Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-10/2023 13.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs : 05 iyun 1998-ci il tarixdə Ordubad Rayonu Dəstə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Ordubad Rayonu Dəstə kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 09 fevral 2023cü il tarixdə saat 15:20 radələrində Ordubad şəhəri, X2 yerləşən Ordubad şəhər X4 icazəsiz daxil olaraq içtimai asayışı pozaraq səs-küy salaraq, ünvansız nalayıq ifadələr deyərək ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 11 fevral 2023-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında 009384 nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. 09 fevral 2023-cü il tarixdə saat 15:20 radələrində dostu Səfərlə birlikdə Ordubad şəhəri, X2 yerləşən Ordubad şəhər Region tədris mərkəzinin yanında dayanmışlar.Onlar məktəbə girərək öz aralarında deyib gülüb əylənmişlər.Hətda söyüşlü zarafatlar etmişlər.Bu vaxt məktəb işçilərindən biri onlara yaxınlaşaraq onlara çölə çıxmalarını bildirmişdir.Onlar birazdan məktəbdən çıxacaqlarını bildirmişlər.Onlar bir neçə dəqiqə orada durduqdan sonra məktəbdən çıxaraq hərbi komissarlığa getmişlər. Hərəkətlərindən səmimi peşimandır. Yaşının az olmasını nəzərə almağı, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Şahidlərin izahatları: Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 Ordubad şəhər Region tədris mərkəzində öz xidməti vəzifəsini yerinə yetirərkən 5 nəfər tanımadığı şəxsin məktəbə daxil olduqda o onlara yaxınlaşaraq kənar şəxslərin məktəbə daxil olmalarının qadağan olunduğunu bildirsə də onlar məhəl qoymadan içəri keçmişlər.Məktəbin kalidorunda uca səslə ünvansız nalayıq ifadələr işlədərk həm şagirdlər, həm də müəllimlər arasında ictimai qaydanı kobudcasına pozmuşlar. Şahid1 çölə çıxmalarını, polis çağıracağını bildirmiş, onlar çölə çıxaraq məktəbdən uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 eyni məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 fevral 2023-cü il tarixdə saat 15:20 radələrində Ordubad şəhəri, X2 yerləşən Ordubad şəhər X4 icazəsiz daxil olaraq içtimai asayışı pozaraq səs-küy salaraq, ünvansız nalayıq ifadələr deyərək ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş Şahid1 və Şahid2 izahatları ilə də öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş- 0165 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 fevral 2023-cü il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin ifadələrini nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inziba xətanı törətməsi inzibati xəta haqqında 009384 nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs törətdiyi məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xəta törədən şəxsin yaşını, həmçinin onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-10/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-10/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver