Məhkəmə qərarları › İş №3(079)-76/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-76/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-76/2024 16.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Babək rayonu Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx), subay, orta təhsilli, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Babək Rayon Polis İdarəsinin 8518/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 avqust 2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. 15 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Babək Rayon Polis İdarəsinə müraciət edərək həmin tarixdə saat 1900 radələrində Nehrəm qəsəbəsində yaşadığı evin sol tərəfində küçədə ot qırıntıları yandırdığı üçün qonşusu Məhəmməd adlı şəxsin oğlanları Əhməd və Telman, həyat yoldaşı Lalənin onu və anasını döyərək xəsarət yetirdiyini bildirmiş, şəxslərin barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2024-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixdə qardaşı Əhmədin ona zəng edərək atası Məhəmmədin döyüldüyünü və evə getməsini bildirdiyini, mübahisənin üzərindən 2 aya yaxın müddət keçdiyindən detalları çox yaxşı xatırlamadığını, Babək rayonu Nehrəm qəsəbəsində toyuq firmasında işlədiyini, iş yerinin evlərinə yaxın olması səbəbindən evə tək getdiyini, çatanda atasının ağzının qan olduğunu gördüyünü, həmin vaxt qardaşı və anasının da evə gəldiyini, qardaşının anasını işdən götürüb evə gətirdiyini, qardaşı Əhmədlə Rəşadın tutuşduğunu, ikisinin bir-birini vurduğunu gördüyünü, onları aralamağa çalışdığını, özünün isə Rəşadla sözlü mübahisə etdiyini, heç kimi vurmadığını, hərbi xidmətə getməsi ilə əlaqədar müalicə aldığını və bu səbəbdən də problem yaranmasını istəmədiyini, Rəşadı heç vaxt döymədiyini, əksinə onların anası Lalənin üzərinə hücum etdiyini, Zeynəbin əlindəki bel ilə Əhmədi vurmağa çalışarkən Əhmədin beli alanda əlinin kəsildiyini, həmin Rəşadla qardaşının yox, özünün savaşdığını düşündüyü üçün atasının səhvən onu vurub hirsləndiyini, əvvəldən aralarında hər hansı bir ədavət olmadığını, hadisə vaxtı heç kimə xəsarət yetirmədiyini, Zeynəbin əlində bel olduğunu və qardaşı Əhmədi vurmaq istədiyini, Əhmədin beli alanda əlindən xəsarət qaldığını, bundan sonra mübahisənin böyüdüyünü, ekspertizaya xəsarət almadığı üçün aparılmadığını, anasına isə Zeynəbin sillə vurduğunu və Rəşadın anasının saçından tutduğunu, zərərçəkmişin özünə xeyir edən ifadələr verdiyini, onun atası Məhəmmədə söyüş söydüyünü, durduq yerdə heç kimin heç kimin söyməyəcəyini, heç bir pozuntuya yol vermədiyi üçün əməlindən peşman olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında şəxslərlə qonşu olduqlarını, atasının Bakıya getdiyini, özünün Nehrəmdə anası ilə birlikdə yaşadığını, həyətlərində çıxan alaq otlarını yığıb küçədə Məhəmmədgillə öz evlərinin arasındakı yola qaladığını, bu zaman Məhəmmədin ondan otları niyə oraya tökdüyünü soruşduğunu, otu kənarda aparıb yandırmağı bildirdiyini, özünün Nehrəmdə təmizliyə baxdığını və öz küçələrinin ortasına ot tayasının yığılmasının düzgün qarşılanmayağını bildirdiyini, bundan sonra özünün otları telefon dirəyinin yanından götürüb kənara aparıb orada yandırdığını, axşam saat 6-da Məhəmmədin söyüşlə onu çağıraraq “bunları sənə kim deyib burada yandır” dediyini, sonra anası Zeynəbin çölə çıxıb oğlunu niyə söydüyünü soruşduğunu, bundan sonra Məhəmmədin anası Zeynəbi təhqir etdiyini, Məhəmmədi heç vaxt vurmadığını, əksinə onun anasını və özünü təhqir edib itələdiyini, onları sinəsindən itələyib çıxıb gedin dediyini, daha sonra Məhəmmədin “gözləyin oğlanlarımı və yoldaşımı çağırım sizin dərsinizi versinlər” dediyini, yarım saat sonra onun yoldaşı Lalənin gəlib anasına “niyə orada ot yandırmısınız” dediyini, Lalənin Zeynəblə deyişməyə başladığını, anası ilə Lalənin gedib ocağa baxdıqlarını, bu zaman Əhmədlə Telmanın qapını açıb onu çağırdıqlarını, qapını açan zaman həyətə hücum çəkib onu döydüklərini, anasının əlinə bel almadığını, Əhmədin əlinin kəsilmədiyini, deyilənlərin yalan olduğunu, Telmanın onları aralamağa da çalışmadığını, Məhəmmədə söyüş söymədiyini, Məhəmmədin onu söydüyünü, anasını isə itələdiyini, Telmanın da qardaşı ilə birlikdə onu döydüyünü, qarşı tərəfdən şikayətçi olduğunu istədiyini bildirdi. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İXM-in 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyi, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Babək rayon Polis İdarəsinin İTŞ-nə göndərildiyi müəyyən olunur. Protokola əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1139 saylı canlı şəxsin ekspertiza rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində sol almacıq, başın sağ gicgah, sağ bazu, sol diz oynağı nahiyyələrinin qançırları, döş qəfəsinin arxa səthinin və sağ diz oynağı nahiyələtinin sıyrıqlarının bərk küt əşyanın təsirindən törəndiyi, müddətin məhkəm tibbi-müayinəsindən bir gün əvvələ, eləcə də qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənməsinin mümkün olduğu, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi qeyd edilmişdir. Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X6 xx.xx.2024-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs döyməsi ilə bağlı inzibati xəta əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X6 xx.xx.2024-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs xəsarət yetirən zaman Şəxs da orada olmuşdur. Eyni vaxtda məhkəməyə təqdim edilən Zərərçəkmiş şəxs X6 və Şəxs, X3 Zərərçəkmiş şəxs, X7 X2 və X1 isə X9 tərəfindən döyülməsi ilə bağlı inzibati xəta haqqında protokollara baxılması zamanı Zərərçəkmiş şəxs X6 tərəfindən döyülməsi faktı öz təsdiqini tapmış, həmin vaxt həmçinin hər iki tərəfin ailə üzvləri olaraq ikidən çox şəxsin qarşılıqlı təsir vəziyyətində olduğu müəyyən olunmuşdur. Belə olan halda hazırki vəziyyətdə Zərərçəkmiş şəxs həmçinin Şəxs tərəfindən edilən zorakı hərəkətlərin nəticəsi olaraq fiziki ağrıya məruz qalması faktı, yəni şəxsin həmin əməldə təqsirliliyi məhkəmədə təkzibolunmaz sübutlar əsasında öz təsdiqini tapmamışdır. Buna dair zərərçəkmiş şəxsin ifadəsi isə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir, belə ki, hazırki iş üzrə Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qardaşı X6 tərəfindən döyülməsi faktı məhkəmədə təsdiq olunmuşdur. Məhkəmə belə hesab edir ki, bu hal özlüyündə zərərçəkmiş şəxsin barəsində icraat aparılan şəxsə qarşı mötəbər olmayan ifadəsinin əsasını təşkil edə bilər və yalnız zərərçəkmiş şəxsin sözügedən ifadəsi şəxsin təqsirliliyinin sübuta yetirilməsinin əsasını təşkil edə bilməz. Belə ki, İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8.3). İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar