Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-1/2022 06.01.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vilayət oğlunun iştirakı ilə, Şəxs Vilayət oğlu:- xx.xx.1981-cı ildə Ordubad rayon Xanağa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, evli,2 uşaq atası, müvəqqəti işsiz, Ordubad rayon Xanağa kəndində qeydiyyatda olan Barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ordubad Rayon İcra və Probasiya bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs Vilayət oğlunun barəsində 06 yanvar 2021-ci il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinin rəisi Məcnun Quliyev tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Novruzova Sona Rza qızının aliment tələbinə dair Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin 2(080)-27/2019 nömrəli, 29 yanvar 2019-ci il tarixli icra sənədinə əsasən 28 aprel 1981-cı ildə Ordubad rayon Xanağa kəndində anadan olmuş Ordubad rayon Xanağa kəndində qeydiyyatda olan Şəxs Vilayət oğlundan 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Novruzova Sona Rza qızının xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 01 fevral 2019-cu il tarixdə Ordubad Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuş, 01 fevral 2019-ci il tarixdə icra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə borclu Şəxs Vilayət oğluna tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Şəxs Vilayət oğlu icra sənədi üzrə tələbi tam təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, onun aliment borcu var. Borclu Şəxs Vilayət oğluna tələbin təmin olunması və bölməyə gəlməsi barədə xəbərdarlıq olunmuş, lakin borclu Şəxs Vilayət oğlu tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmışdır. Borcu Şəxs Vilayət oğlu Ordubad rayon İcra və Probasiya bölməsinə 06 yanvar 2022-ci il tarixdə məcburi qaydada gətirilmişdir. Şəxs 1930 manat aliment borcu var. Şəxs tələbin təmin edilməsi üçün dəfələrlə xəbərdarlıq edilmiş, o, tələbi təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Vilayət oğlu verdiyi izahatında bildirmişdir ki, Novruzova Sona Rza qızının aliment tələbinə dair 2(080)-27/2019 nömrəli mülki iş üzrə icra sənədi ilə bağlı Ordubad Rayon İcra və Probasiya bölməsində 01 fevral 2019-cu il tarixdə icraat başlanılmış, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası barədə bildiriş ona göndərilmiş, tələbin icrasının könüllü təmin edilməsi təklif edilmiş, tələb könüllü təmin edilmədikdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Şəxs Vilayət oğlunun 1930 manat aliment borcu var. İşləmir, aliment borcunu ödəyə bilmir. Hazırda da maddi imkanı yoxdur, aliment borcunu ödəyə bilməz. İcra məmurunun qanuni tələblərini yerinə yetirə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vilayət oğlu verdiyi izahatında həmçinin inzibati xəta törətdiyinə görə peşiman olduğunu, işləyib borcunu ödəyəcəyini bildirmiş, məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati materialı araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, icraatı rədd edən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edərkən onun aliment borcunun olmasını, bildirdiyinə görə maddi imkanının olmamasını nəzərə alıb barəsində cərimə deyil, inzibatı həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs növündə tənbeh tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, hesab edir ki, o, 20(iyirmi) gün müddətində inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs Vilayət oğluna təyin edilmiş inzibati həbsin əvvəli qərarın elan edildiyi andan hesablanmalıdır. Həmin Məcəllənin 31.5-ci maddəsində görə inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərar verdi: Şəxs Vilayət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, o, 20 (iyirmi ) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli 06 yanvar 2022-ci il, saat 17:00-dan hesablansın. Şəxs Vilayət oğlu həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-1/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-1/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver