Məhkəmə qərarları › İş №3(079)-98/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-98/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-98/2025 08.07.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakim əvəzi Haqverdiyev Tural Ziyat oğlu Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilmiş şikayətini və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Babək Rayon Məhkəməsinə 07 iyul 2025-ci ildə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli qərarından iş üzrə icraat aparılan şəxsin şikayəti daxil olmuşdur. İXM-in 132-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (İnzibati Xətalar Məcəlləsinin 132.1.1 və 132.2-ci maddələri) Daxil olan şikayəti və ona əlavə edilmiş sənədləri İXM-in 132-ci maddəsinin tələbləri daxilində yoxlayan məhkəmə aşağıdakıları qeyd edir. DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Zərərçəkmiş şəxs 03 iyun 2025-ci il tarixdə saat 13:37-də M-2 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti ərazisində SCANİA R420 YÜK markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi müəyyən edilmiş Zərərçəkmiş şəxs İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə olunmuşdur. Fiziki şəxs Zərərçəkmiş şəxs inzibati tənbeh vermə haqqında qərarından şikayətini nəzərdən keçirərək hesab edirəm ki, həmin inzibati tənbeh vermə haqqında qərardan şikayət aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə və səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə aidiyyəti ilə bağlı qeyri-müəyyənlik şəxslərin məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmaqla yanaşı, işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, inzibati xətalar qanunvericiliyində nəzərdə tutulan inzibati tənbeh verilməsi ilə bağlı müddətlərin ötürülməsinə gətirib çıxara və nəticədə inzibati xətalar qanunvericiliyinin vəzifələrinin icrasına maneə yarada bilər. Qeyd olunmalıdır ki, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsi İnzibati Xətalar Məcəlləsinin 7-ci fəslində müəyyən edilmişdir. Belə orqanlar (şəxslər) tərəfindən inzibati xəta haqqında işin baxılması yeri, yəni inzibati xətalar haqqında işlərin ərazi aidiyyəti isə həmin Məcəllənin 110-cu maddəsi ilə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Eyni zamanda, həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarına əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir. Sözügedən inzibati xəta əməli M-2 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti ərazisində törədilmişdir və barəsində qərar çıxarılmış şəxsin şikayətinə onun yaşadığı yer üzrə baxılmasına dair vəsatəti mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.7-ci maddələrinin mənasına görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs İXM-in 353.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə belə nəticəyə gəlmişdir ki, İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci və İXM-in 106, 109, 118-ci maddəsini rəhbər tutaraq qəraraaldım: Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim əvəzi: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar