Məhkəmə qərarları › İş №3(080)-18/2023

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərar — İş №3(080)-18/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ordubad şəhəri İş № 3(080)-18/2023 13.04.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X3 Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi daxil olmuş materiala baxaraq məhkəmə. müəyyən etdim: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol X4 Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi İXP4298340 nömrəli inzibati protokol tərtib edilmiş Şəxs İXP4114702 inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cərimə 30 (otuz) manat və əlavə olaraq hesablanmış 18 (on səkkiz) manat məbləğində dəbbə pulu sürücü tərəfindən ödənildiyini eyni zamanda Azərbaycan Respublikası Daxili Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin “X1 məlumatına əsasən sürücü barəsində bu günə kimi 3 (üç) aydan çox ödənilməmiş çərimə mövcud olmadığını bildirmişdir və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. . Məhkəmə təqdim edilmiş iş materiallarını tədqiq edərək hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan və portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 24 noyab 2023-cü il tarixli arayışdan görünür ki, cərimə və dəbbə pulu tam ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddənin tərkibini yaradır. Həmin maddənin qeyd hissəsinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs məhkəmə qərar qəbul edənədək inzibati xəta üzrə qəbul edilmiş qərar üzrə cəriməni ödədiyindən, belə olan halda isə onun əməlində inzibati xəta hadisəsi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 4951, 109, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində, ondan Ordubad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar