Məhkəmə qərarları › İş №3(079)-75/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-75/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-75/2024 16.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Babək rayonu Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx), evli, yaşa görə əmək pensiyası hüququ olan, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Babək Rayon Polis İdarəsinin 8516/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 avqust 2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2024-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında oğlu Rəşadla qonşu Məhəmməd arasında baş verən oğlunun otu küçədə yandırması ilə başlayan mübahisənin Məhəmmədin arvadı Lalənin onun üstünə gəlməsi ilə yenidən qızışdığını, Lalənin işdən çıxıb həyətlərinə gələrək onları təhqir etdiyini, bu zaman Laləni sönmüş ocağın üstünə apararaq ondan nəyinə zərər dəydiyini soruşduğunu, lap istəsələr ocağa görə polisə müraciət edə biləcəklərini, məsələni böyütmək istəmədiklərini dediyini, həmin hissədə Laləyə haqq verdiyini, oğlunun otu küçədə yandırıb onun evini və paltarlarını hisə verməməli olduğunu, buna görə oğlunun günahkar olduğunu, Lalə ilə aralarında danışdıqları zaman Lalənin oğlanları Əhməd və Telmanın hücum çəkib onun həyətinə basqın etdiklərini, Rəşadın üstünə yetirib onu yerə yıxıb döydüklərini, Rəşadı onların əlindən almaq istəyəndə Lalənin onu arxadan kürəyindən çəkdiyini və özünün yerə yıxıldığını, Lalənin oğlunu onun oğlanlarının əlindən almağa mane olmaq istədiyini, Lalənin dediklərinin yalan olduğunu, özünün ya da oğlu Rəşadın onun saçından tutub yolmadığını və ya ona sillə vurmadığını, əgər qonşu Etibar gəlməsəydi oğlunun oradan sağ çıxmayacağını, buna görə Etibara minnətdar olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında Babək rayonu Nehrəm qəsəbəsində gözəllik salonu işlətdiyini, xx.xx.2024-cü il tarixdə işdən çıxdığı ərəfələrdə axşamüstü oğlunun ona zəng edərək qonşu Zeynəblə yoldaşı Məhəmməd arasında problem yarandığını bildirdiklərini, işdən çıxıb evə getdiyini, evə gələn zaman Məhəmmədin dişinin qırıldığını gördüyünü, hər gün səhər paltarları yuyub həyətə sərib işə getdiyini və buna görə də Zeynəgildən də ocaq yandırıb paltarlarını tüstüyə verməməyi xahiş etdiyini, bunların səbəbini soruşmaq üçün Zeynəbgilə getdiyini, küçə qapısında ona niyə ocaq yandırdığını soruşduqda Zeynəbin ona “sənin qapından cüt tabut çıxsın” dediyini, onun da Zeynəbə “məndən cütü çıxacaqsa səndən də beşi çıxsın” dediyini, bu zaman Zeynəbin onu şillə ilə vurduğunu, Rəşadın da saçından yapışdığını, həmin vaxt Əhmədin arxasında olduğunu, bu zaman Əhmədin dözə bilməyib Rəşada yumruq atdığını, oğlunun Rəşadı möhkəm döymədiyini, çünkü belə olardısa Rəşadın zəifliyi nəzərə alındıqda bütün sümüklərinin qırılmalı olduğunu, həmçinin Rəşadın uşaqlıqdan müalicələrdə olduğunu və özlərinin bunu yaxşı bildiyini, heç vaxt Zeynəbə əl qaldırmadığını, çünkü Zeynəbin ondan böyük olduğunu, əksinə Rəşadın onun saçını yolduğunu və Zeynəbin isə onu sillə ilə vurduğunu, Rəşadın elə bir insan olmadığını, bütün bunların səbəbkarının anası olduğunu, oğlu Əhmədin Rəşadı vurduğunu danmadığını, lakin bunun Rəçadın onun saçına əl atmasından sonra Əhməd özünü saxlaya bilmədiyi üçün olduğunu bildirib, şəxsin barəsində qanuni tədbirin görülməsini xahiş etdi. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İXM-in 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyi, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Babək rayon Polis İdarəsinin İTŞ-nə göndərildiyi müəyyən olunur. Protokola əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1136 saylı canlı şəxsin ekspertiza rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində başın ənsə nahiyyəsinin qançır zəif şişkinliyinin bərk küt əşyanın təsirindən törəndiyi, müddətin məhkəmə tibbi-müayinəsindən bir gün əvvələ, eləcə də qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənməsinin mümkün olduğu, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi qeyd edilmişdir. İstinad edilən ekspert rəyində zərərçəkmiş şəxsin başın ənsə nahiyyəsinin qançır zəif şişkinliyinin bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu qeyd edilmiş, zərərçəkmiş şəxs isə izahatında bu zədənin barəsində iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən deyil, oğlu X7 tərəfindən saçının yolunması nəticəsində yarandığına, Zeynəbin isə onu üzündən sillə ilə vurduğuna istinad etmişdir. Beləliklə zərərçəkmiş şəxsdə ekspert rəyi ilə müəyyən olunan xəsarətin barəsində icraat aparılan şəxs tərəfindən edilmədiyi zərərçəkmiş şəxsin öz izahatı əsasında müəyyən olunmuşdur. Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X8 xx.xx.2024-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində X4 döyməsi ilə bağlı inzibati xəta əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Eyni vaxtda məhkəməyə təqdim edilən X3 X8 və X5, X1 X7, Zərərçəkmiş şəxs Şəxs və Şəxs isə Zərərçəkmiş şəxs tərəfindən döyülməsi ilə bağlı inzibati xəta haqqında protokollara baxılması zamanı X3 X8 tərəfindən döyülməsi faktı öz təsdiqini tapmış, həmin vaxt həmçinin hər iki tərəfin ailə üzvləri olaraq ikidən çox şəxsin qarşılıqlı təsir vəziyyətində olduğu müəyyən olunmuşdur. Belə olan halda hazırki vəziyyətdə Zərərçəkmiş şəxs Şəxs tərəfindən edilən zorakı hərəkətlərin nəticəsi olaraq fiziki ağrıya məruz qalması faktı, yəni şəxsin həmin əməldə təqsirliliyi məhkəmədə təkzibolunmaz sübutlar əsasında öz təsdiqini tapmamışdır. Buna dair zərərçəkmiş şəxsin ifadəsi isə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir, belə ki, hazırki iş üzrə barəsində icraat aparılan şəxsin oğlu X2 zərərçəkmiş şəxsin oğlu X8 tərəfindən döyülməsi faktı məhkəmədə təsdiq olunmuşdur. Məhkəmə belə hesab edir ki, bu hal özlüyündə zərərçəkmiş şəxsin barəsində icraat aparılan şəxsə qarşı mötəbər olmayan ifadəsinin əsasını təşkil edə bilər və yalnız zərərçəkmiş şəxsin sözügedən ifadəsi şəxsin təqsirliliyinin sübuta yetirilməsinin əsasını təşkil edə bilməz. Belə ki, İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8.3). İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, Zərərçəkmiş şəxs İXMin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar