Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-14/2025 03.04.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Əhmədli Əliağa Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Rusiya Fedarasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məşğuliyyəti satıcı, Ordubad şəhəri X9 ev 9, ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsi tərəfindən tərtib edilmiş 19 mart 2025-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əzizov X6- Naxçıvan yolunda hərəkət edib xx.xx.2025-ci il tarixdə saat 13:00-da Naxçıvan- Ordubad avtomobil yolunun 38-ci km-də Şəxs idarə etdiyi “Hyundai Elantra” markalı **- BE-*** qeydiyyat nişanlı avtomobil ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun sağ kənarındakı su kanalma salmış, nəticədə sürücü və avtomobildə olan sərnişinlər X5, X7, yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2025-ci ildə Naxçıvan şəhərindən “Rentecardan” “Hyundai Elantra” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobil götürüb Ordubad rayonuna getmiş, xx.xx.2025-il tarixdə saat 12 radələrində Naxçıvan şəhərinə şəxsi işi ilə bağlı gəlmək üçün həmin avtomobillə Ordubad rayonundan çıxmış, qabaq sərnişin oturacaqda qardaşı Səlim, arxa oturacaqda isə qaynanası İlahə, nişanlısı Səma, baldızı Dəniz oturmuş, Naxçıvan-Ordubad avtomobil yolunda Naxçıvan şəhəri istiqamətində hərəkətdə olmuş, avtomobildə söhbət edən vaxtı arxaya dönüb nişanlısına söz demiş və qabağa baxdığında avtomobilin idarəetməsini itirmiş, avtomobil asvalt yoldan çıxmış, yolun sağ kənarında torpaq yola keçib beton örtüklü su kanalına düşmüş, su kanalına düşdükdən sonra kanalın içərisində sürütlənərək gedib həmin kanalın birləşdiyi yolun hər iki tərəfinin torpaq hissəsini birləşirən beton örtüklü hissəyə düşmüş, avtomobil yolunda hərəkətdə olan digər avtomobil iştirakçıları yaxınlaşıb onları avtomobildən çıxarmış, hadisə yerinə təcili yardım avtomobili gəlmiş, qaynanası ilə nişanlısını xəstəxanaya aparmışdır. Gələn təcili yardım avtomobilləri zərərçəkmişləri xəstəxanaya yola saldığını, hadisə yerinə polis əməkdaşlarının gəldiyini və hadisə yeri müayinə olunduqdan sonra onu araşdırma üçün polis idarəsinə dəvət etdiklərini, hazırda zərərçəkmiş şəxslər ilə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi olmadığını, qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2025-ci il tarixli 25 JMb-li ekspert rəyində göstərilmişdir ki, X1 aşkar edilmiş xəsarətlər: sağ gözün ağlı qişasının bayır bucağına qansızma, sağ göz nahiyyəsinin üst və alt göz qapaqlarının əhatə edən, sol almacıq, sol çənə, sol diz oynağı nahiyyəsinin ön səthinin, sol baldır nahiyyəsinin, sağ baldır nahiyyəsinin, sol çiyin qurşağının səthinin qançırları, sol almacıq nahiyyəsinin, sol çənə nahiyyəsinin, sağ baldır nahiyyəsinin sıyrıqları və baş beyin silkələnməsi küt əşyanın təsirindən törənmişdir, eləcə də sərnişini olduğu minik avtomağında baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində yarana biərdilər, müddəti qərarın təsviri hissəsində göstərilən və onun Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2025-ci il tarixli 27 JN»-li ekspert rəyində göstərilmişdir ki, X4 aşkar edilmiş xəsarətlər: hər iki alt göz qapaqlarının qançırı, qaşaarsı nahiyyənin üzərində cərrahi tikişi olan əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, eləcə də sərnişini olduğu minik avtomağında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana biərdilər, müddəti qərarın təsviri hissəsində göstərilən və onun Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası NMR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat qrupunun müstəntiqi, polis mayoru X2 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, X8 və X3 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti AR NMR DİN DYPİ-nin vasitəsilə Ordubad rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsinin 19 mart 2025-cü il tarixli İXP ******* seriyalı nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmasını, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM-32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №3(080)-14/2025
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-14/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver