Məhkəmə qərarları › İş №3(079)-93/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-93/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-93/2024 23.09.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1992-ci ildə Ordubad rayonu, Tivi kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşaq atası, orta təhsilli, işsiz, Ordubad rayonu, Tivi kəndində qeydiyyatda olmaqla yaşayan ünvan 1 ünvanında yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 23 sentyabr 2024-cü il tarixli, 3-13-43-7/2-9886/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 sentyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs barəsində nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında arvadı X1 mülkiyyətində olan “TOFAŞ” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyini, həmin avtomobilin 2 ilə yaxındır yoldaşının mülkiyyətində olduğunu, indiyə qədər avtomobili sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etsə də saxlanılmadığını, sürücülük hüququnun verilməsi üçün müraciət etmədiyini, özündə ağır gedişli şəkər xəstəliyi ilə bağlı damar genişlənməsi olduğunu, bu səbəbdən də maşını arabir idarə etdiyini, əsasən qardaşının istifadəsində olduğunu, 10 avqust 2024-cü il tarixdə axşam saat 7-8 radələrində Babək rayonu Badaşqan kəndində olarkən aptekə gedib dərman aldığını, aptekdən çıxıb evə qayıdan zaman yolun kənarında dayandığını və əsas yola girən zaman xəbərdarlıq işığını vurduğunu, gələn maşınları buraxdığını və ana yola çıxmağa hazırlaşdığını, lakin marketin qarşısında başqa maşınlar da olduğundan zərərçəkmişin gəldiyini görmədiyini, onu görən zaman əyləci sıxsa da artıq gec olduğunu və toqquşma baş verdiyini, maşının bufer hissəsinin qırılıb zərəçəkmişinin ayağını kəsdiyini, qandan qorxduğu üçün onu idarə etdiyi maşınla təcili xəstəxanaya apardığını, bu səbəbdən maşının hadisə yerində saxlamalı olduğunu düşünə bilmədiyini, xəstəxanada şəxsin ayağına tikiş qoyulduğunu, daha sonra xəstəxanadan qayıdıb avtomobili hadisə yerinə apardığını, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirildiyini, xəstəliyi ilə bağlı əlilliyinin müəyyən edilmədiyini, lakin 10 ilə yaxındır şəkər xəstəsi olmaqla gündə 3 dəfə insulin iynəsi vurduğunu, 7 və 9 yaşlarında iki azyaşlı övladı olduğunu, 3 aydır işindən çıxarıldığını və işsiz olduğunu, həbs inzibati tənbeh tədbiri tətbiq edilərsə içəridə qalmasının xəstəliyi ilə bağlı mümkün olmadığını, eyni zamanda cərimə cəzası tətbiq edilərsə hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Qahab kəndində yaşadığını, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən salonda fərdi sahibkar kimi bərbər fəaliyyəti ilə məğul olduğunu, hadisə günü sürücülük hüququ əsasında idarə etdiyi 67-A-348 nişanlı motosikl tipli nəqliyyat vasitəsi ilə işdən evə qayıtdığını, nəqliyyat vasitəsini 40-50 km saat sürətlə idarə etdiyini, yolun kənarında aptek olduğunu, bu zaman anidən şəxsin onun gəldiyini görməyib “TOFAŞ” markalı maşınla yola girdiyini, həmin an motosikleti saxlaya bilmədiyini və ayağının motosikletlə maşının arasında qalıb dərin kəsildiyini, bundan sonra idarəetməni itirməyib motosikleti kənara çəkib saxladığını və Elyazın onu öz maşını ilə xəstəxanaya apardığını, motosikletin isə hadisə yerində qaldığını, orada ayağına tikiş qoyulduğunu, motosiklinə heç bir ziyan dəymədiyini, 15 gün işləyə bilmədiyini bununla bağlı olaraq maddi ziyana uğradığını, lakin şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirdi. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün və zərərçəkmiş şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli baxış aparılması haqqında protokolla müəyyən edilmişdir ki, “Motosikl” markalı, 67-A-348 nişanlı nəqliyyat vasitəsi ilə “Tofaş” markalı, **-BK-*** nömrə nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində yaranan yol-nəqliyyat hadisəsinin baş verdiyi yolun ümumi eni 8,5 metrdir, yolun sol kənarında ehtiyat yol 3,7 metr, sağ ehtiyat yol 1,7 metrdir, hadisənin baş verdiyi hərəkət hadisəsinin eni 4,2 metrdir. Toqquşma yeri motisiklin hərəkət zolağında yolun sağ kənarında 2,7 metr məsafədə yerləşir, vurulma yerindən hərəkət istiqamətlərini ayıran 1,5 nişanlanma xəttinə qədər olan məsafə 1,5 metr, yolun sol kənarına qədər olan məsafə isə 5,8 metrdir. Zərərçəkmiş şəxs vurulduğu yerdən dayandığı yerə qədər olan məsafə 25 metrdir. MİNSK markalı motosikl toqquşma yerindən 7 metr məsafədə yerləşir. Protokola əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən "TOFAŞ" markalı, 2004-cü il buraxılışlı, sedan tipli, qara metallik rəngli, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 2 ünvanında yaşayan X1 mülkiyyətində olduğu müəyyən edilir. Protokola əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən "MİNSK MİNİK" markalı, 2021-ci il buraxılışlı, Motosikl tipli, qara rəngli, 67-A-348 dövlət qeydiyyat nişanlı motosiklin Babək şəhəri, Qahab kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olduğu müəyyən edilir. 20 avqust 2024-cü il tarixli, 85 saylı ekspert rəyində Zərərçəkmiş şəxs bədənində sağ baldır nahiyəsinin üzərində cərrahi tikişləri olan əzilmiş yarası və sağ ayaq pəncə nahiyəsinin sıyrığı bərk küt əşya və ya əşyalar təsirindən törəndiyi, eləcə də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələrinin mümkün olduğu, xəsarətin müddətinin qərarda göstərilən şəraitdə və tarixdə, eləcə də onun Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi 10 avqust 2024-cü il tarixdə törənə biləcəyi və dərəcələrinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edildiyi göstərilmişdir. 20 avqust 2024-cü il tarixli, 974 saylı «Məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası» üzrə ekspert rəyində “MİNSK” markalı, 67-A-348 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanını olmadığı və onun hərəkətlərində “X4" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluğun olmadığı müəyyən edilmişdir. Eyni zamanda həmin ekspert rəyində “TOFAŞ ŞAHİN” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “X4" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarsısın almağa imkanının olduğu göstərilmişdir. Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati materiala əlavə olunmuş 09 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması nəzərə alınaraq Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsi nəzərə alınaraq cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı İXM-in 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Həmçinin İXM-in 32.2-ci maddəsinə əsasən məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını yüngülləşdirici hal olaraq nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddəsində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, iş üzrə məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs İXM-in 332.4-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayətdir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Həmçinin cərimənin məbləği şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında konkret olaraq göstərilmişdir. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 500 manat (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Cərimə inzibati tənbeh növünün icrası Ordubad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar