Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-85/2023 05.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Naxçıvan rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN koduxxxxxxx), evli, bir uşaq atası, fərdi şəkildə suvarma işi ilə məşğul olan, Babək rayonu, Nehrəm kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 25 iyun 2023-cü il tarixli, 3419/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 iyun 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2023-cü ildə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. 010623 nömrəli, 18 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan belə məlum olur ki, xx.xx.1969-cu il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 15 mart 2023-cü il tarixdə saat 18:20 radələrində özümə məxsus QAZ 33021 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Babək şəhəri istiqamətindən yaşadığı Nehrəm qəsəbəsi istiqamətində gedən zaman yolu soldan sağa keçmək üçün sürətlər qutusunu 1-ci ötürücüyə gətirib sükanı sola istiqamətləndirib sol sayrışan işığı vurub çıxmaq üçün asfalt yolun sağsoluna baxdığını, həmin vaxt sağ tərəfdən təxminən 70 metr aralıdan VAZ 21074 markalı avtomobilin gəldiyini görüdüyünü, avtomobilin surətlə gəldiyini, lakin buna baxmayaraq o çatana qədər yola çıxa biləcəyini düşünərək hərəkət etdikdə anidən həmin avtomobili qarşısında gördüyünü, həmin avtomobilin surətlə gəldiyini, onun avtomobilinin sol bufer hissəsinin VAZ 21074 markalı avtomobilin sol yan hissəsindən dəydiyini, avtomobilə yaxınlaşdıqda orada bir qadının huşsuz vəziyyətdə olduğunu gördüyünü, verdiyi su ilə onun üzünə vurduqdan sonra onun özünə gəldiyini, həmin vaxt ondan başqa xəsarətin olmadığını, hadisə vaxtı dönmə üçün aşağı həddə sürətlə hərəkət etdiyini, həmin vaxt avtomobildə tək olmaqla diqqəti yayındıran heç nə olmadığını, avtomobilinin saz vəziyyətdə olduğunu, qarşı tərəfin avtomobilinə vurulmuş zərəri də ödədiyini, əməlindən səmimi peşman olduğunu, bütün bunlar nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli, 357 nömrəli qərarı ilə ekspert o nəticəyə gəlmişdir ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi-müayinəsinə, onun adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunan məlumatlara əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq o nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – alnında qançır, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi bərk küt əşyanın təsirindən törənmişdir, eləcə də avtomobil qəzası zamanı əmələ gələ bilərdi. Xəsarətlərin yerinə yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə isə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materiallarına əlavə edilmiş 8 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 18:20-də xx.xx.1964-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 idarə etdiyi "Vaz 21074" markalı, **- BF-*** dövlət nömrə nişanlı avtomobili ilə Babək şəhəri istiqamətindən Nehrəm qəsəbəsi istiqamətində hərəkətdə olan zaman, Nehrəm qəsəbəsinin giriş hissəsində sağ ehtiyat yolda üzü Babək şəhəri istiqamətində dayanmış xx.xx.1969cu il təvəllüdlü, Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X2 idarə etdiyi "Qaz 33021" markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili ilə Nehrəm qəsəbəsi istiqamətində dönmə əməliyyatı etmək istəyən zaman toqquşmuş və nəticədə "Vaz 21074" markalı avtomobildə olan sərnişin xx.xx.1969cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 aldığı müxtəlif bədən xəsarətləri ilə Naxçıvan Şəhər Xəstəxanasına aparılmışdır. Aralarında əvvəlcədən qohumçuluq, ədavət və düşmənçilik münasibətinin olmadığı, hadisənin ehtiyatsızlıqdan baş verdiyi, hadisə zamanı xəsarət almış sürücü X3 və həyat yoldaşı X6 yol nəqliyyat hadisəsi ilə əlaqədar X11 barəsində heç bir şikayət və tələbinin olmadığı, baş vermiş hadisə ilə bağlı “Qaz 33021” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 və “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 olmadığı, araşdırma zamanı xx.xx.2023-cü il tarixdə Babək Rayon Nehrəm kənd sakini X6 Babək RPİ-nə ərizə ilə müraciət edərək baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq həmkəndlisi X2 ona vurmuş olduğu maddi ziyanı tam ödədiyi üçün onun barəsində hər hansı bir şikayət və maddi tələbinin olmadığını bildirdiyi müəyyən edilmiş, sonda material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü X2 Azərbaycan Respublikası Yol Hərəkəti haqqında qanununun 42.1-ci maddəsinin tələblərini pozmaqla törətdiyi əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati icraat başlanılması üçün qərarın surətinin Babək Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələbinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş digər sənədlərlə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Bütün bu yuxarıda qeyd edilənlərdən isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi öz təsdiqini tapır. Bu səbəbdən də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs törətdiyi əmələ görə səmimi peşman olması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1 və 31.1.1-ci maddəsinə görə yüngülləşdirici hal kimi nəzərdə alınmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə şəxsin himayəsində bir azyaşlı uşağının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, şəxsin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi üçün onun xüsusi hüquqdan istifadə qaydasını kobud surətdə və ya müntəzəm pozması halı müəyyən olunmadığından şəxsin barəsində cərimə növündə inzibati təneh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-85/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-85/2023
05.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver