Məhkəmə qərarları › İş №3(080)-17/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-17/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-17/2023 06.03.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs : xx xxxxxx 1973-cü il tarixdə Ordubad Rayonu Dırnıs kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, tam orta təhsilli, saç ustası işləyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Ordubad Rayonu Dırnıs kəndində qeydiyyatda olmaqla yaşayan. Barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Ordubad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Ordubad Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin rəisi , polis mayoru Tural Hüseynov tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 06.03. 2023-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, narkotik vasitə aludəçisi deyil, əvvəllər 1996-2003-cü illər Türkiyə Respublikasında işləyərkən istifadə etmiş, sonuncu dəfə 1-2-gün əvvəl Dırnıs kəndindəki cəvizlik bağına gedərək narkotik vasitə qəbul etmişdir. Sonra polis əməkdaşları tərəfindən kənd ərazisində saxlanılaraq polis bölməsinə dəvət olunmuş və Polis Bölməsində olan zaman onun sərxoşluğunu və ya narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Narkoloji Mərkəzinə aparılmış, tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə aşkar edilmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ordubad Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin rəisi , polis mayoru Tural Hüseynov protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2023-cü il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Ordubad Rayon Polis Şöbəsinin CA-üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid izahatında 03 mart 2023-cü il tarixdə Dırnıs kəndində meydan adlanan ərazidə öz xidməti vəzifəsini yerinə yetirərkən Şəxs yol kənarında şübhəli hərəkətlər etdiyini görüb ona yaxınlaşıb narahat olubolmamasını soruşduqlarını, Şəxs onlara gülərək gedib işləriniz ilə məşğul olun, hər şeyin yaxşı olduğunu bildirdiyini, ona narkotik vasitə qəbul edib etmədiyini soruşduqlarını, onun narkotik qəbul etmədiyini, üzərindədə heç bir narkotikin olmadığını bildirdiyini, onda şübhəli məqamların çox olmasına görə Ordubad rayon Polis şöbəsinə dəvət etdiklərini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 250 saylı narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan THC(tetrahidrokannabinoid) aşkar olunmuşdur. Ordubad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, polis mayoru Tural Hüseynov tərəfindən tərtib edilmiş 04 mart 2023-cü il tarixli barəsində inzibati iş aparılan Şəxs izahatından görünür ki Şəxs xx.xx.2023-cü il tarixdə narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-cimaddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 206cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli «06» mart 2023-cü il tarixdən saat 21:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «06» mart 2023-cü il tarixdən saat 21:00-dan hesablansın. Şəxs həmin müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən :Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar