Məhkəmə qərarları › İş №3(080)-12/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-12/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-12/2023 16.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X6 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs: 24 iyun 1970-ci il tarixdə Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz , əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Ordubad Rayon Yuxarı Əylis kəndində yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-cu maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş 15 fevral 2023-cü il tarixli 009390 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki Sadıqov X2 rayonunun Yuxarı Əylis kəndində yaşadığı evdə xx.xx.2023- cü il tarixdə SSRİ Tula silah zavodunda, 1957-ci ildə zavod üsulu ilə istehsal edilmiş patronluğunun uzunluğu 70 mm olan,16 kalbirli “TO3-БM” modelli, xarici çaxmaxlı seria nömrəsi pozulmuş qoşa lüləli, yivsiz (hamar) odlu ov silahını qanunsuz əldə edərək saxlamışdır. Qeyd olunan faktla əlaqədar Ordubad Rayon Polis Şöbəsindən İQ-nun baş müstəntiqi polis kapitanı Coşqun Əmirovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 fevral 2023- cü il tarixli qərarı əsasında Ordubad Rayon Polis X8 kənd sahə inspektoru X7 tərəfindən 15 fevral 2023-cü il tarixli 009390 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və Ordubad Rayon Polis Şöbəsi tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş Şəxs izahatında bildirmişdir ki, aşkar edilib götürülmüş silahin atasına məxsusdur. Atası 20 il əvvəl ölmüşdür, atası öldükdən sonra isə silah haqqında məlumatı olmadığını, həmin silahı 20 yanvar 2023-cü il tarixdə Ordubad Rayon polis əməkdaşları onun həyətində olan köhnə tikilidən aşkar etdiklərini “silah haqqında məlumatı olsa idi silahı könüllü olaraq müvafiq orqanlara təhvil verərdi ” ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında 20 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onu və həmkəndlisi X1 hal şahidi kimi dəvət edərək Ordubad Rayon Yuxarı Əylis kənd sakini Şəxs evinə baxış keçirildiyini və onun həyətində olan kohnə tikilidən bir ədəd qoşalülə ov silahının aşkar olunaraq götürüldüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 da Şahid1 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiq etdi. İş materiallarında olan Ordubad Rayon Polis Şöbəsindən İQ-nun baş müstəntiqi polis kapitanı Coşqun Əmirovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 fevral 2023- cü il tarixli qərarından görünür ki, Şəxs məxsus köhnə tikilidən 01 ədəd SSRİ Tula silah zavodunda, 1957-ci ildə zavod üsulu ilə istehsal edilmiş patronluğunun uzunluğu 70 mm olan,16 kalbirli “TO3-БM” modelli, xarici çaxmaxlı seria nömrəsi pozulmuş qoşa lüləli, yivsiz (hamar), odlu ov silahını müvafiq icra hakimiyyəti orqanının icazə sənədi olmadan saxladığı üçün həmin silah xx.xx.2023-cü il tarixində Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş, silahın təyinatını və xarakteristik əlamətlərini müəyyənləşdirmək üçün keçirilmiş məhkəmə -ballistik ekspertizasının 07 fevral 2023-cü il tarixli 91 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş bir ədəd SSRİ Tula silah zavodunda, 1957-ci ildə zavod üsulu ilə istehsal edilmiş patronluğunun uzunluğu 70 mm olan,16 kalbirli “TO3-BM” modelli, xarici çaxmaxlı seria nömrəsi pozulmuş qoşalüləli, yivsiz (hamar) odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün atəş açmaq üçün yararlıdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Ordubad Rayon Polis Şöbəsinin 13 fevral 2023-cü il tarixli aktından görünür ki, Şəxs aşkar olunaraq götürülmüş bir ədəd SSRİ Tula silah zavodunda, 1957-ci ildə zavod üsulu ilə istehsal edilmiş patronluğunun uzunluğu 70 mm olan,16 kalbirli “TO3-БM” modelli, xarici çaxmaxlı seria nömrəsi pozulmuş qoşalüləli, yivsiz (hamar), odlu ov silahı Ordubad Rayon Polis X3 silah –sursatin saxlanma otağına təhvil verilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, , Şəxs SSRİ Tula silah zavodunda, 1957-ci ildə zavod üsulu ilə istehsal edilmiş patronluğunun uzunluğu 70 mm olan,16 kalbirli “TO3-БM” modelli, xarici çaxmaxlı seria nömrəsi pozulmuş qoşa lüləli, yivsiz (hamar), odlu ov silahını qanunsuz olaraq əldə edərək saxlamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir Belə ki, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi 15 fevral 2023-cü il tarixli 009390 nömrəli inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. “Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 590.2-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Şəxs inzibati xətanı törətməsi faktının təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olduğunu və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan Ordubad Rayon Polis Şöbəsində saxlanılan bir ədəd SSRİ Tula silah zavodunda, 1957-ci ildə zavod üsulu ilə istehsal edilmiş patronluğunun uzunluğu 70 mm olan,16 kalbirli “TO3-БM” modelli, xarici çaxmaxlı seria nömrəsi pozulmuş qoşa lüləli, yivsiz (hamar), odlu ov silahı, təklüləli, atəş açmaq üçün yararlı yivsiz ov silahı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 4851-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs aşkar edilərək götürülmüş və Ordubad Rayon Polis Şöbəsində saxlanılan bir ədəd SSRİ Tula silah zavodunda, 1957-ci ildə zavod üsulu ilə istehsal edilmiş patronluğunun uzunluğu 70 mm olan,16 kalibrli “TO3-БM” modelli, xarici çaxmaxlı seria nömrəsi pozulmuş qoşalüləli yivsiz (hamar) atəş açmaq üçün yararlı olan, yivsiz (hamar) odlu ov silahı müsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar