Məhkəmə qərarları › İş №3(079)-80/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-80/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-80/2023 19.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə, xx xxxx 1990-cı ildə Babək rayonu, Cavidabad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, subay, Naxçıvan şəhəri, Qaraçuq kəndində qeydiyyatda olan və yaşayan, fərdi qaydada ustalıq etməklə ev təmiri fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 19 iyun 2023-cü il tarixli 3-13-43-7/2-3831/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 19 iyun 2023-cü il tarixli, 001936 nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs 19 iyun 2023-cü il tarixdə təqribən saat 03-04 radələrində Babək rayonu, Hacıvar kəndində yerləşən “SV” restoranında X2 ilə birlikdə sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni “xırda xuliqanlıq” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında 19 iyun 2023-cü ildə bibisinin oğlu Xanlarla və yeni tanış olduğu Novruz adlı şəxslə təqribən gecə saat 2-də yeyib-içmək üçün “SV” restoranına getdiklərini, özünün əvvəldən isə 2-3 bakal pivə içdiyini, aralarında yeyib-içdiklərinin pulunun üç nəfər tərəfindən bərabər ödənilməsi ilə bağlı razığa gəldiklərini, özünün təqribən 4-5 bakal pivə içdiyini, yekunda 50 manata yaxın hesab gəldiyini, hərəsinə 16-17 manat pul düşdüyünü, lakin Novruzun özünə düşən pulu vermədiyini, bundan sonra restoranın işçisinin onlara gəlib “hesabı verin” dediyini, özünün isə “Novruz pul vermirsə niyə mən verməliyəm?” dediyini, bu zaman restoranın işçisi ilə aralarında mübahisə yarandığını, orada təqribən 1-2 stolda müştəri olduğunu, həmin vaxt ucadan danışdığını, sonra polislərin restorana gəldiyini, ondan hesabı verməsini tələb etdiyini, həmin vaxt ucadan çığırdığından onu şöbəyə gətirdiklərini, bu gün səhər ayıldığını, əməlindən çox peşman olduğunu, hadisə vaxtı çığır-bağır və söyüş olduğunu, Novruzun onun kimi çığır-bağır etmədiyini, himayəsində atasının, anasının, bacısının və onun iki uşağının olduğunu, evə bir özünün qazanc gətirdiyini, içkiyə tövbə etdiyini, bundan sonra bir daha bu kimi hadisələrə qarışmayacağını qeyd etmişdi Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunmuş X2, şahidlər Şahid1 və Şahid2 izahatları ilə tam sübuta yetirilmişdir. Şahid1 məhkəmədə verdiyi izahatında özünün “SV” adlı restoranında inzibatçı işlədiyini, 19 iyun 2023-cü ildə üç nəfərin gəlib orada yeyib-içdiyini, gecə saat üçün yarısı özünün Ruslan, Xanlar və Novruza yaxınlaşıb kasanı bağladıqlarını və hesabı ödəməsini xahiş etdiyini, bu zaman Xanların ona “sən get, mən pulu alaram gələm” dediyini, pul verilmədiyindən onlara yenidən yaxınlaşdığını, həmin vaxt Ruslanın ona “mən 49 manatlıq yeyib-içməmişəm. Mən nə yemişəmsə onun pulunu verəcəyəm” dediyini, özünün isə ona “mən haradan bilim ki, sən nə yemisən. Mən sizdən pulumu istəyirəm” dediyini, bundan sonra Xanlarla Ruslan arasında mübahisə yarandığını, onların ucadan danışaraq, birvirlərinə söyüş söydüyünü, Xanların Ruslana “pulu ver gedək” dediyini, lakinin Raslanın pul vermədiyini, sonra Novruzun gəlib Ruslana “biz pulu sənə vermişik, pulu ödə” dediyini, Ruslanın isə “ödəmirəm” dediyini, Xanların Ruslana “sən pulu ver, mən sənə verəm” dediyini, lakin Ruslanın yenə də pul vermədiyini, atrıq saat 5 olduğundan özünün məcbur qalıb polis çağırdığını, Novruzun telefonunu girov qoyaraq pulu sabah verəcəyini bildirdiyini, bu gün günorta saat birdə onun gətirib 49 manatı ödədiyini, özünün Ruslan və Xanlardan şikayətçi olmadığını, sadəcə olaraq hesabı istədiyini bildirmişdi. Digər Şahid2 məhkəmədə verdiyi izahatında Babək rayonu, Badaşqan kəndində yaşadığını, “SV” restoranında taksi işlədiyini, 19 iyun 2023-cü ildə təqribən gecə saat üçün yarısı radələrində Şahmarın Ruslan, Xanlar və Novruza hesabı bağlamalarını bildirdiyini, lakin Ruslanın “mən öz yediyimin pulunu verəcəyəm” dediyini, həmin vaxt Ruslanla Xanlar arasında mübahisə yarandığını, Xanların Ruslana “sən pulu ver, mən sənə verəcəyəm” dediyini, lakin Ruslanın “verməyəcəyəm” dediyini, Ruslanla Xanların bir-birlərini söydüyünü, bir-birlərinə çığırdıqlarını, Novruzun telefonunu girov qoyub getdiyini bildirmişdi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barələrində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda ictimai qayda əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından da aydın olur ki, fərdi qaydada evlərdə ustalıq etməklə ev təmiri fəaliyyəti ilə məşğul olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs etdiyi əmələ görə səmimi peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Bundan başqa məhkəmə onun ilk dəfə inzibati xəta törətməsini və himayəsində valideynlərinin və bacısının iki uşağı ilə birlikdə yaşamasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Naxçıvan Şəhər Təcili X5 Hüquqi şəxsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 1218 nömrəli aktda Şəxs qanında alkoqolun konsentrasiyasının 1.15 promilli olması qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta əməlini sərxoş halda olan törətməsi isə Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran haldır. Həmçinin işin məhkəmə araşdırılmış hallarından görünür ki, Şəxs təqsirləndirildiyi əməli X2 ilə birlikdə törədib. Bu həm onun izahatı, həm də şahidlərin izahatı ilə öz təsdiqini tapır. İnzibati Xətalar Məcəlləsinin 33.1.5-ci maddəsinə görə inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi də məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə bildirir ki, inzibati xəta əməlinin baş verməsinə əsas səbəb onlarla birlikdə restorana getmiş Novruz adlı şəxsin onların aralarında olan razılığa əməl etməyərək yedikləri yemək və içdikləri içkinin üzərinə düşən hissəsini ödəməməsi və Şəxs sərxoş olmasıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə isə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Normanın tələbindən də görünür ki, inzibati həbs müstəsna hallarda tətbiq edilir. Məhkəmə isə belə hesab edir ki, hazırda inzibati tənbehin məqsədinə nail olmaq üçün müstəsnalıq mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Çünki Şəxs törətdiyi əməl xarakteri, işin halları, həmçinin əməlin törədilmə şəraiti, inzibati xətanın baş verməsinə səbəb olan hallar, Şəxs əməlindən peşman olması, himayəsində yaşayan şəxslər onu deməyə imkan verir ki, bu tənbeh növü inzibati tənbehin əsas məqsədinə çatmağa imkan verir. Məhkəmə Şəxs əməlində olan məsuliyyəti ağırlaşdırıcı halları nəzərə alaraq hesab edir ki, onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə tətbiq edilməsi məqsədə uyğundur. Lakin məhkəmə bildirir ki, iş materiallarında olan 19 iyun 2023-cü il tarixli, 0452 nömrəli tutma haqqında protokoldan, həmçinin Şəxs məhkəmədə verdiyi izahatdan aydın olur ki, o, həmin tarixdə ayılmış və onun barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd edilən normanın tələbini nəzərə alan məhkəmə yekunda belə nəticəyə gəlir ki, Şəxs barəsində 75 (yetmiş beş) manat məbləğində cərimə tətbiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib onun barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar