Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-92/2024 19.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Babək rayonu, Nehrəm kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 (üç) uşaq atası, orta təhsilli, işsiz, ikinci dərəcə əlilliyi müəyyən edilmiş şəxs, Babək rayonu, Nehrəm qəsəbəsində yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 19 sentyabr 2024-cü il tarixli, 118898/2xx-xx/2024 nömrəli məktubu ilə məhkəməyə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirildiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(079)-237/2020 nömrəli icra sənədinin 17 avqust 2020-ci il tarixində daxil olduğunu və icraata başlama barədə qərar qəbul olunduğunu, həmin qərar barədə tələbin könüllü icrası barədə bildirişlə birlikdə məhkəməyə və tərəflərə məlumat verildiyini, borclu tərəfindən müəyyən ödənişlərin olduğunu, lakin borcun tam ödənilmədiyini, borclunun xx.xx.2021-ci ildə 250 manat, xx.xx.2021 ildə 200 manat, xx.xx.2021-ci ildə 250 manat, xx.xx.2021-ci ildə 190 manat, xx.xx.2020-ci ildə 100 və 150 manat, xx.xx.2020-ci ildə 200 manat, 2020-ci ilin oktyabr, sentyabr və avqust aylarında isə 180 manat aliment ödədiyini, bu barədə qəbzlərin icra orqanına təqdim olunduğunu, 25 oktyabr 2022-ci ildə tələbkarın ərizə ilə müraciət edərək borclunun həmin tarixə 4951 manat borcunun olduğunu bildirdiyini, 2020-ci ilin avqust, 2022ci ilin fevral və sentyabr aylarında borclunun əmlak və gəlirinin müəyyən olunması məqsədilə müxtəlif orqanlara sorğuların verildiyini, lakin tələbin yönəldilə biləcəyi əmlak və gəlirinin müəyyən olunmadığını, borclunun Naxçıvan Muxtar Respublikası X1 Ağciyərlərin iki tərəfli fıbroz-kavernoz vərəmi diaqnozu ilə qeydiyyatda olduğunu, bu xəstəliyə görə 24 oktyabr 2022-ci il tarixdə şəxsə sosial müavinət təyin olunduğunu, aliment borcunun şəxsin pensiyasının 70 faizi miqdarına yönəldildiyini, həmin vaxtdan 2024-cü ilin iyul ayına qədər alimentin borclunun pensiyasından tutularaq ödənildiyini, həmin müavinətin 180 manat olduğu dövrdə ayda 126 manat, 220 manat olduğu dövrdə isə 154 manat aliment ödənildiyini, 2024-cü ilin iyul ayında pensiyanın müvəqqəti dayandırıldığını, dayandırıldığına görə tələbkarın ərizə ilə şöbəyə müraciət etdiyini və borcun ödənilməsini, borcu ödəmədiyi təqdirdə məcburi icra tədbirlərinin görülməsini xahiş etdiyini, şifahi sorğu və tələbkarın dediklərinə əsasən borclunun çoban olaraq işləyib qazanc əldə etdiyini, lakin bununla bağlı sübutlarının mövcud olmadığını, şəxsin pensiya kəsildikdən sonra avqust ayında 200 manat aliment ödəməsini tələbkarın telefon vasitəsilə təsdiq etdiyini, tələbkarın son günlərdə icra orqanına müraciət edib şəxsin 7657 manat qalıq borcunun olduğunu və borcun ödənilmədiyi təqdirdə barəsində qanuni tədbirlərin görülməsini xahiş etdiyini bildirdiyini, qanuni qərar çıxarılmasını xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 2020-ci ildə aliment təyin edidiyini, lakin nikahlarının hələ pozulmadığını, faktiki olaraq ayrı yaşadıqlarını, 3 uşaq üçün 270 manat aliment təyin edildiyini, təyin edildiyi vaxtdan alimenti ödədiyini və buna dair qəbzləri icra orqanına təqdim etdiyini, lakin ara-sıra qalıq borcunun qaldığını, özünün Türkiyədə işlədikdən sonra vərəm xəstəsi olduğunu və ağır işlərdə, soyuqda və s. şərtlərdə işləməsinin qadağan olduğunu, xəstəliyini 2018-ci ildə Türkiyədən gəldiyi zamandan bildiyini, 2018-ci ildən də heç bir yerdə işləmədiyini, 2022-ci ilin oktyabrından xəstəliyinə görə pensiya təyin olunduğunu, həmin vaxtdan bu günə qədər də alimenti pensiyasından ödədiyini, lakin pensiyasının aliment məbləğini tam ödəmədiyini, əvvəllər aylıq 180 manat pensiyasından 126 manat çıxıldığını, pensiya 220 manat olduqdan sonra isə 154 manat çıxıldığını, qalan pulu isə müalicəsi üçün xərclədiyini, 2024-cü ilin avqust ayına qədər bu formada ödədiyini, 2024-cü avqust ayında komissiya yoxlanışından keçdiyi zaman pensiyasının müvəqəti dayandırıldığını, ona görə də son ay ödəyə bilmədiyini, lakin 200 manat pulu tələbkara evinə gedərək şəxsən verdiyini, tələbkarın öz yanında bu barədə icra məmuruna məlumat verdiyini, xəstəliyi ilə bağlı işləyib alimenti tam ödəmək imkanında olmadığını, stasionar olaraq xəstəxanada qalmadığını, lakin ev şəraitində mütəmadi müalicə aldığını, əlilliyinin İİ-ci olduğunu, nəfəsi kəsildiyinə görə heç bir yerdə işləmədiyini, xəstəliyindən əvvəl çobançılıqla məşğul olduğunu, lakin 1 il ərzində işləyib bütün borcunu ödəyəciyinə dair söz verdiyini, avqust ayı 200 manatı anasının köməyi ilə ödədiyini, borcunu ödəməyə çalışacağını bildirmiş, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı, şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Babək Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(079)-237/2020 nömrəli icra sənədinə əsasən 27 iyul 2020-ci il tarixdən hesablanmaqla, 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay bir uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası Zərərçəkmiş şəxs ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərardan belə məlum olur ki, həmin tarixdə xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Babək rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərdən məlum olur ki, ödəyən/göndərən Şəxs, alan Rüstəmova (Əsgərova) Şəhla İsmayıl qızı olmaqla, müxtəlif nömrəli qəbzlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə 180 manat, xx.xx.2020-ci il tarixdə 180 manat, xx.xx.2020-ci il tarixdə 180 manat, xx.xx.2020-ci il tarixdə 207 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 190 manat, xx.xx.2021-ci il tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 200 manat vəsaiti borclu Rüstəmova (Əsgərova) Şəhla İsmayıl qızının kart hesabına köçürmüşdür. Bundan sonra borclu xx.xx.2022-ci il tarixdə 195 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, həmçinin mart və aprel aylarında 300 manat ödəniş etmişdir. X6 Respublikası Dövlət Sosial X8 X10 rayon Şöbəsi tərəfindən İcra Probasiya Şöbəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli arayışda Şəxs anası X2 pensiyasının oktyabr 2021-ci il üçün 259.78 manat, noyabr 2021-ci il üçün 259.78 manat olmaqla tutulub Zərərçəkmiş şəxs ödənildiyi müəyyən olunur. Eyni zamanda icra məmurunun izahatı, həmçinin 2022-ci ilin oktyabr ayında Babək rayon İcra Probasiya Şöbəsi tərəfindən Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəsinə ünvanlanan məktubdan xx.xx.2022-ci ildən başlayaraq borclu Şəxs aldığı müavinətdən hər ay 70 faiz miqdarda tutqu aparılmaqla tələbkarın kart hesabına köçürülməsinin təmin edilməsinə dair göstərişin verildiyi və alimentin borclunun aldığı sosial müavinətə yönəldildiyi müəyyən olunur. Həmçinin icra məmuru və barəsində icraat aparılan şəxsin üst-üstə düşən izahatları əsasında şəxsin sosial müavinət üzrə ödənişi dayandırıldıqdan sonra bir dəfə 200 manatı tələbkara ödədiyi müəyyən olunmuşdur. Məhkəməyə təqdim olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli 03/1711 nömrəli arayışında Babək rayon Nehrəm qəsəbə sakini Şəxs Mərkəzdə İİ dərəcə əlilliyi olan şəxs kimi qeydiyyatda olması və ona 180.00 manat sosial müavinət ödənilməsi göstərilmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş Naxçıvan Muxtar Respublikası X3 X9 xx.xx.2022-ci il tarixli, 26 nömrəli arayışından məlum olur ki, Babək rayonu, Nehrəm kənd sakini 1982-ci il təvəllüdlü Şəxs həqiqətən də xx.xx.2017-ci il tarixdən Naxçıvan MR X3 PHŞdə xəstə kimi qeydiyyatda dayanır və DOTS ”+ proqramı, ağciyərlərin iki tərəfli fıbrozkavernoz vərəmi VMB (+) müsbət ilə müalicə alır. Sözügedən halları sonuncu şərtin mövcudluğunun yoxlanılmasına ilə əlaqəli tədqiq edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məhkəmə qətnaməsini tam icra etməməsi mülkiyyətində borcun tam icrasına yönəldə biləcəyi əmlakının olmaması, xəstəliyi ilə əlaqədar işsiz olması kimi üzrlü səbəblərdən qaynaqlanmışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş Elektron İcra Sistemindən borclunun məlumatları üzrə çıxarışdan onun əmək haqqı üzrə gəlirinin, mülkiyyətində heç bir daşınmaz əmlak və ya yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunmuşdur. İş üzrə araşdırma zamanı borclunun qərarın icrasından üzrsüz səbəbdən yayındığını göstərən tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun ödənilməsi imkanı olduğu halda ödənilməməsi kimi hallar müəyyən olunmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə qətnaməsinin icrası üçün kifayət qədər səy göstərmiş, vaxtaşırı icra olunan aliment öhdəliyinin icrasını tam həyata keçirməməsi isə üzrlü səbəblərdən qaynaqlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 4 sentyabr 2018-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). Həmin qərarda qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Sadalanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-92/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-92/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver