Məhkəmə qərarları › İş №3(079)-74/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-74/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-74/2024 16.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Babək rayonu Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx), evli, orta təhsilli, fərdi sahibkar VÖEN – **********, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Babək Rayon Polis İdarəsinin 8516/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 avqust 2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2024-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zeynəbə heç bir xəsarət yetirmədiyini, sadəcə aralarında sözlü mübahisə olduğunu, əksinə Zeynəbin onu vurduğunu, böyük olduğu üçün ona heç vaxt əl qaldımadığını, oraya dava etmək üçün getmədiyini, sadəcə məsələni qaydasına qoymaq, niyə çölə sərdiyi paltarları tüstüyə verdiyini və yoldaşının yaxasından yapışdığını soruşmaq üçün getdiyini, evinə və paltarına vurulan ziyanı ona bildirəndə Zeynəbin onu təhqir etdiyini və uşaqlarına qarğış etdiyini, həmin qarğışı onun özünə etdikdə Zeynəbin onu sillə ilə vurduğunu, zərbədən 3 gün üzündə iz qaldığını, Rəşadın isə onun saçından tutduğu üçün Əhmədin Rəşadı vurduğunu, halbuki Zeynəblə aralarında olan mübahisə zamanı Əhmədin buna müdaxilə etmədiyini, Əhməd yumruq atanda Məhəmmədin onları araladığını, daha sonra Məhəmmədin Telmanı sillə ilə vurduğunu və uşaqlara hirslənib öz həyətlərinə keçmələrini bildirdiyini, Rəşadın sakit biri olduğunu, bütün bunların anası Zeynəbin əsəbiliyindən irəli gəldiyini, Zeynəbə heç bir xəsarət yetirmədiyini, ümumiyyətlə onun və ailə üzvlərinin Zeynəbə xəsarət yetirmədiyini, Məhəmməd və Telmanın da heç kimə xəsarət yetirmədiyini, bu barədə zərərçəkmişin verdiyi ifadənin düzgün olmadığını, həmin vaxt hətta oğlu Əhmədin əlinin qanadığını, orada yalnız Əhmədin Rəşadı vurduğunu, öz ailə üzvlərindən başqa heç kimin onlara xəsarət yetirmədiyini, Əhmədin də yavaş vurduğunu, əks halda Rəşad fiziki cəhətdən zəif biri olduğundan ciddi bir zərbədən belə çıxa bilməsinin mümkün olmadığını bildirmiş və qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında Lalənin yalan danışdığını, Əhməd və Telmanın Rəşadı döyən zaman Rəşadı onların əlindən almaq üçün gedəndə Lalənin arxadan ona əl atıb boynundan tutduğunu, bu zaman özünün yerə yıxıldığını, yerdən qalxan zaman uşaqların Rəşadı döydüyünü və Məhəmmədin də gəlib xəsarət yetirmək üçün Rəşadı axtardığını və səhvən öz oğlu Telmanı sillə ilə vurduğunu, ata və uşaqlarının birlikdə Rəşadı döydüyünü, belə bir vəziyyətdə Rəşadın Lalənin saçını yolmasının mümkün olmadığını, daha sonra qonşu Etibarın gəlib onları araladığını, Etibar vaxtında gəlməsəydi oğlunun o zərbələrdən sağ çıxmasının mümkün olmadığını, suallara cavabında əslində Məhəmmədin otun yandırılmasını özünün oğluna tapşırdığını, daha sonra Məhəmmədin gəlib söyüşlə oğlunu buna görə hədələyəndə Məhəmməddən nə olduğunu soruşanda Məhəmmədin onu itələyib söyüş söydüyünü, bu zaman Rəşadın gəldiyini və Məhəmmədin onun boğazından tutduğunu, bundan sonra Rəşadı zorla onun əlindən aldığını, həmin vaxt Rəşadın Məhəmmədə heç bir xəsarət yetirmədiyini, polisə müraciət etdikləri zaman Məhəmmədin heç bir xəsarətinin olmadığını, onların polis müraciət etdikdən sonra özləri özlərinə xəsarət yetirdiklərini, əlinə heç vaxt bel almadığını, kiminsə üzərinə bel ilə yerimədiyini, şəxsdən şikayətinin olduğu nəzərə alınmaqla şəxs barəsində müvafiq tədbirin görülməsini xahiş etdi. İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Buna baxmayaraq inzibati xəta haqqında protokola zərərçəkən Zərərçəkmiş şəxs hadisə nəticəsində zərər çəkməsi və şəxsdən şikayəti barədə ərizəsi əlavə edilməmiş, Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək şəxs Şəxs tərəfindən şiddətə məruz qaldığını, şikayətinin olduğunu və onun barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İXM-in 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyi, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Babək rayon Polis İdarəsinin İTŞ-nə göndərildiyi müəyyən olunur. Protokola əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1137 saylı canlı şəxsin ekspertiza rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində sağ diz oynağı nahiyyəsinn qançır-zəif şişkinliyi bərk küt əşyanın təsirindən törəndiyi, müddətin məhkəm tibbi-müayinəsindən bir gün əvvələ, eləcə də qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənməsinin mümkün olduğu, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi qeyd edilmişdir. İstinad edilən ekspert rəyində zərərçəkmiş şəxsin sağ diz oynağının qançır zəif şişkinliyinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu qeyd edilmiş, zərərçəkmiş şəxs isə izahatında bu zədənin yıxılan zaman ayağının yerə dəyməsi nəticəsində yarandığını, yıxılmasına isə Şəxs onun boynundan tutmasının səbəb olduğunu bildirmişdir. Lakin sözügedən hal məhkəmə araşdırması gedişində öz təsdiqini tapmamışdır. Eyni vaxtda məhkəməyə təqdim edilən X2 X5 və X3, X1 X6, Şəxs Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs isə Şəxs tərəfindən döyülməsi ilə bağlı inzibati xəta haqqında protokollara baxılması zamanı X2 X5 tərəfindən döyülməsi faktı öz təsdiqini tapmış, həmin vaxt həmçinin hər iki tərəfin ailə üzvləri olaraq ikidən çox şəxsin qarşılıqlı təsir vəziyyətində olduğu müəyyən olunmuşdur. Belə olan halda Zərərçəkmiş şəxs aldığı xəsarətin sırf Şəxs tərəfindən edilən hüquqazidd zorakı hərəkətlərin nəticəsi olması faktı, yəni şəxsin həmin əməldə təqsirliliyi məhkəmədə təkzibolunmaz sübutlar əsasında öz təsdiqini tapmamışdır. Buna dair zərərçəkmiş şəxsin ifadəsi isə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir, belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin oğlu X2 iş üzrə zərərçəkmiş şəxsin oğlu X5 tərəfindən döyülməsi faktı məhkəmədə təsdiq olunmuşdur. Məhkəmə belə hesab edir ki, bu hal özlüyündə zərərçəkmiş şəxsin barəsində icraat aparılan şəxsə qarşı mötəbər olmayan ifadəsinin əsasını təşkil edə bilər və yalnız zərərçəkmiş şəxsin sözügedən ifadəsi şəxsin təqsirliliyinin sübuta yetirilməsinin əsasını təşkil edə bilməz. Belə ki, İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8.3). İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar