Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 3(080)-10/2020 05.08.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyad oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nərimanov rayon DYPŞ tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində xx xxx 2020-cu il tarixdə Bakı şəhər Nərimanov Rayon DYP tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir Təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində xx xxx 2020-ci il tarixdə Bakı şəhər Nərimanov Rayon DYP tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Azərbaycan respublikası İXM-in 127-ci maddəsinə tələblərinə əsasən İnzibati Xətalar məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Azərbaycan Respublikası İXM-in 125-ci maddəsinin tələblərinə əsasən inzibati xətanı törətmiş şəxs barəsində inzibati qərar qəbul edir və İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırır. Məhkəmə belə hesab edir Şəxs oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokola İXM-in 125.2-ci maddəsinə əsasən inzibati xəta haqqında qərar əlavə edilmədiyindən, və məlumatlandırılmağından bu səbəbdən də məhkəməyə təqdim edilmiş material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində olan məhkəməyə təqdim edilmiş inzibati iş Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola inzibati xəta haqqında qərar və inzibati qaydada məlumatlandırma əlavə edilmədiyindən bu səbəbdən də məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan Şəxs oğlu barəsində olan inzibati xəta haqqında materiallar Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-10/2020
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №3(080)-10/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver