Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-1/2025 21.01.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ (inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasına dair) Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əhmədli Əliağa Hüseyn oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 və qərar qəbul etmiş orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinib 1700 (bir min yeddi yüz ) manat miqdarında inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X6 həmin qərardan şikayət verib, onun barəsində 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, faktiki olaraq ünvan 1 ünvanında yaşayıram. Culfa rayonunun Culfa şəhərində yerləşən Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X9 2024-cü ilin yanvar ayından yarandı və həmin vaxtdan Mərkəzin direktoru vəzifəsində işləyirəm. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən 10 dekabr 2024-cü il tarixli, MN-1779527 nömrəli İnzibati tənbeh vermə haqqında qərar ilə mənə Azərbaycan Respublikası İXM-nin 192.5-maddəsinə əsasən yəni, müəssisədə çalışan işçilərə əmək stajına görə əlavə məzuniyyətin verilmədiyi səbəbindən 1700 ( bir min yeddi yüz manat) miqdarında cərimə tətbiq edilmişdir. Belə ki, 15 oktyabr 2024-cü il tarixdə Əmək Müfəttişliyi əməkdaşları tərəfindən Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X4 yoxlama aparılmış və tərtib edilmiş aktda bu barədə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin 1-ci bəndinə əsasən işçiyə həmin Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş 2 və daha çox məzuniyyət hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçilərin əsas məzuniyyətləri daha çox müddətli olan həmin Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət ilə birləşdirilərək verilmişdir Bu əlavə məzuniyyət müddətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2004- cü il tarixli 92 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda 97-ci sırada yer alan işçilərə şamil edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixi Plenum qərarına əsasən işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə, həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzrədə tutulan iki və daha çox məzuniyyət hüququ olduqda bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Mənim barəmdə vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 195.2-c maddəsində qəbul olunan İnzibati tənbeh növündə qərar yuxarıda qeyd olunan Əmək Məcəlləsinin 136.2 maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyur 2003-cü il tarixli qərarı ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında DƏMX-nin mənim barəmdə 10 dekabr 2024-cü il tarixli MN-1779527 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən X6 bildirmişdir ki faktiki olaraq ünvan 1 ünvanında yaşayıram.Culfa rayonunun Culfa şəhərində yerləşən Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X9 2024-cü ilin yanvar ayından yarandı və həmin vaxtdan Mərkəzin direktoru vəzifəsində işləyirəm. 10 dekabr 2024-cü il tarixli, MN-1779527 nömrəli İnzibati tənbeh vermə haqqında qərar ilə mənə Azərbaycan Respublikası İXM-nin 192.5-maddəsinə əsasən yəni, müəssisədə çalışan işçilərə əmək stajına görə əlavə məzuniyyətin verilmədiyi səbəbindən 1700 ( bir min yeddi yüz manat) miqdarında cərimə tətbiq edilmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixi Plenum qərarına əsasə işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə, həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzrədə tutulan iki və daha çox məzuniyyət hüququ olduqda bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Bu əlavə məzuniyyət müddətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2004- cü il tarixli 92 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda 97-ci sırada yer alan işçilərə şamil edilir. Mənim barəmdə vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 195.2-c maddəsində qəbul olunan İnzibati tənbeh növündə qərar yuxarıda qeyd olunan Əmək Məcəlləsinin 136.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyur 2003-cü il tarixli qərarı ilə ziddiyyət təşkil edir. Eyni zamanda , Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib olunmalıdır. 15 oktyabr 2024-cü il tarixdə müəssisədə yoxlama aparılmış, lakin 27 noyabr 2024-cü il tarixdə mənim barəmdə MN-2091681 nömrəli İnzibati xəta haqqında protocol tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolun tərtib olunması tarixi, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən 42 təqvim günündən sonra olmuşdur ki, bu da Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinin tələbini pozmuşdur. İnzibati xəta haqqında protokolun 42 gün gec tarixə yazılmasının inzibati araşdırmanın aparılması üçün Azərbaycan Respublikası İXM-nin 102-ci maddəsinə heç bir aidiyyatı yoxdur. X6 onun barəsində 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümyəndəsi Nümayəndə bildirmişdir ki, X6 barəsində Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X9 direktoru X6 barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 192.5-maddəsinə əsasən müəssisədə çalışan işçilərə əmək stajına görə əlavə məzuniyyətin verilmədiyi səbəbindən 1700 ( bir min yeddi yüz manat) miqdarında cərimə tətbiq edilmişdir. Cərimənin tətbiq qedilməsinin səbəbi kimi 15 oktyabr 2024- cü ildə Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X4 əməkdaılarının əmək hüquqlarının təmin olunması ilə bağlı aparılan araşdırma zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən işçilərə əmək stajına görə əlavə məzuniyyətlərin verilməməsi müəyyən olunmuş və akt tərtib olunmuş X6 da aktı imzalamış və həmin ak əsasında 27 noyabr 2024-cü il tarixdə pritokol tərtib edilmiş, X6 həmin protokolu imzalamaqdan imtina etmiş və qanununun tələblərinə uyğun olaraq X5 direktoru X6 barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 192.5-maddəsinə əsasən müəssisədə çalışan işçilərə əmək stajına görə əlavə məzuniyyətin verilmədiyi səbəbindən 1700 ( bir min yeddi yüz manat) miqdarında cərimə tətbiq edilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X6 barəsində X7 Xidmətinin 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar hesab edir ki, əsaslıdır. İş materiallarında olan 15 oktyabr 2024- cü il tarixli aktdan görünür ki, Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X4 əməkdaılarının əmək hüquqlarının təmin olunması ilə bağlı aparılan araşdırma zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən işçilərə əmək stajına görə əlavə məzuniyyətlərin verilməməsi müəyyən olunmuş və akt tərtib olunmuş Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X5 direktoru X6 da aktı imzalamışdır. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli ******* nömrəli protokoldan görünür ki,15 oktyabr 2024- cü il tarixli akt əsasında X6 barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXM-nin 192.4,192.5,198.1.4,198.1.7-ci maddələri əsasında protocol tərtib eilmişdir. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X5 direktoru X6 Azərbaycan Respublikası İXM-in 192.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən 1700 ( bir min yeddi yüz manat) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsinə əsasən İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115.1-ci maddəsinə görə yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əmək Məcəlləsinin 115.1-ci maddəsinə görə yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əmək Məcəlləsinin 115.2-ci maddəsinə görə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əmək Məcəlləsinin 116.1-ci maddəsinə görə Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda -2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda -4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda- 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Əmək Məcəlləsinin 116.2-ci maddəsinə görə Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir. Əmək Məcəlləsinin 136.1-ci maddəsinə görə Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Əmək Məcəlləsinin 136.2-ci maddəsinə görə işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsinin, 116-cı maddəsinin birinci hissəsinin və 136-cı maddəsinin ikinci hissəsinin şərh olunmasına dair qərarında göstərilmişdir ki, Əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə görə, işçilərin sağlamlığına pis təsir göstərən neqativ amillərin intensivliyi və davamlılığını, müxtəlif peşə xəstəliklərinə daha tez tutulmaq təhlükəsinin reallığını əsas götürərək, qanunverici Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsində əlavə məzuniyyətlərin müddətlərinin aşağı həddini müəyyənləşdirmişdir. Bununla belə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 115 və 116-cı maddələrindəki bir neçə əlavə məzuniyyətlərə hüququn mövcudluğu heç də onlardan eyni vaxtda tam həcmdə istifadə edilməsini nəzərdə tutmur. Məcəllənin 136-cı maddəsinin ikinci hissəsinə görə işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində müəyyənləşdirilmiş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Həmin Məcəllənin 136cı maddəsinin birinci hissəsində qeyd olunur ki, bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələrdə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Göründüyü kimi, qanunverici həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə əlavə məzuniyyət hüquqlarını tanımaqla onların müddətlərinin əsas məzuniyyətlə cəmlənərək birlikdə verilməsini imperativ norma kimi müəyyənləşdirir. İşçiyə məzuniyyət verilərkən, bu hüquqlardan hər hansı birinin əsas məzuniyyətə birləşdirilməsinin məhdudlaşdırılması, belə hüququn hüquqi təminatdan kənarda qalmasına və deklarativ xarakter daşımasına zəmin yaratmış olardı. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq, işçiyə əsas məzuniyyət yalnız bu Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin Məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir İstər iş materiallarında olan sənədlərdən istərsə də izahatlardan aydın olmuşdur ki, Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X5 direktoru X6 tərəfindən direktoru işlədiyi X4 Əmək Məcəlləsinin 116.1-ci maddəsinə görə Əmək stajından asılı olaraq işçilərə əlavə məzuniyyətlər verilməmişdir.Bu faktın təsdiqi 15 oktyabr 2024-cü il tarixdə X2 iştirakı və imzası ilə tərtib olunmuş aktdan görünür. X1 mhəkəmədə verdiyi izahatında da Əmək stajından asılı olaraq işçilərə əlavə məzuniyyətlər vermədiklərini belə əsaslaldırmışdır ki, Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş 2 və daha çox məzuniyyət hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçilərin əsas məzuniyyətləri daha çox müddətli olan həmin Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət ilə birləşdirilərək verilməlidir. Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox məzuniyyət hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçilərin əsas məzuniyyətləri daha çox müddətli olan həmin Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət ilə birləşdirilərək verilmişdir. Naxçıvan MR İctimai Səhiyyə Xidmətinin X5 tərəfindən işçilərə əmək stajına görə əlavə məzuniyyətlərin verilməməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərarı ilə ziddiyyət təşkil. Məhkəmə barəsində inzibati qərar qəbul edilmiş X3 bildirir ki, işçiyəyə Əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə görə qanunun tələbinə görə müvafiq icra hakimiyyəti orqanında bir neçə ələvə məzuniyyət nəzərdə tutula bilər, lakin Əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə görə bir neçə əlavə məzuniyyətin nəzərdə tutulması, işçinin əmək stajına görə əlavə məzuniyyətin əsas məzuniyyətlərlə cəmlənərək verilməməsi qanuna ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli Əmək Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsinin, 116-cı maddəsinin birinci hissəsinin və 136-cı maddəsinin ikinci hissəsinin şərh olunmasına dair qərarında xüsusi ilə qeyd etmişdir ki, işçinin eyni vaxtda həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələri üzrə ayrı- ayrılıqda bir neçə əlavə məzuniyyət olduqda, həmin maddələr üzrə həm əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə həm də əmək stajına görə əlavə məzuniyyətlər cəmlənərək birlikdə verilməlidir. Məhkəmə qeyd edir ki, bu hal əmək qanunvericiliyinin məzuniyyət hüququnun pozulması halıdır və inzibati qərar qəbul edən orqan bununla bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 130-cu maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən X10 barəsində tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın . Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-1/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-1/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver