Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-83/2024 24.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X3 məhkəmə iclas katibi katibliyi ilə, Babək rayonu, Sirab kəndində yerləşən, VÖEN nömrəsi ********** olan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə “10” sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “29” avqust 2024-cü il tarixli, 3-33-1100/2-005366/2024 nömrəli məktubu ilə həmin orqanın "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş daxil olmuşdur. “29” avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdi ki, 11 fevral 2017-ci il tarixdən 01 iyun 2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 4 (dörd) gömrük bəyannaməsi üzrə ümumilikdə 9690.26 (doqquz min altı yüz doxsan ABŞ dolları, iyirmi altı sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi müəyyən edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdi ki, hüquqi şəxsin adından bağlanılmış ümumilikdə müxtəlif müqavilələr üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş az miqdarda, yəni ümumilikdə 9690.26 (doqquz min altı yüz doxsan ABŞ dolları, iyirmi altı sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti gaytarılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə əvvəlcədən məlumat verilməmişdi. "xxxx" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri N.Novruzov 16 sentyabr 2024-cü il tarixli, 84 nömrəli məktubla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılıb qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanmaqla onların iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdı. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə törətməsi istinad edilən inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan əməli, həmin normanın tələbləri daxilində, həmçinin məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilmişdi ki, həmin normaya əsasən onun vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin-inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin mövcudluğu mütləq zərurətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqsirləndirildiyi əməlin dispozitiv şərtlərindən aydın olur ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ başa düşülür) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Normanın mahiyyətindən görünür ki, 483-cü maddədə qeyd edilən inzibati məsuliyyətin yaranması üçün iki əsasın; - xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; - əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 1.1 və 1.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların ixracında şəxslər sərbəstdirlər, Gömrük Məcəlləsində və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla onların fəaliyyətinə məhdudiyyət qoyula bilməz. İxrac olunan mallar gömrük orqanlarına bəyan edilməlidir. Həmin Qaydaların 12.1-ci və 12.2-ci bəndlərinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Qeyd edilən normaların məcmusundan görünür ki, malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində yuxarıda qeyd edilən dispozitiv şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallına əlavə edilmiş; -17 mart 2023-cü il tarixli, **********2257 sorğu nömrəli bəyannaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dəyəri 4354 (dörd min üç yüz əlli dörd) ABŞ dolları məbləğində olan (iş vərəqə 12); -08 may 2023-cü il tarixli, **********8168 sorğu nömrəli bəyannaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dəyəri 8553.60 (səkkiz min beş yüz əlli üç ABŞ dolları, altmış sent) ABŞ dolları məbləğində olan (iş vərəqə 17); -21 iyun 2023-cü il tarixli, **********8967 sorğu nömrəli bəyannaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dəyəri 7387.20 (yeddi min üç yüz səksən yeddi ABŞ dolları, iyirmi sent) dolları məbləğində olan (iş vərəqə 22); -02 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannaməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dəyəri 4726.70 (dörd min yeddi yüz iyirmi altı ABŞ dolları, yetmiş sent) ABŞ dolları məbləğində olan malları ixrac etməsi (iş vərəqə 8) aydın olur. Yuxarıda qeyd edilən bəyannamələri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndi ilə əlaqələndirən məhkəmə bildirir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində ixrac etdiyi malların dəyərini təşkil edən xarici valyuta vəsaitini; - 17 mart 2023-cü il tarixli, **********2257 sorğu nömrəli bəyannamə üzrə 15 sentyabr 2023-cü il tarixədək; - 08 may 2023-cü il tarixli, **********8168 sorğu nömrəli bəyannamə üzrə 05 noyabr 2023-cü il tarixədək; - 21 iyun 2023-cü il tarixli, **********8967 sorğu nömrəli bəyannamə üzrə 18 dekabr 2023-cü il tarixədək; - və 02 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannamə üzrə isə 31 yanvar 2024-cü il tarixədək qaytarmadığı halda onun əməlində hazırda təqsirləndirildiyi inzibati xəta əməlinin tərkibi yarana bilər. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.3-cü bəndində qeyd edilir ki, ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. İş materiallarına əlavə edilən və 25 may 2024-cü il tarixə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış “Konsiqnasiya əməliyyatları üzrə hesabat”dan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin: - 19 mart 2023-cü il tarixli, **********2257 sorğu nömrəli bəyannamə üzrə 4354 ABŞ dolları; - 08 may 2023-cü il tarixli, **********8168 sorğu nömrəli bəyannamə üzrə 318.36 ABŞ dolları; - 21 iyun 2023-cü il tarixli, **********8967 sorğu nömrəli bəyannamə üzrə 291.20 ABŞ dolları; - və 04 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannamə üzrə 4726,70 ABŞ dolları məbləğində qalıq, yəni ölkəyə qaytarılmayan xarici valyuta vəsaitinin olması göstərilir (iş vərəqə 2-5). Qeyd edilənlərdən ümumilikdə yuxarıda qeyd edilən dörd bəyannamə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmayan məbləğinin 9690.26 (doqquz min altı yüz doxsan ABŞ dolları, iyirmi altı sent) ABŞ dolları təşkil etməsi aydın olur. Göstərilənlərdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “29” avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqında protokolunda qeyd etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ümumilikdə dörd bəyannamə üzrə 9690.26 (doqquz min altı yüz doxsan ABŞ dolları, iyirmi altı sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ölkə ərazinə qaytarmaması əsaslı sayılsa da məhkəmə qeyd edir ki, iş materiallına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəsmi internet səhifəsindən çıxarılmış məlumatlardan 19 mart 2023-cü il tarixli, **********2257 sorğu nömrəli bəyannaməsi üzrə “İtalfood Company LLC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına 17 may 2023-cü ildə 1825.36 (bir min səkkiz yüz iyirmi beş ABŞ dolları, otuz altı sent) ABŞ dolları və 17 iyul 2023-cü ildə isə 2528.64 (iki min beş yüz iyirmi səkkiz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları olmaqla ümumilikdə 4354 ABŞ dolları məbləğində ödəniş etməsi görsənir ki, bu da bəyan edilən malların dəyəri ilə eynilik təşkil edir (iş vərəqə 53). Həmçinin qeyd edilən fakt iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış Konsiqnasiya nəzarət məlumatı ilə də öz təsdiqini tapır (iş vərəqə 70). Əməliyyatın tarixinin 15 avqust 2024-cü il tarixə olmasına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.4-cü bəndinə görə müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məlumatların düzgün və ya vaxtında ötürülməməsinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətini təqsirli hesab etmək olmaz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il Qərarında da qeyd edilir ki, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixrac edənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində 17 mart 2023-cü il tarixli, **********2257 sorğu nömrəli bəyannamə üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd edilən inzibati xəta əməlinin olmasını əsaslı hesab etmir. 08 may 2023-cü il tarixli, **********8168 sorğu nömrəli bəyannamə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması məsələsinə hüquqi aydınlıq gətirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış Konsiqnasiya əməliyyatları üzrə hesabatdan (iş vərəqə 4) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 may 2023-cü il tarixli, **********8168 sorğu nömrəli bəyannamə üzrə 318.36 (üç yüz on səkkiz ABŞ dolları, otuz altı sent) ABŞ dolları qalıq məbləğinin olması öz əksini tapsa da, iş materiallarına əlavə edilmiş 28 avqust 2024-cü il qeydiyyat tarixli, 3-33-1100/012/023293 qeydiyyat nömrəli raportda qeyd edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin **********8168 sorğu nömrəli bəyannamə üzrə 11 fevral 2017-ci ildən 09 yanvar 2024-cü il tarixədək Konsiqnasiya əməliyyatları üzrə qalıq məbləği müəyyən edilməmişdi (iş vərəqə 58). Həmin raportdan o da aydın olur ki, qalıq məbləğin müəyyən edilməsi üçün X2 Sistemində və banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemi məlumatlarına əsaslanmışlar. Bundan başqa Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış Konsiqnasiya nəzarət məlumatlardan 08 may 2023-cü il tarixli, **********8168 sorğu nömrəli bəyannamə üzrə X4 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına 23 may 2023-cü ildə 8235.24 (səkkiz min iki yüz otuz beş ABŞ dolları, iyirmi dörd sent ) ABŞ dolları və 07 iyul 2023-cü ildə 1211.81 (bir min iki yüz on bir ABŞ dolları, səksən bir sent) ABŞ dolları olmaqla ümumilikdə 9447.05 ABŞ dolları məbləğində ödəniş etməsi görsənir ki, bəyan edilən malların dəyərindən artıq təşkil edir (iş vərəqə 69). Sonuncu əməliyyatın aparılma tarixi 15 avqust 2024-cü il qeyd edilsə də, raport məlumatının sonuncu yoxlanma tarixinin 09 yanvar 2024-cü il olması müəyyən edilir. Göründüyü ki, 08 may 2023-cü il tarixli, **********8168 sorğu nömrəli bəyannamə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qalıq vəsaitinin olması barədə məlumatlar ziddiyyətlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilənlərdən əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 avqust 2024-cü il tarixli, 1416 nömrəli məktubunun mahiyyətindən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs **********8168 sorğu nömrəli bəyannamə üzrə ixrac olunmuş malların dəyərini 07 iyul 2023-cü il tarixədək ölkə ərazisinə geri qaytarmışdı. Yuxarıda qeyd edilənləri nəticəsi olaraq məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində 08 may 2023-cü il tarixli, **********8168 sorğu nömrəli bəyannamə üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd edilən inzibati xəta əməlinin olmasını da əsaslı hesab etmir. 21 iyun 2023-cü il tarixli, **********8967 sorğu nömrəli bəyannamə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması məsələsinin müəyyənləşdirilməsinə gəldikdə isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış Konsiqnasiya əməliyyatları üzrə hesabatdan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 iyun 2023-cü il tarixli, **********8967 sorğu nömrəli bəyannamə üzrə 291.20 (iki yüz doxsan bir ABŞ dolları, iyirmi sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin qaytarılmaması müəyyən edilir (iş vərəqə 4). Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış Konsiqnasiya nəzarət məlumatlarından 21 iyun 2023-cü il tarixli, **********8967 sorğu nömrəli bəyannaməsi üzrə X4 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına 04 iyul 2023-cü ildə 7096 (yeddi min doxsan altı ABŞ dolları) ABŞ dolları və 07 iyul 2023-cü ildə 291.20 (iki yüz doxsan bir ABŞ dolları, iyirmi sent) ABŞ dolları olmaqla ümumilikdə 7387.20 ABŞ dolları məbləğində ödəniş etməsi görsənir ki, bu da bəyan edilən malların dəyəri ilə eynilik təşkil edir (iş vərəqə 68). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 291.20 (iki yüz doxsan bir ABŞ dolları, iyirmi sent) ABŞ dolları məbləğində valyuta vəsaitinin ödənilməsi ilə bağlı əməliyyatın aparılma tarixinin 15 avqust 2024-cü il tarixə olmasına əsaslanaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd edilən inzibati xəta tərkibinin olmasına münasibət bildirən məhkəmə bir daha qeyd edir ki, sözü gedən bəyannamə üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün onun ölkə xaricinə apardığı malların dəyərini 18 dekabr 2023-cü il tarixədək həyata keçirmədikdə yaranır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış Konsiqnasiya nəzarət məlumatından isə 21 iyun 2023-cü il tarixli, **********8967 sorğu nömrəli bəyannamə üzrə X4 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına 04 iyul 2023-cü ildə ödədiyi 7096 (yeddi min doxsan altı ABŞ dolları) ABŞ dolları məbləğində vəsaitlə bağlı əməliyyatın 27 dekabr 2023-cü ildə aparılması müəyyən edilir ki, belə olan halda həmin məbləğə görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində sözü gedən əməlin tərkibi yaranmalı idi. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.5-ci bəndinə görə Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Qeyd edilənlərdən əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 avqust 2024-cü il tarixli, 1416 nömrəli məktubunun mahiyyətindən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs **********8967 sorğu nömrəli bəyannamə üzrə ixrac olunmuş malların dəyərini 07 iyul 2023-cü il tarixədək ölkə ərazisinə geri qaytarmışdı. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində 21 iyun 2023-cü il tarixli, **********8967 sorğu nömrəli bəyannaməsi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd edilən inzibati xəta əməlinin olmasını da əsaslı hesab etmir. Sonuncu, yəni 02 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannaməsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması məsələsinə mövcudluğunun yoxlanmasına gəldikdə isə məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış Konsiqnasiya əməliyyatları üzrə hesabatda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannaməsi üzrə 4726.70 (dörd min yeddi yüz iyirmi altı ABŞ dolları, yetmiş sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin qaytarılmaması qeyd edilir (iş vərəqə 4). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış Konsiqnasiya nəzarət məlumatında isə **********3958 sorğu nömrəli bəyannamə üzrə “İtalfood Company LLC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına 17 iyul 2023-cü ildə 1471.36 ABŞ dolları və 27 iyul 2023-cü ildə 3000 ABŞ dolları olmaqla ümumilikdə 4471.36 ABŞ dolları məbləğində ödəniş etməsi görsənir ki, bu da bəyan edilən malların dəyərindən az miqdar təşkil edir (iş vərəqə 71). Həmçinin məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən bəyannamə 04 avqust 2023-cü ildə verilsə də, ödənişlərindən həmin tarixdən əvvəl ödənilməsi müəyyən edilir. Tərəflər arasında olan ödənişlərin qabacadan ödənilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən, həmçinin qanunvericilikdə konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutduğundan məhkəmə ixracdan öncə ödənilmiş məbləğlərin həmin mallar üzrə ödənilməsi kimi qəbul edilən hesab etmir. Lakin iş materiallarına əlavə edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektron qaydada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə 17 noyabr 2023-cü ildə etdiyi müraciətində qeyd olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Ukrayna Respublikasında fəaliyyət göstərən “İtalfud Kompani" MMC arasında DİST UKR 02 saylı xx.xx.2022-ci il tarixli distributorluq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq **********3958 nömrəli 04 avqust 2023-cü il tarixli bəyannamə əsasında "İtalfud Kompani” MMC-yə ixracatımız olmuşdur. **********3958 nömrəli 04 avqust 2023-cü il tarixli bəyannamədə göstərilən mal KA6932İK/AA9632XF qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Qırmızı Körpü” gömrük postundan keçmiş və bəyannamə həmin gömrük postunda arxivləşdirilmişdir. Gömrük bəyannaməsində müqavilə nömrəsi olan "DİST UKR 02" texniki yanlışlıqla "02" olaraq qeyd edilmişdir, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının təmzinlənməsi qaydaları”nın 12.2-ci bəndində (hüquqi və fiziki şəxslər ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər nəzərdə tutulduğu kimi prosedurların yerinə yetirilməsi üçün müvəkkil bankda müvafiq əməliyyatları aparmaq istəsək də, **********3958 nömrəli 04 avqust 2023-cü il tarixli bəyannamədəki texniki yanlışlıq üzündən proseduru tamamlaya bilmirik. Yuxarıda qeyd edilənləri nəzərə alaraq **********3958 nömrəli, 04 avqust 2023 tarixli bəyannamənin 44-cü qrafasındakı müqavilə nömrəsinin “DİST UKR 02" kimi düzəliş edilməsinə kömək etməsini xahiş edirik (iş vərəqə 48). Həmin sənəddən müraciətin 3-33/1-051157/2023 nömrə ilə qeydə alınması alınması aydın olur. İnzibati araşdırma aparan orqanla müraciətin edildiyi orqanın eyni orqan olmasını nəzərə aldıqda, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə etdiyi müraciətin hüquqi nəticəsini iş materiallarına əlavə edilməsini həmin orqandan gözləmək məhkəmənin fikrincə işin obyektiv həlli üçün əhəmiyyətli olardı. Lakin inzibati xəta haqqında iş materiallarına sözü gedən müraciətin nəticəsi barədə rəsmi sənəd əlavə edilməyib. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin isə müraciətinin məzmunundan aydın olur ki, 02 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannaməsində müqavilənin nömrəsi düzgün qeyd edilmədiyindən həmin sənəd üzrə ödəniş etmək mümkün olmur. İş materiallarına əlavə edilmiş 02 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannaməni "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi eyni tarixli və nömrəli bəyannamə ilə müqayisə etdikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin müraciətində qeyd edilən xüsusatın, yəni bəyannamənin 44-cü qrafasında müqavilənin nömrəsinin fərqli yazılmasını müəyyən etmək mümkün olur. Bu isə o deməkdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti özündən asılı olmayan səbəblərə görə həmin bəyannamə üzrə xarici valyuta məbləğin geri qaytara bilməməmişdi. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Xidmətinin Vahid X1 çıxarılmış Konsiqnasiya nəzarət məlumatından 04 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannaməsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 4471.36 ABŞ dolları məbləğində vəsaitin geri qaytarması və həmin bəyannamə üzrə qalıq məbləğin 255.34 (iki yüz əlli beş ABŞ dolları, otuz dörd sent) ABŞ dolları olması müəyyən edilir (iş vərəqə 67). Sonuncu fakt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etdiyi onun tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlandığı 16 avqust 2024-cü il tarixli, 68 nömrəli məktubdan da müəyyən etmək olur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə 17 noyabr 2023-cü ildə etdiyi müraciətində qeyd edilən nöqsanın hansı vaxtdan aradan qaldırılması barədə inzibati araşdırma aparan orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, məhkəmə şübhələrin şəxsin xeyrinə həll olunmasını prinsipini, həmçinin onun təqsirli sayıldığı əmələ görə məsuliyyət daşımasını və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində 02 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannamə üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində qeyd edilən inzibati xəta əməlinin olmasını qismən, yəni 255.34 (iki yüz əlli beş ABŞ dolları, otuz dörd sent) ABŞ dolları məbləğinə münasibətdə əsaslı hesab edir. Bununla da "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də o həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə tətbiq ediləcək tənbeh növünə gəldikdə isə məhkəmə bildirir ki, İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda gömrük qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin qeyd edilən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilik barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən törədilməsi sübuta yetirilən inzibati xəta əməlinə görə tətbiq ediləcək inzibati tənbeh növünü konkret müəyyən etmişdi. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 02 avqust 2023-cü il tarixli **********3958 sorğu nömrəli bəyannaməsi üzrə konsiqnasiya yolu ilə xaricə satdığı 4426.70 ABŞ dolları məbləğində malın dəyərinin 255.34 (iki yüz əlli beş ABŞ dolları, otuz dörd sent) ABŞ dolları məbləğinə dair hissəsini ölkəyə geri qaytarmışdı. Bu isə o deməkdir ki, inzibati xətanın obyektini 255.34 (iki yüz əlli beş ABŞ dolları, otuz dörd sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti təşkil edir. Məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını, xaricə satdığı malın dəyərinin mühüm hissəsini ölkəyə qaytarmasını nəzərə alaraq belə hesab edir ki, onun barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 255.34 (iki yüz əlli beş ABŞ dolları, otuz dörd sent) ABŞ dolları məbləğinin 35 faizi – 89.37 (səksən doqquz ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə cərimənin ödənilməsinin üsulu ilə bağlı qeyd edir ki, ödəmə ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli cərimə məbləği manatla həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib, onun barəsində inzibati xətanın obyekti olan valyuta vəsaiti məbləğinin otuz beş faizi, yəni 89.37 (səksən doqquz ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları miqdarında cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə məbləği icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlətin xeyrinə ödənilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №3(079)-83/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-83/2024
24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver