Məhkəmə qərarları › İş №3(080)-15/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-15/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-15/2023 24.02.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X4 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Şəxs : xx xxxxxx 1977- ci il tarixdə Ordubad Rayonu Bist kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli,2 uşaq atası, orta təhsilli, müvəqqəti işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Ordubad Rayonu Bist kəndində qeydiyyatda olmaqla yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Ordubad Rayon Polis X6 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 23 fevral 2023cü il tarixdə saat 15:30 radələrində Bist kənd mərkəzində yerləşən ət mağazasına gələrək orada ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 24 fevral 2023-cü il tarixdə Ordubad Rayon Polis X6 Bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 009344 nömrəli protokol baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində izahat vermiş X2 izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilir. 23 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 1 ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Hərəkətlərindən səmimi peşimandır. Himayəsində iki uşağının olmasını, ilk dəfə inzibati xəta törətdiyini nəzərə almağı, ona köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 X1 23 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Bist kənd mərkəzində yerləşən ət mağazasının qabağında ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur.Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq ictimai qaydanı pozması barədə xəbərdarlıq edib polis məntəqəsinə apardılar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 23 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvansız nalayiq söyüşlər söyməsi, ictimai qaydanı pozması məhkəmə iclasında dindirilmiş Şahid2 izahatları ilə də öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş- 0169 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 fevral 2023-cü il tarixdə, saat 12:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şahidlərin ifadələrini nəzərdən keçirib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inziba xətanı törətməsi inzibati xəta haqqında 009344 nömrəli protokolla, özünün və şahidlərin izahatları ilə tam sübuta yetmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada həbs edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs 23 yanvar 2023-cü il tarixdə ünvan 2 törətdiyi inzibati xətanı törətməsi barədə onun səmimi peşmançılığı, yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs 23 yanvar 2023-cü il tarixdə ünvan 2 törətdiyi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İcraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbsin müddətinə daxil edilir. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, 24 fevral 2023-cü il, saat 12:30 dəqiqədən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115-ci maddələrini rəhbər tutaraq məhkəm qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, 24 fevral 2023-cü il, saat 12:30 dəqiqədən hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar