Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-90/2025 11.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 iştirakları ilə, xx.xx.2002-ci ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, fərdi sahibkar (VÖEN- **********), Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 11 iyun 2025-ci il tarixli, 3-13-43-7/2-5482/2025 nömrəli məktubu ilə Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 iyun 2025-ci il tarixli, ******* nömrəli, 11 iyun 2025ci il tarixli, ******* nömrəli, 11 iyun 2025-ci il tarixli, ******* nömrəli, 11 iyun 2025-ci il tarixli, ******* nömrəli, 11 iyun 2025-ci il tarixli, ******* nömrəli, 11 iyun 2025-ci il tarixli, ******* nömrəli, 11 iyun 2025-ci il tarixli, ******* nömrəli, 11 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 04 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Babək rayon Cəhri qəsəbəsində Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək onun 332 manat pul pulunu talamışdır. 11 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Babək rayon Cəhri qəsəbəsində təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs6 sosial şəbəkədə aldadaraq onun 300 (üç yüz) manat pulunu almışdır. 11 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Babək rayon Cəhri qəsəbəsində təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs3 sosial şəbəkədə aldadaraq onun 3 (üç) manat pulunu almışdır. 11 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Babək rayon Cəhri qəsəbəsində təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs2 sosial şəbəkədə aldadaraq onun 5 (beş) manat pulunu almışdır. 11 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Babək rayon Cəhri qəsəbəsində təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs4 sosial şəbəkədə aldadaraq onun 5 (beş) manat pulunu almışdır. 11 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Babək rayon Cəhri qəsəbəsində təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs1 sosial şəbəkədə aldadaraq onun 3 (üç) manat pulunu almışdır. 11 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Babək rayon Cəhri qəsəbəsində təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs7 sosial şəbəkədə aldadaraq onun 3 (üç) manat pulunu almışdır. 11 iyun 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Babək rayon Cəhri qəsəbəsində təxminən 10 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs8 sosial şəbəkədə aldadaraq onun 70 (yetmiş) manat pulunu almışdır. 11 iyun 2025-ci il tarixli qərardadla Babək rayon Cəhri qəsəbə sakini Şəxs Abbasqulu oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN2110072, MN2110095, MN2110096, MN2110097, MN2110098, MN2110099, MN2110100, MN2110101 protokolların bir icraatda birləşdirilməsi və tərtib olunmuş həmin protokolların Azərbaycan Respublikası İXM-nin 43 və 103-cü maddələri rəhbər tutularaq baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumuna əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında hazırda fəhlə işlədiyini, əməli törətdiyi vaxt işsiz olduğunu, ehtiyacı olduğu üçün bu əməlləri törətdiyini, yalnız “Facebook” sosial şəbəkəsindən istifadə etməklə bu əməli törətdiyini, “Əliyeva Nuray” adlı qız profilindən istifadə etdiyini, ilk dəfə 2 ay bundan əvvəl başladığını, ilk kimə müraciət edib pul aldığını xatırlamadığını, Zərərçəkmiş şəxs5 şəxsən tanımadığını, “Facebook” sosial şəbəkəsində eyni adlı profilə yazdığını, həmin hesaba “ehtiyacım var, mənə kömək et” məzmunlu mesaj yazdığını, bunu yazmaqda məqsədinin ondan pul almaq olduğunu, özünü Nuray Əliyeva adlı xanım kimi tanıtdığını, Rövşənə pula ehtiyacının olduğunu bildirəndə onun “kart hesabını at, pul göndərim” dediyini, başqa heç nə danışmadıqlarını, profil şəklinə qız şəkli yüklədiyini, Zərərçəkmiş şəxs5 onun kart hesabına 1 dəfəlik köçürmə etdiyini və 327 manat pul yüklədiyini, pulu aldıqdan sonra onu bloka atdığını, Zərərçəkmiş şəxs6 3 ay əvvəl tanıdığını və onun da “Facebook” sosial şəbəkəsində eyni adlı profili olduğunu, ondan da eyni qaydada kömək istədiyini, ondan kömək istədikdən 10 dəqiqə sonra 3, 5, 10 manat olmaqla 3-4 dəfə pul köçürdüyünü, Zərərçəkmiş şəxs6 ona cəmi 50 manata yaxın pul köçürdüyünü, onunla cəmi 1 həftə danışdığını, Qəhrəmanın ona 4 dəfə pul göndərdiyini, həmin şəxslərin profillərində şəkillərini gördüyünü və saxta hesab olmadığına əmin olduqdan sonra bunları etdiyini, Zərərçəkmiş şəxs3 1 dəfə 3 manat pul aldığını, onun “Facebook” sosial şəbəkəsində eyni adlı profili olduğunu, Rəvanın 3 manat pulu ona 1 dəfəyə atdığını, “Əliyeva Nuray” profilindən istifadə etməklə Rəvana yazdığını və onu qadın olduğuna inandırdığını, “ehtiyacım var, pul göndər” məzmunlu mesajlar yazdığını, ona başqa heç nə yazmadığını, Zərərçəkmiş şəxs2 da eyni qaydada yazdığını, ona da ehtiyacının olduğunu bildirməklə 5 manat pul istədiyini, **********141362 nömrəli Kapital bank hesabından istifadə etdiyini və bütün zərərçəkmiş şəxslərə həmin kart hesab nömrəsini göndərdiyini, pulların köçdüyünü əvvəlcədən telefonuna yüklədiyi “Birbank” mobil tətbiqindən istifadə edərək yoxladığını, Zərərçəkmiş şəxs2 pulu aldıqdan sonra onu bloka atdığını, onunla 2-3 gün danışdığını və 5 manat pulu həmin vaxtlarda ona göndərdiyini, Zərərçəkmiş şəxs4 şəxsən tanımadığını, həmin şəxslərin haradan olduqlarını bilmədiyini, Zərərçəkmiş şəxs4 ona 5 manat pul göndərdiyini, ondan da eyni qaydada qız adı ilə pul istədiyini, Zərərçəkmiş şəxs4 də eyni hesabla yazdığını və onun pulu həmin kart hesabına göndərdiyini, onunla bir gün mesajlaşdığını, Zərərçəkmiş şəxs1 ilə də “Facebook” sosial şəbəkəsində tanış olduğunu və ondan pul istədiyini, Həbibin də 3 manat pul göndərdiyini, onunla da eyni profillə yazışdığını və pulu həmin kart hesabına göndərdiyini, onunla bir gün danışdığını, başqa heç nə etmədiyini, Zərərçəkmiş şəxs7 ilə də qız adı ilə yazışdığını və Raminin ona 3 manat pul göndərdiyini, Raminlə də eyni profillə yazışdığını və 3 manat pulu həmin kart hesabına göndərdiyini, Ramini şəxsən tanımadığını, həmin şəxslərin heç birini tanımadığını, sadəcə onlara takip istəyi atdığını və onların da istəyi qəbul etdiklərini, Zərərçəkmiş şəxs8 də qız adı ilə danışıb ondan kömək istədiyini və Hafizin ona pul göndərdiyi tarixləri xatırlamadığını, Hafizin 2-3 dəfə ümumilikdə 70 manat ona pul göndərdiyni, ərzaq alacağını, ehtiyacının olduğunu ona dediyini, ona heç bir vəd vermədiyini, sonuncu dəfə bu əməli törətdiyi vaxtı xatırlamadığını, əməlindən çox peşman olduğunu, istifadə etdiyi telefonun “Samsung Galaxy A20S” markalı olduğunu, “Tiktok” sosial şəbəkəsindən də istifadə etdiyini, həmin platformada istifadəçi adının “Naxçıvanlı067” olduğunu, profilə təbiət şəkli əlavə etdiyini, orta təhsilli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi tanımadığını, “Facebook” sosial şəbəkəsində bir şəxsin ona “biz tələbəyik, acıq, çörək pulumuz yoxdur, bizə kömək edə bilərsiniz?, yemək alacayıq, bizə pul atın” məzmunlu mesaj yazdığını, özünün də ona kömək etdiyini, həmin şəxsin göndərdiyi kart hesabına 8 manat pul köçürdüyünü, hadisənin təqribən 2-3 ay əvvəl baş verdiyini, Facebookda özünün istifadəçi adının Zərərçəkmiş şəxs4 olduğunu, ona yazan profilin adını isə tam xatırlamadığını, profildəki şəklin təbiət mənzərəli bir şəkil olduğunu, qız şəkili olmadığını, ona kömək etmək məqsədilə pul göndərdiyini, Elməddini şəxsən tanımadığını, onunla 4-5 saat yazışdığını, yazışdıqları ilk saatdan ona pul göndərdiyini, hər dəfə 4 manat olmaqla 2 dəfə onun kart hesabına pul köçürdüyünü, kartın nömrəsini xatırlamadığını, vəsaiti göndərdiyi kartın nömrəsini Elməddinin ona yazdığını, dəymiş zərərin qaytarılmadığını, lakin ondan şikayət və maddi zərər tələbinin də olmadığını, zərəri tələb etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi tanımadığını, “Tiktok” sosial şəbəkəsində tanımadığı şəxsin jeton satışı ilə əlaqədar ona müraciət etdiyini, özünün də onun kart hesabına 2 dəfə 35 manat olmaqla ümumilikdə 70 manat pul köçürdüyünü, hadisənin təqribən 1-1.5 ay bundan əvvəl baş verdiyini, “Tiktok” sosial şəbəkəsində “Naxçıvanlı067” profilindən ona jeton almağı təklif edildiyini, özünün profil adının isə “Tövbəkar” olduğunu, bundan sonra “whatsapp” platformasından istifadə etməklə onunla yazışdığını, Elməddinin övladının xəstəxanada olduğunu və təcili pul lazım olduğunu ona dediyini, onun qadın və ya kişi olmasını bilmədiyini, pul göndərdikdən sonra şəxsin “whatsapp”-da ona bloka atdığını, şəxslə 1 gün danışdığını, həmin günün axşamı ona pul göndərdiyini, pul köçürdüyü kart hesabının nömrəsini xatırlamadığını, lakin kartın “Kapital Bank”-a məxsus olduğunu, dəymiş zərərin qaytarılmadığını, şikayətinin olmadığını, zərəri ondan tələb etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi tanımadığını, “Facebook” sosial şəbəkəsində şəxsin ona “mən üçüncü kursda oxuyuram, tələbəyəm, pula ehtiyacım var, 3 manat pul ata bilərsən” yazdığını, özünün də terminala gedib ona 3 manat pul göndərdiyini, hadisənin baş verdiyi tarixi xatırlamadığını, “Facebook” sosial şəbəkəsində profil adının “Zərərçəkmiş şəxs1” olduğunu, ona yazan şəxsin profili adının isə “Aytən” olduğunu, ona “Bakı şəhərindən tələbə olduğunu, atasının və anasının öldüyünü, yetim olduğu üçün insanlıq naminə ona kömək etməsini xahiş etdiyini” yazdığını, profildə oğlan şəkli olduğunu, yazışdıqdan sonra terminala gedib 3 manat pul köçürdüyünü, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmadığını, bunu da insanlıq naminə etdiyini, kartın nömrəsini xatırlamadığını, dəymiş zərərin qaytarılmadığını, şikayətinin olmadığını, zərəri ondan tələb etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi tanımadığını, şəxsin “Facebook” sosial şəbəkəsində ona “tələbəyəm, valideynlərim yoxdur, burada üçüncü kursda oxuyuram, imkan olar mənə 2-3 manat pul göndərəsiniz, günorta yemək yeməmişəm” yazdığını, özünün də insanlıq naminə ona 3 manat pul göndərdiyini, hadisənin baş verdiyi tarixi xatırlamadığını, öz hesabının adının “Zərərçəkmiş şəxs7” olduğunu, ona yazan hesabın adını xatırlamadığını, sonda isə “10 manat göndərə bilərsiniz, axşamçağı pul alıb sizin pulunuzu qayataracağam” dediyini, həmin vaxt aldadıldığını başa düşdüyünü və həmin profili blokladığını, şəxsin qadın və ya kişi profili ilə yazdığını xatırlamadığını, kartın nömrəsini xatırlamadığını, dəymiş zərərin qaytarılmadığını, lakin ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi tanımadığını, sosial şəbəkədə şəxsin uşağının xəstə olduğunu dediyini və kömək istədiyini, bu səbəbdən də 5 manat pul göndərdiyini, onun hansı hesabdan yazdığını bilmədiyini, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmadığını, sadəcə ondan pul istəyənlərə az miqdarda pul verdiyini, ona “tələbəyəm, yolda qalmışam, atam ölüb” deyib pul istədiyini, iki fərqli hesabdan ona yazıb pul istədiklərini, yazan şəxsin eyni şəxs olub-olmadığını bilmədiyini, atılan hesablara 2 manat və 5 manat pul göndərdiyini, profillərdən birinin qadın, digərinin isə kişi profili olduğunu, hesabların eyni olubolmadığına diqqət etmədiyini, pulu göndərdikdən sonra daha həmin şəxslə əlaqə yaratmadığını, ona dəymiş zərərin qaytarılmadığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmkəndlisi olduğunu, onu burda gördükdən sonra tanıdığını, “Facebook” sosial şəbəkəsində onunla tanış olduğunu, qız adı ilə şəxsin ona yazdığını, öz profil adının “Zərərçəkmiş şəxs5” olduğunu, ona yazan şəxsin profil adını isə xatırlamadığını, hadisənin baş verdiyi tarixi tam xatırlamadığını, təqribən 3 ay əvvəl baş verdiyini, şəxsin ona “məktəbdə oxuyuram, çörək almağa pulum yoxdur, imkan varsa mənə 2 manat pul göndər” dediyini, dostu Şakir adlı şəxsə ona atılan kart hesabını dediyini və ondan həmin hesaba 5 manat pul köçürməsini xahiş etdiyini, özünün həmin pulu dostuna qaytaracağını, dostunun isə səhvliklə həmin hesaba 332 manat pul köçürdüyünü, bundan sonra həmin şəxsə zəng etdiyini, lakin onun telefona cavab vermədiyini, dostunun pulu başqa şəxsə köçürməli olduğunu, dostu Şakirin pulu ondan tələb etdiyini, ona dəymiş zərərin qaytarılmadığını, pulun qaytarılmasını istədiyini, şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati materiala əlavə olunmuş 05 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. 05 iyun 2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edilmişdir. 0954 nömrəli, 11 iyun 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokolla şəxs protokol tərtib edilməsi məqsədilə həmin tarixdə saat 09:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan dələduzluq inzibati xəta əməlini aldatma yolu ilə törətməsi inzibati xəta haqqında protokollar, eləcə də protokollara əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və zərərçəkmiş şəxslərin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, dələduzluq inzibati xəta əməlinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Hazırki vəziyyətdə isə Şəxs tərəfindən təqsirkarın şəxsiyyətinə və niyyətinə dair məlumatların gizlədilməsi ilə şəxslərin əmlakı qanunsuz şəkildə ələ keçirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə uyğun olaraq, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Tənbeh tətbiq edilməsi ilə bağlı inzibati xətalar qanunvericiliyində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də şəxsin bir neçə inzibati xəta törətdiyi halda ona inzibati tənbehin hansı qaydada tətbiq edilməsi ilə bağlıdır. Bu qaydalar İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi ilə tənzimlənir. Belə ki, Məcəllənin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir (maddə 34.1). Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır (maddə 34.2). Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (maddə 34.3). Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). Məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və şəxsiyyətini xarakterizə edən hallar, törədilmiş əməlin xarakteri və vurulmuş zərərin əvəzinin ödənilməməsi kimi hallar nəzərə alınmaqla barəsində həbs inzibati həbs tənbeh tədbiri inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İXM-in 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə səhvliklə 5 manat əvəzinə onun göndərdiyi kart hesabına 332 manat pul köçürdüyünü və ona dəymiş zərərin qaytarılmadığını, həmin pulun qaytarılmasını tələb etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs5 onun kart hesabına 1 dəfəlik köçürmə edərək ona 327 manat pul göndərdiyini və pulu qaytarmadığını qismən etiraf etmişdir. Həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********2 nömrəli qəbzdən belə məlum olur ki, köçürməni alan “ELMƏDDİN B******” olmaqla 332 manat pul vəsaiti həmin şəxsin hesabına köçürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta əməli nəticəsində Zərərçəkmiş şəxs5 vurulduğu sübuta yetirilən zərər olmaqla 332 manat pul vəsaiti Şəxs alınaraq Zərərçəkmiş şəxs5 qaytarılmalıdır. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə fasiləsiz audio-video yazısının aparıldığı məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş izahatlarda abayev Elməddin Abasqulu oğlu tərəfindən onlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmədiklərini bildirmişlər. Həmçinin məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs6 barəsində tərtib edilmiş protokolda Şəxs tərəfindən törədilmiş inzibati xəta əməli nəticəsində ona 300 (üç yüz) manat zərərin vurulduğu, Zərərçəkmiş şəxs3 barəsində tərtib edilmiş protokolda isə 3 (üç) manat zərərin vurulduğu qeyd olunmuşdur. Məhkəmə sözügedən şəxslərin zərəri tələb etmədiklərini nəzərə alaraq onlara münasibətdə vurulmuş zərərin əvəzinin ödənilməsini müzakirə etmir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta əməli nəticəsində Zərərçəkmiş şəxs6 vurulduğu sübuta yetirilən zərər olmaqla 300 manat pul vəsaiti Şəxs alınaraq Zərərçəkmiş şəxs6 oğluna, Zərərçəkmiş şəxs3 vurulduğu sübuta yetirilən zərər olmaqla 3 (üç) manat pul vəsaiti Şəxs alınaraq Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə eyni orqanın səlahiyyətinə aid olan bir neçə inzibati xəta törətdiyi halda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32.1 və 33.1-ci maddələrində qeyd edilən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını və pozuntu törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 1 ay müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 iyun 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün tutulmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 11 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 1 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Qərar həbsin icrasına münasibətdə dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X3 həvalə edilsin. Şəxs vurulmuş zərərin əvəzi olaraq 332 (üç yüz otuz iki) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs5 Gülmalı oğluna, 300 (üç yüz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs6 və 03 (üç) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs3 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-90/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-90/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver