Məhkəmə qərarları › İş №3(079)-77/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-77/2024

16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-77/2024 16.08.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Babək rayonu Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx), subay, 1 (bir) azyaşlı uşaq atası, ali təhsilli, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 15 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Babək Rayon Polis İdarəsinə müraciət edərək həmin tarixdə saat 1800 radələrində qonşusu Şəxs küçədə ot qırıntıları yandırdığı üçün ona irad bildirdiyi zaman Rəşad və anasının onun üzərinə hücuma keçərək nalayiq ifadələrlə təhqir etdiyini, onu döydüyünü bildirmiş, şəxslərin barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə 16 avqust 2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, belə məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında şəxslərlə qonşu olduqlarını, atasının Bakıya getdiyini, özünün Nehrəmdə anası ilə birlikdə yaşadığını, həyətlərində çıxan alaq otlarını yığıb küçədə Məhəmmədgillə öz evlərinin arasındakı yola qaladığını, bu zaman Məhəmmədin ondan otları niyə oraya tökdüyünü soruşduğunu, otu kənarda aparıb yandırmağı bildirdiyini, özünün Nehrəmdə təmizliyə baxdığını və öz küçələrinin ortasına ot tayasının yığılmasının düzgün qarşılanmayağını bildirdiyini, bundan sonra özünün otları telefon dirəyinin yanından götürüb kənara aparıb orada yandırdığını, axşam saat 6-da Məhəmmədin söyüşlə onu çağıraraq “bunları sənə kim deyib burada yandır” dediyini, özünün də həmin söyüş qarşılığında Məhəmmədi söydüyünü, sonra anası Zeynəbin çölə çıxıb oğlunu niyə söydüyünü soruşduğunu, bundan sonra Məhəmmədin anası Zeynəbi təhqir etdiyini, Məhəmmədi heç vaxt vurmadığını, əksinə onun anasını və özünü təhqir edib itələdiyini, onları sinəsindən itələyib çıxıb gedin dediyini, daha sonra Məhəmmədin “gözləyin oğlanlarımı və yoldaşımı çağırım sizin dərsinizi versinlər” dediyini, yarım saat sonra onun yoldaşı Lalənin gəlib anasına “niyə orada ot yandırmısınız” dediyini, Məhəmmədə niyə xəsarət yetirdiklərini soruşduğunu, Lalənin Zeynəblə deyişməyə başladığını, daha sonra Əhmədlə Telmanın onu çağırdıqlarını, qapının ağzına çıxanda onların hər ikisinin həyətlərinə girərək onu yerə yıxıb döyməyə başladıqlarını, bu zaman özünü müdafiə etmək üçün ayağa qalxmaq istəyəndə əlinin Məhəmmədin üzünə dəydiyini, çünki Məhəmmədin özünü qabağa verdiyini, ona zərbə endirmədiyini, onu təhqir etmədiyini, oğlanları onu döyən zaman özünün ayağa qalxanda əlini çəkəndə Məhəmmədin özünü qabağa verdiyini və əlinin ona dəyə biləcəyini, onun heç Məhəmmədə əlini də vurmadığını, döyüldüyü zaman da heç kəsə xəsarət yetirmədiyini, dişinin necə qırıldığını bilmədiyini, onu vurmadığını, sadəcə nə etdiklərinin səbəbini soruşduğunu, Məhəmmədin həyətinə girmədiyini, sadəcə olaraq küçədə sözlü mübahisə etdiklərini, həmin vaxt Məhəmmədin hədsiz əsəbi olduğunu bildirmiş, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X2 izahatında Babək Rayon Kommunal Müəssisələr Kombinatında fəhlə olaraq Nehrəm qəsəbəsinin təmizliyinə baxdığını, həmçinin öz məhəlləsində təmizliyə nəzarət etdiyini, qonşuların öz zibillərini küçəyə qoyduqlarını və onlara bunu etməmələrini dediyini, Rəşada da otu küçə yolundan götürməyi və yalnız torpağını ayırdıqdan sonra öz həyətində yandırmağını dediyini, Rəşadın isə otu elə küçədə onun evinin yaxınlığında torpaqla birlikdə yandırdığını və bu zaman ocağın tüstü verdiyini, dumanın həyətə və evə dolduğunu, bundan sonra Rəşada odun üzərinə su səpməsini və ya başqa yerə aparmağını bildirdiyini, bu zaman Rəşadın anası Zeynəbin çıxaraq onun üzərinə hücum çəkdiyini, Zeynəbin ona “sən kimsən ki bu məsələyə qarışırsan” dediyini, Rəşadın da gəlib ona nəsil söyüşü söydüyünü, Rəşadı elə biri kimi tanımadığını, bunu ona irad bildirəndə Zeynəbin hücum edib onu yaxasından tutduğunu, bu zaman Rəşadın da onu yumruqla vurduğunu və dişinin qırıldığını, bundan sonra yoldaşına zəng edib “gəl Zeynəblə danış” dediyini, daha sonra Lalənin gəlib Zeynəbdən bunun səbəbini soruşduqda Zeynəbin əlinə bel aldığını, Rəşadın isə yoldaşı Lalənin saçından tutduğunu, Zeynəb onu bel ilə vurmaq istəyəndə Əhmədin onun əlindən beli aldığını və bu zaman əlinin yaralandığını, balaca oğlu Telmanın isə yalnız onları ayırmaq istədiyini, Zeynəbin Laləni şillə ilə vurduğunu, daha sonra evlərinə getdiklərini, bir müddət sonra əmisi oğlanlarının sərxoş vəziyyətdə qapılarına gəldiyini, daha sonra isə polislərin gəldiyini, qarşı tərəf əgər üzr istəyərsə və oğlu Əhmədə qarşı şikayətini geri götürərsə barışıq əldə oluna biləcəyini, əks təqdirdə isə qarşı tərəfdən şikayət etdiyini və barəsində qanuni qərar çıxarılmasını xahiş etdiyini bildirdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İXM-in 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edildiyi, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə Babək rayon Polis İdarəsinin İTŞ-nə göndərildiyi müəyyən olunur. Protokola əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1137 saylı canlı şəxsin ekspertiza rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində alt çənə nahiyyəsinin sol şaxəsinin iç səthinin selikli qişasının qansızması bərk küt əşyanın təsirindən törəndiyi, müddətin məhkəm tibbi-müayinəsindən bir gün əvvələ, eləcə də qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənməsinin mümkün olduğu, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin edilmədiyi qeyd edilmişdir. Protokola əlavə olunmuş 16 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 16 avqust 2024-cü il tarixdə saat 13:00-da inzibati qaydada tutulmuş, həmin tarixdə 15:45-də azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və ekspertin rəyini birlikdə tədqiq edərək belə hesab edir ki, Şəxs hərəkətləri zəruri müdafiə həddində olmuşdur. Belə ki, Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X2 xx.xx.2024cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Şəxs döyməsi ilə bağlı inzibati xəta əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sözügedən iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 xx.xx.2024-cü il tarixdə Babək rayonu, Nehrəm qəsəbəsində Şəxs döyərək fiziki ağrı yetirən zaman Zərərçəkmiş şəxs da orada olmuş və oğlu X6 Allahverdiyevi döyməsinə mane olmağa çalışmışdır. Hazırki iş üzrə zərərçəkmiş şəxsin izahatını Şəxs onu yumruq ilə vurmasına dair hissədə isə məhkəmə işin digər halları ilə əlaqəli şəkildə müqayisə etdikdə mötəbər sübut kimi qəbul etmir. Belə ki, şəxsin X2 tərəfindən döyüldüyü halda həmin şəxsə yox, onları ayırmağa çalışan Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi məntiqi mühakiməyə söykənmədiyindən ağlabatan sayıla bilməz. Lakin ekspert rəyindən həqiqətən də Zərərçəkmiş şəxs həmin tarixdə baş verməyə və bərk küt əşyanın təsirindən törənməyə xarakterik alt çənə nahiyyəsinin sol şaxəsinin iç səthinin selikli qişasının qansızması müəyyən edilmişdir. Eyni zamanda barəsində icraat aparılan şəxs Şəxs Əhməd Hüseynov tərəfindən döyülərkən yerdən qalxmağa çalışan zaman əlinin Zərərçəkmiş şəxs dəyməsini istisna etməmiş, bunun özünü müdafiə etmək məqsədilə yerdən qalxarkən baş verməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə barəsində icraat aparılan şəxsin izahatını sözügedən hallarla birlikdə tədqiq etdikdə belə nəticəyə gəlir ki, onun hərəkətləri zəruri müdafiə həddində olmuş və bu həddi aşmamışdır. İXM-in 20.1-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. İXM-in 20.2-ci maddəsinə görə isə qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. İXM-in 53.1 və 53.1.4-cü maddəsinə görə isə şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və İXM-in 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar