbəbindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən cərimələndiyini, işlədiyi müəssisənin həmin pulu ödəmək üçün bank hesabının və vəsaitinin olmadığını, müəssisənin Təhsil nazirliyi tərəfindən maliyyələşdirildiyini və ayrılan pulun Maliyyə Nazirliyi tərəfindən ödənildiyini, həmin gün pulun ödənilməməsinin özündən asılı olmayan səbəblərdən baş verdiyini, lakin son haqq-hesabın şəxsin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrində öz əksini tapdığını, digər səbəb isə işçiyə 4 təqvim həftəsi əvvəlcədən məlumat verilmədiyinin qeyd olunduğunu, lakin özünün həmin müddət keçdikdən sonra Elçin Qafarovun işdən azad olunması barədə əmr verdiyini, qanunvericiliyin bütün tələblərinə əməl etdiyini, Xidmətin əməkdaşlarının cərimə olunacağını ona demədiklərini, sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 tərəfindən mövqenin belə olduğunu ona bildirdiklərini, inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarı 06 yanvar 2025-ci il tarixdə aldığını, qərarın poçt vasitəsilə göndərildiyini, Müfəttişlik tərəfindən protokol tərtib edilərkən özünün yox, müavini iştirak etdiyindən onun izahatının alındığını, X5na məktub göndərdiyini və iclas təşkil olunduğunu, həmin vaxt mütəxəssislər tərəfindən şəxsə ixtisasına uyğun dərs yükünün olmadığının bildirildiyini, Elçin Qafarovun ixtisasının nəqliyyatın iqtisadiyyatı olduğunu, həmin ştatın isə ləğv olunduğunu və dərs saatlarının azaldığını, əvvəllər həftəlik dərs saatının 30 saat olduğunu, hazırda isə bunun 22.5 saata endirildiyini, həmçinin orada 1 müəllim saxlaya biləcəyini və ona ən azı 500 saat dərs saatının verilməli olduğunu, həmin iş saatlarının isə sosial məzuniyyətdən yeni qayıtmış Ülviyyə Ənvərovaya verildiyini, həm onun ixtiasının da həmin dərsin tədrisinə tam uyğun olduğunu, həmçinin qadın olması və himayəsində azyaşlı uşaq olması nəzərə alınmaqla iş saatlarının Ülviyyə Ənvərovaya verildiyini, əmrin surətinin, əmək kitabçasının surətinin və işçinin son haqqhesabının Elçin Qafarovun əmək müqaviləsinə xitam verildiyi gün ona verilmədiyini, məktubla ona bu barədə məlumat verildiyini, Elçin Qafarovun 3 ildir müəssisədə müəllim işlədiyini, Elçin Qafarovun şəxsən müəssisəyə dəvət edib əmək kitabçasını ona təqdim edildiyini, işçiyə son haqq-hesabın 23 oktyabr 2024-cü il tarixdə edildiyini, Elçin Qafarovun 28 may 2024-cü il tarixdən işə gəlmədiyini, həmin müddətdə iş axtara biləcəyini, işçiyə özünə iş axtarması üçün rəsmi qaydada 1 iş günü müddətində işdən buraxılmadığını, belə ki, buna zərurətin olmadığını, şəxsin onsuz da dərsə girmədiyini və kollecdə olmadığını, 11 oktyabr 2024-cü il tarixli Elçin Qafarovun azad olunması barədə əmrin sistemin işləməməsi səbəbindən həyata keçirilə bilmədiyini, buna görə də xx.xx.2024-cü il tarixdə yenidən əmr verilib işdən azad olunduğunu, X8 yenidən işə bərpa olunmadığını, çünki onun ixtisasına uyğun dərsin olmadığını, X8 işə bərpa ilə bağlı Naxçıvan Şəhər məhkəməsinə müraciət etdiyini, yekunda şikayətin təmin olunmasını məhkəmədən xahiş etdiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında vətəndaş X8 şikayəti əsasında 01 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən araşdırılma aparıldığını, müraciətə əsasən inzibati xəta tərkibinin əlamətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin izahatının alındığını, həmin vaxt X8 işdən çıxdığı gün son haqq-hesabının ödənilmədiyini və əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmadan xitam verilməsinin müəyyən olunduğunu, İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinin tələblərinin pozulması aşkar edildiyindən X6 barəsində həmin maddələrə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunduğunu və inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərar qəbul edildiyini, qərara əsasən X6 1600 manat miqdarında inzibati cərimə olunduğunu, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən 1 ildən 5 ilədək əmək stajı olduqda əmək müqaviləsinə xitam verilərkən işçiyə ən azı 4 təqvim həftəsi əvvəldən rəsmi qaydada xəbərdar edilməli olduğunu, vətəndaş X8 isə 17 sentyabr 2024-cü il tarixdə rəsmi qaydada xəbərdar edilməsinin müəyyən olunduğunu, 14 oktyabr 2024-cü il tarixdə isə Elçin Qafarovun əmək müqaviləsinə xitam verildiyini, həmçinin işçinin 2 dəfə - 11 oktyabr 2024-cü il və 14 oktyabr 2024-cü il tarixlərdə işdən azad olunması barədə əmr imzalandığını və işçiyə özünə iş axtarması üçün rəsmi qaydada 1 iş günü müddətində işdən buraxılması barədə xəbərdarlıq məktubunda məlumatlandırlmadığını, inzibati xəta haqqında protokolun İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinin pozulmasına görə tərtib edildiyini, Elçin Qafarovun işdən azad olunması barədə əmrin 14 oktyabr 2024-cü il tarixdə sistemə yükləndiyini, hüquq pozmanın aradan qaldırılacağı yəni işçinin işə qaytarılacağı halda inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarın ləğv ediləcəyini, hüquq pozmanın aradan qaldırılması üçün 20 günlük müddət müəyyən edildiyini, yekunda şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 180 nömrəli X12 Kolleci tərəfindən verilmiş əmrlə X14 xx.xx.2021-ci il tarixdə Nəqliyyatda daşımaların təşkili (dəmir yolu üzrə) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə müəllim vəzifəsinə təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokolla X8 xx.xx.2024-cü il tarixli müraciəti DƏMX-də araşdırılarkən X12 Kollecində əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi və son haqq-hesabın gecikdirilərək ödənilməsi halı aşkar edildiyindən X13 barəsində İXM-in 192.6-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, X8 xx.xx.2024-cü il tarixli müraciəti DƏMX-də araşdırılarkən X12 Kollecində əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi aşkar edildiyindən X13 barəsində İXM-in 192.6-cı maddəsi ilə inzibati protokol tərtib edilərək vəzifəli şəxs 1600 manat cərimə şərti tətbiq edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin X10 Texniki Kollecinin xx.xx.2024-cü il tarixli, 335 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya Ştatları ixtisar edildikdə) əsasən Rostov-na-Donu Dəmiryolu mühəndisləri X1 və təşkili ixtisasını bitirmiş kollecin Nəqliyyatda daşımaların təşkili (dəmir yolu üzrə) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisası üzrə müəllimi X14 tutduğu müəllim vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqavilasinə xitam verilmiş, Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən (əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a” və 'b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir - bir ilden beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında) müavinət ödənilməsi, tədris işləri üzrə direktor müavini və baş mühasibin əmrdən irəli gələn məsələni qanunamüvafiq həll etməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 70-ci maddəsinin b) bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. - 71-ci maddəsinin 1-ci bəndinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. - 77-ci maddəsinin 1-ci bəndinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. - 77-ci maddəsinin 2-ci bəndinə görə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 4-cü bəndinə görə işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. xx.xx.2024-cü il tarixdə X11 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin X10 Texniki Kollecinin direktoru Asəf Ruşanov tərəfindən göndərilmiş ərizədə qeyd olunur ki, məlumat olaraq bildirilir ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 140 nömrəli Qərarına əsasən orta ixtisas təhsil müəssisələrinin təsnifatı təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq kollecdə mütəxəssis hazırlığı aparılan Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) ixtisası üzrə mütəxəssis hazırlığı dayandırılmışdır. Kollecdə mütəxəssis hazırlığı aparılan Lokomotiv və Elektrik qatarı təsərrüfatı ixtisası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təhsil proqramında tələbələrin həftəlik dərs yükü 1.5 kreditə (22,5 saat) endirilmişdir. (əvvəllər bu həftəlik 2 kredit, yəni 30 saat olmuşdur). Qeyd olunanlarla əlaqədar olaraq həmin ixtisas üzrə dərs saatları azalmışdır. Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasında ixtisas üzrə nəzəri və praktik dərs saatlarının miqdarı 510 saat təşkil edir. Azərbaycan Respublikası Nazirler Kabinetinin xx.xx.2010-cu il tarixli, 215 №-li Qərarına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 46-117-7486/16 №-li xx.xx.2012-ci il tarixli məktubuna əsasən tam ştat üzrə bir müəllimin illik dərs yükü 500 saatdan az olmamalıdır. Naxçıvan Dövlət Universitetinin Dəmir yolu nəqliyyatı və Təsərrüfatı mühəndisliyi ixtisasını bitirmiş X4 Lokomotiv və elektrik qatarı təsərrüfatı üzrə fənləri əvvəllər tədris etdiyi, həmin fənlər üzrə fənn proqramları, sillabusları, ədəbiyyatlardan düzgün istifadə edərək mühazirə mətnlərini hazırladığı üçün tam ştat üzrə müəllim vəzifəsində saxlanılmışdır. Sizin bitirdiyiniz ixtisasla kollecdə mütəxəssis hazırlığı aparılan Lokomotiv və elektrik qatarı təsrrüfatı üzrə fənlər arasında uyğunsuzluq olduğundan və əvvəllər bu fənlərdən heç birini tədris etmediyinizi bununla bağlı olaraq heç bir fənn proqramı və sillabus hazırlamadığınız üçün hemin fənləri tədris etməyiniz qeyri-mümkündür. Sizə ixtisasınıza uyğun olaraq kollecdə saat hesabı dərs tədris etmeyiniz teklif edilir. Əks təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən (işçilərin sayı və Ştatları ixtisar edildikdə) Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilecekdir. Nəzərə almağınız xahiş olunur. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıqda bir ildən beş ilədək əmək stajı olan işçiyə əmək müqaviləsinə xitam verilməzdən azı dörd təqvim həftəsi əvvəl edilməli olmasına baxmayaraq şəxsin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də xəbərdarlıq xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərilmiş və xx.xx.2024-cü il tarixdə şəxsə çatmışdır. X17 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli teleqramında qeyd olunmuşdur ki, Naxçıvan Şəhər Dövlət X7 şəhər sakini X8 adına göndərilən məktub xx.xx.2024-cü il tarixdə özünə təhvil verilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıqda hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsinə dair qeyd öz əksini tapmamışdır. Məhkəməyə təqdim olunmuş oktyabr ayı xəbərdarlıq müddəti əvəzinə müavinətin ödənilməsi cədvəlinə münasibətdə isə məhkəmə qeyd edir ki, işəgötürən yalnız işçinin razılığı ilə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının müəyyən mislini işçiyə verə bilər. Məhkəmə araşdırması zamanı isə işçidən belə bir razılığın alınmadığı müəyyən olunmuşdur. Həmçinin Əmək Məcəlləsinin 83-cü maddəsinin: - 1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.[162]

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Şikayət vermiş şəxs əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətini və əmək kitabçasının surətini əmək müqaviləsinə xitam verildiyi gün işçiyə verilmədiyini bildirmiş, bunun əksini təsdiq edən hallar müəyyən olunmamışdır. Həmçinin iş materiallarından görünür ki, X8 əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 333 nömrəli və xx.xx.2024-cü il tarixli, 335 nömrəli oxşar məzmunlu iki əmr mövcuddur. Halbuki Əmək Məcəlləsinin 84-cü maddəsinin müvafiq bəndlərinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin məzmununda əmək müqaviləsinə xitam verilən gün, ay və il göstərilməlidir. Sözügedən hal müvafiq əmrləri bir-birindən fərqləndirməklə aktların məqsədini aydınlaşdırmağa imkan verir. Bütün bunlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, İXM-in 192.6-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qərardan şikayət verən şəxsin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanının nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə,səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, X6 İXM-in 192.6-ci maddəsi ilə təqsirli sayılmasına dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, İXM-in 133-136-ci maddələrini rəhbər tutaraq

qəraraaldı:

X6 şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Babək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay İsmayıl.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar