Məhkəmə qərarları › İş №3(080)-10/2022

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №3(080)-10/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 3(080)-10/2022 01.09.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Haqverdiyev Tural Ziyat oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində 13 avqust 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon polis tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi inzibati xəta haqqında protokolun surəti verilir. Azərbaycan Respublikası İXM-in 127-ci maddəsinə əsasən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs İXM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən tətib edilmiş inzibati xəta haqqında protokol tərtib edilərkən protokolun tərtib edilməsi üçün 3 aylıq müddət gözlənilməyib. Azərbaycan Respublikası İXM-in 126-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu məcəllənin 125.2.3- maddəsində nəzərdə qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə ) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vaistəsilə göndərilə bilər. Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunarkən xx.xx.2022-ci il tarixli Qərardan Şəxs 20 gün müddətində şikayət verməsi üçün müddət gözlənilməyib. Belə ki həmin müddət gözlənilməklə protokol 28 avqust 2022-ci il tarixdə tərtib olunaraq məhkəməyə göndərilməli idi. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon DYPŞ tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir, yəni inzibati Qərarın qəbul edilməsindən sonra Protokolun qəbul edilməsi üçün 3 ay müddət gözlənilməyib. Şəxs barəsində 28 iyul 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-in 125.2-ci maddəsinə tələbinə görə inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində olan Qərarın qəbul edilməsindən sonra Protokolun qəbul edilməsi üçün 3 ay müddət gözlənilmədiyindən inzibati xəta haqqında iş üzrə protokola mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol, inzibati Qərarın qəbul edilməsindən sonra Protokolun qəbul edilməsi üçün 3 ay müddət gözlənilmədiyindən və bu səbəbdən də toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol Bakı şəhəri Sabunçu rayon DYPŞ İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə protokol inzibati Qərarın qəbul edilməsindən sonra inzibati Protokolun qəbul edilməsi üçün 3 ay müddət gözlənilmədiyindən və bu səbəbdən də materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 28 iyul 2022-ci il tarixdə Sabunçu Rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Haqverdiyev Tural

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar